Ana səhifə »  Analitik »  Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil
Bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. 25 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik dövrü siyasi tarixində yeri və rolunu anlamaq üçün bir sıra məqamlara toxunmaq zəruridir.
YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır
İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.
Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 25 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər ciddi tarixi və siyasi əsaslara söykənir
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.
YAP milli iradəni təmsil edən avanqard siyasi institutdur
Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, bu gün partiyanın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.
Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
Qələbələr partiyası olan YAP milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib
Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və 2013-cü ildəki prezident seçkiləri buna sübutdur.
YAP bu uğurları və qələbələri bələdiyyə və parlament seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci, 2010-cu və 2015-ci ildə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. Bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.
Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  117300  |  
  • Tarix:  21-11-2017  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA