Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında  partiya fəalları ilə görüşlər keçirildi

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında  partiya fəalları ilə görüşlər keçirildi

04.04.2024 [11:14]

3 aprel 2024-cü il tarixdə YAP Samux rayon təşkilatının Sərkar, Ziyadlı, İstixana və Qovlarsarı ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüş keçirildi.

Görüş zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm naliyyətlərdən danışdı. Bildirdi ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan dünya miqyasında öz sözünü deyir və yeni reallıqlar yaradır. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurla yeni-yeni nailiyyətlərlə, daha xoşbəxt gələcəyə aparır. Bu gün Azərbaycan çox mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, güclü idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır.

Çıxış edən ərazi partiya təşkilat sədrləri  bildirdilər ki, cənab Prezident İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir.

Görüşdə iştirak edən partiya fəalları ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaşın əlindən gələni əsirgəməməli olduğunu qeyd etdilər.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31