Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Koalisiya TRT-nin Bakı təmsilçiliyi ilə əməkdaşlıq edəcək

Koalisiya TRT-nin Bakı təmsilçiliyi ilə əməkdaşlıq edəcək

04.06.2015 [09:21]

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanla görüşüb.
Koalisiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə R.Qonaqov koalisiyanın gördüyü işlər haqqında qonağa ətraflı məlumat verib, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı TRT-nin bu istiqamətdə görəcəyi işlərlə maraqlanıb. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin olduqca mühüm və tarixi hadisə olduğunu bildirərək, bu oyunların Türkiyə telekanallarında da geniş təbliğ olunduğunu, Bakıda keçiriləcək bu oyunlara Türkiyə xalqının da böyük marağının olduğunu bildirib.
Eyni zamanda görüşdə qərara alınıb ki, TRT və “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası Birinci Avropa Oyunları keçirildiyi müddətdə yaxından əməkdaşlıq etsin. Görüşün sonunda “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru R.Qonaqov TRT-nin Bakı təmsilçisi Y.Arslana koalisiya adından Birinci Avropa Oyunlarının geyimini və xatirə nişanını təqdim edib. Öz növbəsində, Y.Arslan da R.Qonaqova TRT-nin simvolik hədiyyələrini təqdim edib.

Paylaş:
Baxılıb: 2357 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30