Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məğlub Ermənistan iqtisadi kollaps dövrünü yaşayır

Məğlub Ermənistan iqtisadi kollaps dövrünü yaşayır

02.02.2021 [09:39]

Paşinyan isə hakimiyyətini itirməmək üçün bütün mümkün variantları sınaqdan keçirməyə çalışır
Müharibədə biabırçı məğlubiyyətlə üzləşdikdən sonra ağır sosial-iqtisadi böhran keçirən Ermənistanda daxili siyasi gərginlik də davam edir. Belə ki, ölkədə xaos durumunun mövcudluğu, əhalinin səfalət içində yaşadığı bütün səviyyələrdə etiraf olunur. Mövcud hakimiyyətə qarşı birləşən müxalifət partiyalarının təşkilatçılığı ilə keçirilən kütləvi etiraz aksiyaları, ölkədə hökm sürən iqtisadi çöküş belə Paşinyan hakimiyyətini geri çəkilməyə vadar etmir. Əksinə, baş nazir öz kreslosunu gözləyən bütün təhlükələri sovuşdurmaq üçün qanunverici orqan vasitəsilə konstitusiyada yeni dəyişikliyə getmək fikrindədir. Yəni, Paşinyan rəqiblərinə qarşı yeni “sürprizlər” hazırlayır.
Ermənistan mətbuatının yazdığına görə, hazırda hakim “Mənim addımım” blokunda müzakirə edilən əsas məsələ Paşinyanın mümkün istefası durumunda belə seçkilərə qədər bu posta ondan qeyrisinin seçilməməsini təmin etməkdir. “Novosti-Armeniya” xəbər agentliyinə müsahibəsində məsələyə münasibət bildirən politoloq Hrant Mikaelyan bildirib ki, Paşinyan istefa verdiyi halda, dərhal onun yerinə başqa bir namizədin baş nazir seçiləcəyindən və ya fraksiyanın parçalanacağından qorxur. H.Mikaelyan deyib ki, “Mənim addımım” fraksiyasının parlamentin özünü buraxmaq səlahiyyəti barədə konstitusiyaya dəyişikliklə bağlı layihə hazırlaması da məhz bu səbəbdən qaynaqlanır. Ekspertin fikrincə, hakim komanda layihəni parlamentdən keçirə bilməsə, bu, hakimiyyət üçün xoşagəlməz siqnal olacaq. Politoloq, hesab edir ki, bu məsələ reallaşarsa o zaman ölkədəki siyasi böhran daha da ağırlaşacaq: “Üstəlik, seçkilər daxili vəziyyəti daha da gərginləşdirə bilər. Ölkədə vəziyyət gərgin olduğu üçün təşviqat və seçkilərlə əlaqəli digər proseslər də hakimiyyət üçün olduqca riskli ola bilər”.
Buna baxmayaraq, qeyd etmək yerinə düşər ki, bəzi siyasi qüvvələr növbədənkənar seçkilərin keçirilməsini səbirsizliklə gözləyir. “Panorama.am” yazır ki, “Alyans” partiyasının lideri Tiqran Urixanyan seçki keçirilməsi barədə qərar olsa, iştirak etməyə hazır olduqlarını bildirib. Əvvəlki hakimiyyəti də tənqid edən partiya sədri bildirib ki, keçmişdə hər şey qaydasında olsaydı, Ermənistanda 800 minlik kasıblar ordusunun narazılığından qaynaqlanan məyusluq və ümidsizlik olmazdı. Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan vəziyyəti düzəltmək, 800 min yoxsulun sayını azaltmaq, xalqın verdiyi səsləri doğrultmaq üçün yaranmış fürsətdən düzgün istifadə etmədi: “Bütün bunlara, habelə xalqın, ordunun, könüllülərin və diasporun günahlandırıldığı biabırçı məğlubiyyətə görə yalnız hakimiyyət və birmənalı olaraq baş nazir məsuliyyət daşıyır. Bu məsuliyyət istefada özünü göstərməlidir”.
İstefanın hansı yolla baş verməsi məsələsinə toxunan Urixanyana görə, bu qərar xalqın öhdəsindədir: ya küçələrə çıxaraq hökumət dəyişikliyinə nail olacaq, ya da seçkilər yolu ilə onları hakimiyyətdən kənarlaşdıracaq.
Onu da qeyd edək ki, yerli mütəxəssislərin çoxu təkcə siyasi deyil, sosial-iqtisadi cəhətdən də Ermənistanın çöküş dövrünü yaşaması barədə ortaq qənaətdədirlər. “Tert.am” yazır ki, iqtisadçı Karlen Xaçaturyanın sözlərinə görə, ölkə iqtisadi kollaps dövrünü yaşayır: “İqtisadiyyat çöküb, epidemiya və müharibə səbəbindən əhalinin sosial problemləri daha da kəskinləşib. Biznes sahəsində mənfi gözləntilər və cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik əhval-ruhiyyəsi kimi bir çox amillər iqtisadi böhranı daha da dərinləşdirir”.
Beləliklə, ekspertlərin də söylədikləri kimi, məğlub Ermənistan iqtisadi kollaps dövrünü yaşayır, 1 milyona yaxın əhali səfalət içindədir. Mövcud problemlər qarşısında aciz vəziyyətdə qalan Paşinyan isə hakimiyyətini itirməmək üçün bütün variantlara baş vurmağa çalışır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30