Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan siyasi böhrandan xilas ola bilmir

Ermənistan siyasi böhrandan xilas ola bilmir

27.02.2021 [09:30]

Məlum olduğu kimi, ciddi siyasi böhran və xaosun hökm sürdüyü Ermənistanda fevralın 25-də vəziyyət daha da gərginləşib. Buna səbəb Ermənistan silahlı qüvvələri baş qərargahının hökuməti istefaya çağırması barədə bəyanatı olub. Erməni mediasının yaydığı xəbərlərə görə, bu bəyanatdan dərhal sonra baş nazir Nikol Paşinyan ailəsi də daxil olmaqla, öz tərəfdarları ilə Yerevan küçələrinə üz tutub, baş verənləri “hərbi çevriliş cəhdi” adlandırıb və istefa verməyəcəyini deyib. Müxalifət qüvvələri isə Respublika və Azadlıq meydanlarına toplaşaraq orduya dəstək verib və baş naziri istefaya çağırıblar.
Qeyd edək ki, hadisələrin gərginləşməsi bununla yekunlaşmayıb. Belə ki, Polis xidmətinin generalları da daxil olmaqla, 30 nəfər yüksəkrütbəli polis zabiti baş qərargahın tələbinə qoşulub. Eyni zamanda, ehtiyatda və istefada olan generallar, habelə siyasi partiyaların liderləri, erməni diasporu da baş qəragahın tələbinə dəstək veriblər. Eks-prezident R.Koçaryan isə əhalini hökuməti devirməyə çağırıb. Həmin gün vəziyyətin nəzarətdən çıxması təhlükəsi fonunda Ermənistan prezidenti Armen Sarkisyan tərəfləri qarşıdurmadan çəkinməyə çağıran bəyanat yayıb.
Xatırladaq ki, baş qərargahın istefa tələbinə cavab olaraq Paşinyan baş qərargah rəisi Onik Qasparyanın dərhal vəzifəsindən azad ediləcəyini açıqlayıb. Lakin Ermənistan prezidenti A.Sarkisyan iki gündür ki, onun vəzifədən azad edilməsi barədə sənədi təsdiq etmir. Baş qərargah rəisi O.Qasparyan isə vəzifəsini tərk etmək fikrində olmadığını bəyan edib. Fevralın 26-da isə prezidentin mətbuat xidməti məlumat yayıb ki, Ermənistan prezidenti A.Sarkisyan baş qərargah rəisi O.Qasparyanla və parlamentdə təmsil olunan fraksiyaların rəhbərləri ilə görüşmək niyyətindədir.
Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Yerevanda müxalifətin itaətsizlik aksiyaları da davam edib. Bu zaman etirazçılar “Mənim addımım” blokundan olan deputatlardan hökumətə etimadsızlıq göstərmələri tələbi ilə parlamentin qarşısındakı meydanda çadırlar qurublar. Gecə polislə qarşıdurma olmasa da, 26 fevralda səhər ərazidəki polis qüvvələrinin sayı artırılıb və parlamentin qarşısında maneələr quraşdırılıb. Həmin ərazidə Paşinyan tərəfdarları ilə jurnalistlər və müxalifətçilər arasında toqquşma baş verib.
Onu da qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyanın sözlərinə görə, ölkədəki mövcud böhranın yeganə həlli hakimiyyətin istefasıdır. “News.am” yazır ki, V.Manukyan hazırkı hakimiyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, dinc yolla getməyə, hakim “Mənim addımım” blokundan olan deputatları isə fraksiyanı tərk etməyə çağırıb.
Göründüyü kimi, Ermənistanda böhran hər keçən gün daha da dərinləşir. Ekspertlərin qənaətinə əsasən, məğlub ölkədə yaranmış vəziyyət vətəndaş müharibəsi ehtimalını artırır.
Qaşqay

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30