Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paşinyan rəqibdlərini sıradan çıxarmağa çalışır

Paşinyan rəqibdlərini sıradan çıxarmağa çalışır

09.04.2021 [08:54]

Baş nazirin istefasını tələb edən siyasi qüvvələrə və hərbçilərə qarşı təqiblərin davam etməsi məğlub ölkədəki xaosu daha da dərinləşdirir
Məlum olduğu kimi, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan olunmasa da, məğlub Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Ermənistan mətbuatının yazdığına görə, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat” parlament seçkilərinə qarşı çıxış edir və istefa tələbi ilə yenidən regionlarda vətəndaş itaətsizliyi aksiyaları keçirməyə başlayıb. Parlamentdə fraksiyası olan partiyalar daxil olmaqla, bəzi siyasi qüvvələr isə seçkiyə hazırlıq görürlər.
Ekspertlərin fikrincə, son vaxtlar sabiqlərin fəallaşması, əvvəllər hakimiyyətdə təmsil olunmuş şəxslərin siyasi ambisiyaları daxili siyasi vəziyyəti daha da gərginləşdirib. Qeyd edək ki, müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” regionlara üz tutsa da, son günlər Yerevanın mərkəzində Paşinyana qarşı etiraz aksiyaları davam edir. “Panorama.am”ın yazdığına görə, müxalif VETO hərəkatının qadın üzvləri hökumətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər. Hökumət binasına daxil olmağa çalışan qadınlarla polis arasında toqquşma baş verib. Aksiya 15 qadının saxlanılması ilə başa çatıb. “News.am” yazır ki, aprelin 8-də müharibədə ölən və itkin düşən hərbçilərin yaxınları da yenidən müdafiə nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. İtkin düşənlərdən birinin qohumu Arsen Qukasyan əvvəlki aksiyadan sonra nazirlik nümayəndələri ilə keçirilən görüşdə verilən vədlərin yerinə yetirilmədiyini bildirib.
Bu arada Paşinyanın ordu rəhbərliyi ilə problemlərinin tam həll olunmadığı da medianın gündəmindədir. “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, hakimiyyət Paşinyanı istəməyən bütün ali rütbəli zabitlərdən xilas olmaq istəyir. Xüsusilə qalmaqallı şəkildə vəzifəsindən uzaqlaşdırılan Onik Qasparyanla birlikdə baş nazirin istefasını tələb edənlərin ordudan uzaqlaşdırılması prosesinə başlanılıb: “Əldə etdiyimiz məlumata görə, müdafiə naziri Vaqarşak Harutyunyan və baş qərargahın indiki rəisi Artak Davtyan artıq ordu korpuslarında yerdəyişmələrə başlayıblar. Beləliklə, Paşinyana qarşı çıxan, onun istefasını tələb edən hərbçilər və korpus komandirləri ayrı-ayrılıqda cəzalandırılırlar”. Göründüyü kimi, seçkiqabağı dövrdə Paşinyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Baş nazirin istefasını tələb edən siyasi qüvvələrə və hərbçilərə qarşı təqiblərin, ona etiraz edən vətəndaşlara qarşı güc tətbiqinin davam etməsi ölkədəki siyasi xaosu daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30