Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir

Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir

31.07.2021 [09:01]

Ermənistanda yeni parlamentin fəaliyyətə başlamasına və hökumətin qurulmasına az vaxt qalsa da, ölkədə mövcud olan problemlər bundan sonrakı dövrdə də Paşinyan hakimiyyətinin ciddi çətinliklərlə qarşılaşacağını deməyə əsas verir. Belə ki, müharibədə məğlubiyyətlə üzləşən, aylardır ölkədə hökm sürən xaos və pandemiya ilə mübarizədə çətinliklər qarşısında acizlik nümayiş etdirən Paşinyan hakimiyyətinin bundan sonra hansısa uğur qazana biləcəyi real görünmür. Buna baxmayaraq, baş verənlərdən dərs çıxarmayan hakimiyyət ciddi narazılıq yaradan addımlarını davam etdirir. Bu və ya digər səbəblərdən baş verən həbslər, o cümlədən müxalifətdən olan bələdiyyə sədrlərinin həbsə atılması, parlamentdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması və müxtəlif sahələrdəki özbaşınalıqlar cəmiyyətdə etiraz doğurur.

Qeyd edək ki, Paşinyan hakimiyyətinin naməlum səbəblərdən parlamentdə təhlükəsizlik tədbirlərini artırmaqla yanaşı, jurnalistlərin fəaliyyətinə də bəzi məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir. “Aysor.am” yazır ki, vaxtilə hakim komandada təmsil olunan, hazırda “Şərəfim var” blokundan seçilən deputat Taquhi Tovmasyanın sözlərinə görə, artıq parlament binasında jurnalistlərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul olunub. Keçmiş jurnalist media nümayəndələrinə qarşı bu cür hərəkətləri son dərəcə qəbuledilməz hesab etdiyini vurğulayıb: “Xüsusilə, ölkənin qanunverici orqanında ictimai fəaliyyətlə məşğul olan deputatlarla iş xalq tərəfindən seçilən şəxsin hesabatlılığı, parlament fəaliyyətinin aşkarlığı üçün vacibdir. Jurnalist və deputat arasında belə bir vacib əlaqənin pozulması, ictimai maraqları qorumaq üçün çalışan jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması parlamentli respublika üçün son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq”.

Məsələyə münasibət bildirən “Joğovurd” qəzeti isə yazır ki, söz azadlığından bəhs edən hakimiyyətin jurnalistlərin işini məhdudlaşdırması başadüşülən deyil: “Hakimiyyət seçkilərdən sonra jurnalistlərə qarşı mübarizəni davam etdirir. Növbə parlamentin işini işıqlandıran jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına çatıb. Məqsəd jurnalistlərə deputatlara yaxınlaşmaq, onlara sual ünvanlamaq fürsəti verilməməsini təmin etməkdir”.

Bu arada, “Panorama.am” yazır ki, məğlub ölkədə elmi işçilər də ayağa qalxıblar. Son günlər erməni alimlər Yerevanın mərkəzi meydanlarında və hökumət binası qarşısında etiraz aksiyası keçirərək hakimiyyətin elm sahəsini bərbad vəziyyətə saldığını dilə gətirirlər. Müxtəlif məzmun daşıyan plakatlarla paytaxt küçələrində aksiya keçirən elmi tədqiqatçılar Paşinyana “elmsiz bir ölkənin gələcəyi olmayacağını” xatırladıblar.

Beləliklə, məğlub Ermənistanda bütün sahələrdə ciddi böhranın mövcudluğu ortadadır. Digər sferalarda olduğu kimi, tənəzzül dövrünü yaşayan elm sahəsində də özbaşınalıqların davam etməsi, jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunması ciddi etirazlarla müşahidə edilir.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31