Məşhur fransız yazıçısı Viktor Hüqonun şeiri üzə çıxıb. Belə ki, əsər təsadüfən yazıçının adını daşıyan kollecdə arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində aşkar edilib. Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən əlyazma şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.
Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.
Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.
- Oxunub: 14490 |
- Tarix: 22-01-2020 |
-
Çap et |