Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
02.04.2021 [08:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev deyib: Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.
Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.
Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk deyib: Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
28 Mart 21:43
Xəbər lenti
28 Mart 20:42
Xəbər lenti
28 Mart 19:24
Xəbər lenti
28 Mart 18:25
Xəbər lenti
28 Mart 17:59
Xəbər lenti
28 Mart 17:20
Xəbər lenti
28 Mart 17:19
Siyasət
28 Mart 17:14
İqtisadiyyat
28 Mart 16:48
Xəbər lenti
28 Mart 16:45
Xəbər lenti
28 Mart 16:20
Xəbər lenti
28 Mart 16:17
Sosial
28 Mart 16:08
Xəbər lenti
28 Mart 16:01
Avropa
28 Mart 15:47
İdman
28 Mart 15:26
İqtisadiyyat
28 Mart 14:56
Xəbər lenti
28 Mart 14:39
Dünya
28 Mart 14:18
Xəbər lenti
28 Mart 13:24
Dünya
28 Mart 13:10
Xəbər lenti
28 Mart 13:08
Xəbər lenti
28 Mart 13:06
Xəbər lenti
28 Mart 12:45
Xəbər lenti
28 Mart 12:17
Xəbər lenti
28 Mart 12:12
Xəbər lenti
28 Mart 11:55
Xəbər lenti
28 Mart 11:53
Dünya
28 Mart 11:40
Sosial
28 Mart 11:23
Analitik
28 Mart 11:20
Siyasət
28 Mart 11:16
Siyasət
28 Mart 11:10
İqtisadiyyat
28 Mart 11:07
Analitik
28 Mart 11:00
Xəbər lenti
28 Mart 10:55
Xəbər lenti
28 Mart 10:51
MEDİA
28 Mart 10:50
Siyasət
28 Mart 10:45
Siyasət
28 Mart 10:43
Xəbər lenti
28 Mart 10:42
Siyasət
28 Mart 10:40
Siyasət
28 Mart 10:35
Gündəm
28 Mart 10:33
Siyasət
28 Mart 10:29
Xəbər lenti
28 Mart 10:28
Gündəm
28 Mart 10:23
Xəbər lenti
28 Mart 10:18
Siyasət
28 Mart 10:15
Siyasət
28 Mart 10:05
Siyasət
28 Mart 09:55
Xəbər lenti
28 Mart 09:45
Xəbər lenti
28 Mart 09:37
Xəbər lenti
27 Mart 21:32
Xəbər lenti
27 Mart 19:44
Xəbər lenti
27 Mart 19:03
Xəbər lenti
27 Mart 18:26
Xəbər lenti
27 Mart 18:03
Siyasət
27 Mart 18:02
Xəbər lenti
27 Mart 17:34
Xəbər lenti
27 Mart 16:42
Xəbər lenti
27 Mart 16:27
Avropa
27 Mart 15:58
Sosial
27 Mart 15:51
Xəbər lenti
27 Mart 15:31
Xəbər lenti
27 Mart 15:15
Xəbər lenti
27 Mart 15:11
Asiya
27 Mart 15:03
Avropa
27 Mart 14:48
Xəbər lenti
27 Mart 14:27