Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilib. 33 yaşlı türk yarımmüdafiəçi təqdimat mərasimində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.
"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm.
Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə M.Özil söyləyib.
- Oxunub: 3750 |
- Tarix: 28-01-2021 |
-
Çap et |