Ana səhifə »  İqtisadiyyat »  Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir

Azərbaycan Cənub Qaz Dəhlizinin yaradılmasında həlledici rol oynayıb
Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Ölkəmiz özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu, həm təchizatçı ölkə kimi Azərbaycanın, həm də istehlakçı dövlətlərin maraqlarına uyğundur. Deyilənlər baxımından Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Yeni dəhliz zaman-zaman enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsindən əziyyət çəkən Avropa ölkələri üçün nəql marşrutlarının şaxələndirilməsi deməkdir. Elə bu və digər səbəblərə görə də Cənub Qaz Dəhlizinə maraq kifayət qədər böyükdür. Bunu fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclası bir daha təsdiqlədi. Budəfəki tədbirə əvvəlki iclaslarla müqayisədə daha çox sayda iştirakçının qatılması məmnunluq doğurur. Qeyd edək ki, qlobal pandemiya səbəbindən onlayn formatda baş tutan tədbirə 18 ölkənin, 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının təmsilçiləri qatılıb. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir.
Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlərin yekunlaşması tarixi nailiyyətdir
Dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb.
Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyükhəcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Yuxarıda bəhs olunan iclasda bildirildiyi kimi, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc nöqtəsi olub. Ötən 10 il ərzində Azərbaycan Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir. Avropa Komissiyası ilə Birgə Bəyanat imzalandıqdan bir il sonra Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə əlaqədar müqavilə bağlanıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Layihə ətrafında tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında, həmçinin Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Əlbəttə, transmilli şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsəydilər, onun reallaşması mümkünsüz olardı. Layihənin yerinə yetirilməsində Böyük Britaniyanın “BP” şirkətinin töhfələri isə daha böyükdür. Bu şirkət Azərbaycanın strateji tərəfdaşıdır. Ölkəmizlə “BP”nin uğurlu əməkdaşlığı 27 illik bir dövrü əhatə edir. Layihədə, həmçinin aparıcı beynəlxalq maliyyə təsisatları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı fəal iştirak edərək onun həyata keçirilməsinə mühüm töhfələr veriblər.
Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihəsinin araya-ərsəyə gəlməsində Azərbaycanın rolu isə həlledici olub. Belə ki, respublikamız həm beynəlxalq önəm daşıyan təşəbbüslə çıxış edib, yeni nəql dəhlizinin üstünlüklərini əsaslandırıb, həm də sonrakı mərhələlərdə layihənin uğurla reallaşdırılmasına qətiyyətli siyasi və maliyyə dəstəyi göstərib. Cənub Qaz Dəhlizinin reallaşmasında ölkəmizin rolundan bəhs edən Prezident İlham Əliyev “Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik”, - deyə vurğulayıb.
Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. Yeni nəql marşrutu mövcud olan ən yüksək ekoloji standartlara cavab verir. İlkin olaraq layihənin yerinə yetirilməsi üçün 44,6 milyard dollar məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyərini 33 milyard dollara endirmək mümkün olub.
Layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrlər baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutub. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi, 2019-cu il noyabrın 30-da isə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilib. 2020-ci ilin son günlərində isə TAP layihəsi üzrə bütün işlər yekunlaşıb. Prezident İlham Əliyev bunu yüksək dəyərləndirərək “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”, - deyə vurğulayıb.
Azərbaycan tərəfdaşları ilə birgə əməkdaşlığı perspektivdə də davam etdirmək niyyətindədir
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması heç də Azərbaycanın öz tərəfdaşları ilə əməkdaşlığının sonu anlamına gəlmir. Əksinə, respublikamız indiyədək formalaşan misilsiz əməkdaşlıq platformalarını daha da möhkəmlətmək və birgə səylərlə yeni layihələrə başlamaq niyyətindədir. Ölkəmizin bu niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.
Qeyd edək ki, gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Prezident İlham Əliyev bildirib ki, hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Dövlətimizin başçısı “Babək” yatağının perspektivlərini xüsusi vurğulayıb. Bu yataq 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Bu yataq iki mərhələdə işləniləcək. Birinci mərhələ yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu həcm Azərbaycanda istehlak olunacaq. Eyni zamanda, ölkəmiz “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin başlanmasına da yaxınlaşıb. İkinci mərhələnin işlənməsi təmin edildikdən sonra yataqdan hasilat təxminən 3-4 dəfə artacaq ki, bu da respublikamızın ümumi qaz potensialına müsbət təsir göstərəcək. Gələn il “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Azərbaycan geoloqlarının hələ keçmiş sovet dövründə kəşf etdikləri bu yatağın birgə işlənməsinə dair Anlaşma Memorandumu 2021-ci ilin yanvar ayında imzalanıb. “Dostluq” yatağının birgə işlənməsi Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün çox faydalı olacaq.
Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır. Onların istismarı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatının genişləndirilməsinə yeni imkanlar açacaq. Bütün bunlar isə ixrac infrastrukturunun coğrafiyasının genişləndirilməsini labüd edir. Biz indiyədək müşahidə etmişik ki, Azərbaycan həmişə öz enerji siyasətini ardıcıllıqla həyata keçirib və reallıqlara adekvat addımlar atıb. Ölkəmiz, həmçinin böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslərlə çıxış edir. Məsələn, TAP üzrə işlərin yekunlaşmasından sonra gələcəkdə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bu barədə fikirlərini bildirən Prezident İlham Əliyev “Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyə vurğulayıb.
Eyni zamanda, hazırda respublikamız Xəzərdə bir sıra yataqlar üzrə kəşfiyyat işlərini davam etdirir. Mütəxəssislər nikbindirlər və onlar yeni kəşflərin olacağını bildirirlər. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin “mavi yanacaq” potensialı barədə daha konkret təsəvvür yaranar.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2940  |  
  • Tarix:  13-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA