Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Alim Qasımov: “Xarı bülbül” festivalı Şuşa şəhərinin şöhrətini özünə qaytaracaq

Alim Qasımov: “Xarı bülbül” festivalı Şuşa şəhərinin şöhrətini özünə qaytaracaq

04.02.2021 [09:20]

“Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi bu şəhərin mədəni həyatını qısa müddətdə bərpa edəcək. Dövlət başçısının qeyd etdiyi kimi, Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib. Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən bərpa olunması Azərbaycanın mədəniyyət siyasətinə öz töhfəsini verəcək”.
Bu fikirləri qəzetimizə açıqlamasında Xalq artisti Alim Qasımov deyib. Onun sözlərinə görə, Şuşa “Qafqazın konservatoriyası” adını özünə qaytara biləcək: “Burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı bülbül” festivalı da daxil olmaqla, müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Allah səsimizə qüvvət versin. Biz sənətkarlar da Şuşada oxuyaq”.
Alim Qasımov bildirib ki, Şuşada “Vaqif” poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması böyük əhəmiyyətə malikdir: “Bildiyiniz kimi, Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən Xarı bülbül gülü bitir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə də yardım edəcək”.
Xanəndə həmçinin Şuşadan bu yaxınlarda qayıtdığını bildirib: “Şuşaya şəhidlərimizi yad etməyə getmişdik. Bədahətən “Durnalar”ı zümzümə etdim. O dəmdə o mahnının sözləri yadıma düşdü. Qarabağda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun. Allah ordumuzu, əsgərlərimizi, qazilərimizi qorusun. Səfər zamanı əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Yeni yollar salınır, hava limanı da tikiləcək. Bir sözlə, şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 804 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30