Ana səhifə »  Mədəniyyət »  “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib
A+   Yenilə  A-
“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib

Aprelin 5-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinar Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.
Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü bərpa etməsi və yüz minlərlə insanlarımıza öz dədə-baba torpaqlarına qayıtmaq imkanı yaradılması, eyni zamanda, tarixi və mədəni abidələrimizi düşmən əsarətindən xilas etməsi parlaq qələbə kimi dövlətçilik tariximizə əbədi yazılıb.
K.İmanov Prezident İlham Əliyevin qətiyyəti və diplomatiya istedadı sayəsində qazanılmış bu möhtəşəm tarixi qələbəyə görə ona hədsiz minnətdarlığını bildirərək, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi kimi hər birimizin ürəyindən xəbər verdiyini vurğulayıb.
Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairi sırasına daxil edilən böyük Nizami gözəl elmşünas və alim idi, dünyanın ozamankı təbiət elmləri, riyaziyyat və humanitaristika nailiyyətlərini bədii, şeir dilində dərk etmiş və açıqlamış şəxsiyyət idi.
K.İmanov bildirib ki, məşhur rus filosofu Kedrovun nöqteyi-nəzərincə, Nizami insan tarixinin çox az şəxsiyyətlərindən biridir ki, dünyanın bütün yazılarından - nəşrlərindən xəbəri olub və onları özününkü edərək, yeni fikirlərə yol açıb.
Daha sonra K.İmanov Nizaminin dahi bilikləri ilə bağlı “Yeddi gözəl” poemasından bir misala toxunub. “Həft Peykər”, fars dilindən tərcümə olunan bu əsər “Yeddi portret” və ya “Yeddi hekayə” mənasını da daşıyır. Poemanın adındakı çoxmənalılıq öz-özlüyündə metaforik xüsusiyyətin nümayişidir.
Deməli, “Yeddi gözəl”, “yeddi portret-cizgi” və digər tərəfdən “yeddi hekayə” deməkdir. Bu növ söz oyunu Nizami tərəfindən poemaya verilən adda düşünülmüş addımdır, çünki poema “Yeddi günbəz” kimi də tanınır. Məsələ ondadır ki, islam kosmologiyasında Yer kürəsi 7 planetin - Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturnun mərkəzində yerləşirdi, sadalanan “planetlər isə Tanrının hökmlərini həyata keçirənlər” kimi qəbul edilirdi. Bunların hərəkəti istər canlılara, istərsə də Yer kürəsindəki hadisələrə təsirli idi.
Dahi şair inanırdı ki, bəşəriyyətin birliyi, dünyanın tamlığı say (cəbr), həndəsə və musiqi ilə bağlıdır: rəqəmlər isə kainatın qarşılıqlı əlaqəsindəki açarlardır, rəqəmlər vasitəsilə çoxluq birliyə, ziddiyyətlər isə harmoniyaya çevrilir. Odur ki, Nizami “yeddi” rəqəmini, yəni Şərqdə xüsusi qüvvəyə malik olan ədədi istifadə edərək, bu rəqəmin mükəmməlliyini dünya mükəmməlliyinə yönəldirdi. Elə bu səbəbdən araşdırmaçıların böyük qismi poemanı astrologiyanın şeirli traktatı qismində təsəvvür edir.
Poemanın qəhrəmanı Bəhram hakimiyyətə gəldiyi andan seçdiyi hər bir gözəllə evlənərək, yeddi möhtəşəm saray tikmək qərarına gəlir və memarın məsləhətinə görə, hər birini müvafiq rəngə boyatdırır. Bəli, “yeddi gözəl”, yeddi saray, yeddi rəngdə olaraq, qeyd etdiyimiz yeddi planetdən hər biri tərəfindən idarə olunur və həftənin yeddi günündən birini şah buna həsr edir.
Beləliklə, “Yeddi gözəl” də böyük məna daşıyır: bir tərəfdən qədim islam - kosmoloji ənənəyə əsaslanır, digər tərəfdən “yeddi hekayə”, “yeddi portret-cizgi” mənasında işlənilir və bununla islam dinində müqəddəs qəbul olunan ilk mükəmməl rəqəmdən yeddi rəqəmindən bəhs edir.
Budur, dahi şairimizin mövcud biliklərindən tamamilə yeni biliklərin yaradılması, budur onun unikal müəlliflik hüququ.
K.İmanov dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların da olduğunu vurğulayaraq onların sırasında “Ermənistan səsi”nin jurnalisti Aris Kazinyan xüsusi yer tutduğunu deyib: “Erməni müəllifinin dərc etdiyi “Poliqon Azərbaycan” (kitab I, “Millət”, Klöç-S nəşriyyatı, M., 2015), demək mümkünsə, əsərində bir yalan və uydurma digərlərinin üzərində qurulur.
“Müəllif” məqsədini qısa ön sözündə əks etdirib, yəni kitabda (sitat) “Orta əsr fars şairi Nizami Gəncəvinin Azərbaycan şairinə çevrilməsi nümunəsində Azərbaycan millətinin ötən əsrdə modelləşməsi barədə danışılır” və bununla “Qarabağ problemi araşdırılır”. Qısaca desəm, həmin şəxsin tezislərinə əsasən, guya Nizaminin Azərbaycan şairi olmaması (saxtakarlıq yolu ilə elan edilməsi) Azərbaycan millətinin sovet dövründə süni, direktiv şəkildə yaradılması və Qarabağın Azərbaycan torpağı olmaması bir-birinə bənzər zəncirvarı proseslərdir”.
Nizaminin azəri türkü olduğunu bildirən K.İmanov bunu şairin dili ilə - “Yeddi gözəl”in tərcüməsindən olan sözlərlə ifadə edib: “Bu Həbəşdə mənim türkçülüyümü dəyərləndirmirlər”... və digər bir tərcümədə Nizami “almaz türkçülüyü”ndən söhbət açır. Odur ki, tanınmış şərqşünas alim Bertelsin qənaəti belədir: “söhbət təkcə şairin ərazi mənsubiyyətindən yox, ilk növbədə, Nizami yaradıcılığının ruhunun Azərbaycanla dərin bağlılığından gedir”.
Bildirilib ki, belə yazılar oxucuları qəsdən yanıldan “əsər”, müəllifin özünü isə qəsdən yalan danışan millətçi kimi təsnif edir. Bəllidir ki, “bəziləri qəsdən yalan səpir, bəziləri isə aldanaraq yalan yayır”. Söylədiklərim məhz bu yalançı opusla tanış olaraq aldana bilənlərə ünvanlanıb. Çünki burada savadı olmayan şəxs çirkin yalanları ilə millətimizin ləyaqətini alçaltmaq cəhdi göstərmək niyyətindədir.
Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-İslam intibahını özünün ən uca zirvələrinə qaldırıb. Odur ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.
Nizami lirik şeirlərdən ibarət “Divan”ı, xüsusilə də “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi beş dastan-poemadan ibarət ölməz “Xəmsə”sini yazmaqla Yaxın və Orta Şərq xalqları ədəbiyyatının minillik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub. Əsrlərboyu davam edən Nizami poeziya məktəbinin Türkiyədə Mövlanə Cəlaləddin Rumi, İranda Sədi Şirazi, Hindistanda Əmir Xosrov Dəhləvi, Tacikistanda Əbdürrəhman Cami, Özbəkistanda Əlişir Nəvai, Azərbaycanda İzzəddin Həsənoğlu, Əssar Təbrizi, Marağalı Əvhədi, Nəsimi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Məsihi kimi böyük nümayəndələri yetişib. Təkcə bunu demək kifayətdir ki, şairin yalnız “Leyli və Məcnun” poemasına 140-dan çox nəzirə yazılıb. Nizaminin təsiri ilə Şərq ədəbiyyatında xəmsəçilik ənənəsi yaranıb, “Xəmsə” yazmaq əsrlərboyu şairlər üçün böyük bir sınağa, çətin və şərəfli sənət imtahanına, möhtəşəm poeziya müsabiqəsinə çevrilib. Lakin XIX əsr görkəmli türk şairi Ziya Paşanın dediyi kimi, bu “Xəmsə”lərin heç biri Nizami “Xəmsə”sinə bərabər olmayıb, Azərbaycan şairi şeirin, sənətin əlçatmaz zirvəsi, dəyişməz ölçüsü kimi toxunulmazlıq statusunu qoruyub saxlayıb. Tərəddüdsüz deyə bilərik ki, ötən minillik Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixinə Nizami erası, Nizami epoxası kimi daxil olub.
Nizami yaradıcılığının təsir dairəsi, nüfuz diapazonu yalnız Şərq xalqları ədəbiyyatı ilə məhdudlaşmır. Dahi şair doğulduğu Gəncə şəhərindən ömrü boyu kənara çıxmasa da, dünyaya işğalçı müharibələrə etiraz, elmə-maarifə çağırış, ədalətli cəmiyyət quruculuğu, insan şəxsiyyətinin toxunulmazlığı, azad və qarşılıqlı sevgi əsasında qurulan bərabərhüquqlu ailə, qadın hüququna hörmət və sair bu kimi inqilabi ideyaları ilə çıxıb, bununla da, Avropa humanistlərini bir neçə əsr qabaqlayıb. Hammer, Ripka, Marr, Bartold, Bertels, Krımski, Makovelski və digər qərb və rus ədəbiyyatşünasları onun adını Homer, Vergili, Dante, Şekspir kimi dühalarla bir sırada çəkib, dahi alman şairi Höte onu “Poeziya Tanrısı” adlandırıb, Bokkaço, Qotsi, Şiller və digər Avropa ədəbiyyatı nümayəndələri onun təsiri ilə əsərlər yazıblar.
Təbriz miniatür ustalarından tutmuş Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Qəzənfər Xalıqov, Mikayıl Abdullayev, Nazim Hikmət, Səməd Vurğun, Məmməd Səid Ordubadi, İsa Muğanna kimi bəstəkar, rəssam, dramaturq və yazıçılara qədər ədəbiyyat və incəsənət xadimlərinin ən çox üz tutduğu ünvanlardan birinin məhz Nizami yaradıcılığı olması göstərir ki, dahi şairin özündən sonrakı bədii fikrə təsiri yalnız poeziya ilə məhdudlaşmayıb, təsviri incəsənət, musiqi, teatr, bədii nəsr, kino və digər sənət sahələrini də özündə ehtiva edir. Nizami bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik edir, yüzilləri keçib gələn ölməz ideyaları ilə yolumuza işıq salır.
Məhz bu cəhətlərinə görə Nizami nə qədər Azərbaycandırsa, bir o qədər də türkdür, şərqdir və dünyadır. Nə qədər dünya, Şərq və türkdürsə, bir o qədər də Azərbaycandır! Təsadüfi deyil ki, Nizaminin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami Gəncəvi İli” elan olunub, şairin yubiley təntənələri beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif vaxtlarda şairin Peterburqda, Romada abidələri ucaldılıb, Beynəlxalq Nizami Mərkəzi fəaliyyətə başlayıb. Əminik ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin tədqiqi və təbliği işinə yeni təkan verəcək, yubiley tədbirləri istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ən yüksək səviyyədə qeyd olunacaq, “Nizami Gəncəvi İli” Nizami əsərlərinin tədqiqi və təbliğinə öz parlaq töhfələrini verəcək, bütün dünyada sözün və idrakın bayramına çevriləcək.
Vebinarda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin vurğulayıb ki, dahi söz ustadı nəinki Azərbaycan ədəbiyyatı və tarixində, ümumiyyətlə dünya mədəniyyətində tanınır. Beynəlxalq Mərkəz onun irsinin qorunması ilə yanaşı, şairin ideyalarını, o cümlədən açıqlıq, tolerantlıq və s. daim təbliğ edir. Bütün ədəbiyyatsevərlər Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi dəyərlərə inanırlar. Nizaminin yaradıcılığı İslam dünyasını dərindən bilənlər üçün gözəl bir nümunədir. Onun “Xəmsə”si dünya ədəbiyyatının zirvəsi sayılır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva vurğulayıb ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir.
Dahi şairin ədəbiyyat tarixində yeni səhifə açdığını vurğulayan Günay Əfəndiyeva fikrini nizamişünas alimlərdən sitatlarla əsaslandırıb. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami yaradıcılığına həsr edilən layihələr həyata keçirildiyini bildirib.
ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın dünyaya açıq olan bir ölkə olduğunu, sülhə töhfə verdiyini qeyd edib. Vurğulayıb ki, şairin əsərlərində təbliğ edilən tolerantlıq, sülh, sevgi hər zaman aktualdır.
Əbdüləziz Osman əl-Tuveycri şairin yaradıcılığı ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə işlərin davamlı görülməsinin vacibliyini bildirib, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, dünyanın müxtəlif kitabxanalarında Nizaminin əsərləri qorunub saxlanılır, qəzəlləri, poemaları ayrı-ayrı dillərə tərcümə edilir. Bu, şairin əsərlərinin mütaliə dairəsinin geniş olduğunu göstərir. Nizami Gəncəvi türk dünyasının qürurudur. Hələ 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Təsadüfi deyil ki, 1991-ci ili UNESCO “Nizami İli” elan edib.
Vətənə və xalqa xidmət nümunələrini Nizaminin əsərlərindən öyrənmək olar. Bu gün şairin əsərlərindəki milli və bəşəri ideyalar öyrənilir və öyrədilir.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərq renessansının yaradıcısıdır. Nizami ədəbiyyatı öz dövrünün siyasətindən mənəviyyatına doğru inkişaf etdirib və böyük mənəviyyat dastanları yaradıb. Nizami humanizmi orta əsrlər Şərq və Qərb humanizminin zirvəsində dayanıb.
Azərbaycanın dünya nizamişünaslığının mərkəzi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli istər Ulu Öndər Heydər Əliyev tərəfindən, istərsə də Prezident İlham Əliyev tərəfindən ölkəmizdə nizamişünaslığın inkişafı üçün geniş şərait yaradıldığını vurğulayıb. Xatırladıb ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
AMEA-nın vitse-prezidenti “Nizami Gəncəvi Ensiklopediyası” ilə bağlı görülən işlərdən danışıb, payızda beynəlxalq konfransın keçiriləcəyini bildirib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov şairin irsinin təbliği istiqamətində görülən işlərdən söz açıb, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib. Xatırladıb ki, 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Nizami Gəncəvinin əsərləri dövlət varidatı elan edilib.
Elnur Sultanov vurğulayıb ki, dahi şairin neçə əsrlər öncə əsərlərində təbliğ etdiyi dəyərlər, o cümlədən sülh, tolerantlıq ideyaları bu gün UNESCO tərəfindən davam etdirilir.
Kembric Universitetinin professoru xanım Kristin van Ruymbeke videomüraciətində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Nizami yaradıcılığında qənaət və xəsislik məsələlərinə toxunub. Bu gün dünyada ərzaq problemi olduğunu, orta hesabla hər doqquz adamdan birinin ac olduğunu diqqətə çatdıran Vüsal Qasımlı şairin qənaət haqqında fikirlərinin aktuallığını vurğulayıb. O, həmçinin şairin elmə, insana yüksək dəyər verdiyini bildirib. Qeyd edib ki, şair insanı cəmiyyətlə, təbiətlə vəhdətdə verib ki, bu məsələlər bu gün də önəmlidir.
Vebinarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami yaradıcılığı - qlobal mənəvi dəyər kimi” və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Azərbaycan-türk mədəniyyətinin zirvəsi Nizami Gəncəvi” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda məruzəsi dinlənilib.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  06-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA