Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Azadlıq” qəzeti ermənilərlə birgə Avropa oyunlarına qarşı

“Azadlıq” qəzeti ermənilərlə birgə Avropa oyunlarına qarşı

25.04.2015 [11:43]

Pərviz Sadayoğlu

Əli Kərimlinin qəzeti anti-azərbaycançı dairələrin dövlətimizə qarşı apardığı kampaniyanın fəal iştirakçısına çevrilib
Hazırda öz inkişafına görə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsi ilə fərqlənir. Lakin bəzi xarici dairələr, ermənipərəst mərkəzlər Azərbaycanın müstəqil siyasət yürütməsindən, o cümlədən, ermənilər üzərində dünya miqyasında mühüm üstünlüklər əldə etməsindən narahatlıq keçirirlər. Odur ki, işğalçılığı, terrorizmi özünün dövlət siyasətinə çevirən Ermənistanı himayə etmək üçün ölkəmizə qarşı şər-böhtan kampaniyası həyata keçirən, “qara piar” kampaniyası aparan bu cür xarici mərkəzlər yalanlarını “demokratiya” və ya “insan hüquqları” anlayışları ilə pərdələməyə çalışırlar.
Əsasən, ölkəmizin əldə etdiyi uğurlardan sonra, həmçinin, Azərbaycanda keçirilən beynəlxalq nüfuzlu tədbirlər ərəfəsində “fəallaşan” bu cür təşkilatlar hazırda da I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı hədyanlar, yalanlar səsləndirirlər. “Human Rigts Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təzyiq qrupları və onların Azərbaycanda “danışan dilinə” çevrilənlər erməni lobbisinin dəyirmanına su tökmək üçün əllərindən gələni “əsirgəmirlər”. Bu təşkilatların və dünya erməniliyinin xalqımıza, dövlətimizə qarşı apardığı bu təxribat xarakterli böhtan kampaniyasında yer alan “Azadlıq” qəzeti isə yenidən öz simasını Azərbaycan cəmiyyətinə göstərməkdədir.
Məlum olduğu kimi, bir müddət öncə Avropa Siyasəti Araşdırmaları Mərkəzi (CEPS) adlanan və yuxarıda qeyd etdiyimiz təşkilatlarla eyni “mərəz”ə yoluxan, Azərbaycanın uğurlarına qarşı erməni məkri ilə silahlanan qurumun “tədqiqatçı”sı Hrant Kostanyanın ölkəmizə qarşı apardığı “qara piar” “Azadlıq” qəzetinin ən sevimli mövzusuna çevrilmişdi. Əsas məqsədi Avropa İttifaqı ölkələrinə, onların siyasi, iqtisadi münasibətlərinin araşdırılmasına aid olan bir təşkilatın - “CEPS”in məhz Kostanyanın əli ilə öz istiqamət və sahəsindən kənar məsələlərə müraciət etməsi, çağırışlar səsləndirməsi onların əsl məqsədlərindən xəbər verirdi. Birmənalı şəkildə I Avropa Oyunlarını hədəfə alan bu cür əsassız və qərəzli iddialar siyasi manipulyasiyadan başqa bir şey olmasa da, “Azadlıq” qəzetinin bu erməni yalanlarına “bəh-bəh”lə diqqət ayırması, onların fikirlərini önəmsəməsi, bu qəzetin Kostanyanla eyni zindana çəkic döyməsindən xəbər verirdi. Əslində, Azərbaycanın uğurlarına qarşı hazırlanan kampaniyaların iştirakçılarının “Azadlıq” qəzetindən tribuna kimi istifadə etməsi birinci dəfə deyil. Ölkəmiz mühüm bir uğura imza atdığı məqamda ermənilərin “Azadlıq”la işbirliyinə getməsi faktları kifayət qədər çoxdur. Və bu baxımdan Azərbaycanın kütləvi idman bayramına hazırlaşdığı bir dövrdə erməni kostanyanların “Azadlıq” qəzetinin səhifələrində “zühur” etməsi bir daha bu həqiqəti ortaya çıxartdı ki, istər “Azadlıq” qəzeti, istər “CEPS”, istərsə də onun Kostanyan adlanan “ekspert”i sinxron fəaliyyətə malikdirlər.
Əlbəttə ki, “Azadlığ”ın ölkəmizə qarşı kampaniyalarda yer alması təkcə, Kostanyanla əməkdaşlıqla bitmir. Dünya erməniliyinə xidmət edən bütün təşkilatlar bu qəzetin əsas istinad nöqtələridir. Öz yalanlarını “insan haqları” adı altında yenidən dövriyyəyə buraxan erməni lobbisi bu dəfə “Amnesty İnternational” təşkilatının köməyinə ehtiyac duyub. Qanun pozuntularına yol verən, konkret cinayətdə ittiham olunan və məhkəmə qarşısında məsuliyyətə cəlb edilən əlaltılarını fərqli adlar altında təqdim etməyə, yalanları ilə özlərinin təxribatlarını gizlətməyə çalışanların hədəfinin birmənalı şəkildə ölkəmizdə keçiriləcək I Avropa Oyunları olduğu şübhəsizdir. Bütün dünya ictimaiyyəti Azərbaycanda insan haqlarının qanunvericiliyə əsasən ən yüksək səviyyədə təmin edildiyini və qorunduğunu bilir. Digər tərəfdən, bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara dövlət tərəfindən hər cür şərait yaradılır, onların siyasi fəaliyyətlə məşğul olmalarına, o cümlədən, seçkilərdə iştirak etmələrinə heç bir məhdudiyyət yaradılmır. Ona görə də “Amnesty İnternational” kimi dünya erməniliyinə xidmət göstərən, “Azadlıq” qəzeti ilə eyni məqsəd uğrunda səfərbər olanların iddiaları bumeranq kimi özlərinin üzərinə qayıdır. Görəsən, bu təşkilatın eksperti niyə demir ki, Serj Sarkisyanın hakimiyyətdəki cinayətkar komandasının repressiya maşını Ermənistan vətəndaşlarının kütləvi miqrasiyasının əsas səbəblərindəndir? Və ya Avropada, Qərbdə baş verənlər, azad sözün boğulması, dini və irqi ayrı-seçkilik nə üçün “Amnesty İnternational”ın diqqətini cəlb etmir? Nə üçün “Amnesty İnternational” və onun Azərbaycandakı sözçüsü olan “Azadlıq” qəzeti bu faktlara diqqət ayırmır?
Bəli, yenə eyni koordinat, yenə eyni iddia. İnsan haqları, demokratiya kimi məfhumları əzbərləyərək özlərinin “zirehinə” çevirmək istəyən, bu ad altında milli dövlətlərə hücum çəkməyə çalışan, dövlətlərin milli iradə ilə deyil, məhz həmin imperialist güclərin iddiası ilə idarə olunmasına çalışan, ən əsası isə, Azərbaycana qarşı düşmən mövqedə olan dünya erməniliyinin havadarı qismində çıxış edən bu təşkilatların məqsədi bəllidir. Bununla yanaşı, dünya erməniliyinin apardığı anti-azərbaycançı kampaniyada iştirakı, eyni zamanda, həmin təşkilatların havasına oynayan bəzi daxili qüvvələrin “fəallığı” da təəccüblü deyil.
Daha dəqiq desək, hazırda Azərbaycanın radikal müxalifətinin, bu düşərgənin nəzarətində olan qəzetlərin yürütdüyü siyasət, göstərdiyi fəaliyyət onların kimliyini ortaya qoyan ən əsas “faktlardır”. Azərbaycanın iqtisadi-siyasi uğurlarına qara yaxan həmin dairələr hər addımda məhz bizə düşmən olan qüvvələrin “qazanı”nı qarışdırırlar. Elə erməni kostanyanların ruporuna çevrilmiş radikalların nəzarətində olan KİV-lər də məhz ermənilərlə eyni amala xidmət edir. Bu yolda ən əsas “canfəşanlıq” göstərən isə, qeyd edildiyi kimi, birmənalı şəkildə AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetidir. Yəni, ermənilərlə eyni zindana çəkic vurmaq, onlarla eyni yolda “tər tökmək” sanki AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib. Xarici mərkəzlərin başlatdığı bu oyunlara ermənidən daha artıq can yandırdığını sübut etmək üçün qəzet bütün vasitələrə əl atır. “Azadlıq” qəzeti ermənipərəst dairələrin səsinə səs verməklə hansı cəbhədə yer aldığını növbəti dəfə sübuta yetirir. Onların yer aldığı tərəfdə isə ermənilər və dövlətimizin düşmənləri dayanır...

Paylaş:
Baxılıb: 1164 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30