Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Freedom House” müstəqil milli dövlətlərə qarşı təzyiq funksiyası yerinə yetirir

“Freedom House” müstəqil milli dövlətlərə qarşı təzyiq funksiyası yerinə yetirir

01.05.2015 [09:22]

Nurlan Qələndərli

Subyektiv xarakterli növbəti hesabat göstərir ki, bu təşkilatın Azərbaycana qarşı mövqeyi qərəzlidir
Dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Freedom House” təşkilatı növbəti dəfə öz hesabatı ilə müxtəlif ölkələrə qarşı qərəzli mövqe sərgiləyib. Təşkilatın hazırladığı hesabatda əks etdirilən bir sıra subyektiv və ədalətsiz çalarlarla demokratik prinsiplər kobudcasına heçə sayılıb və ənənəvi hesabatlar kimi burada da müxtəlif ölkələrdə demokratik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının real durumu qeyri-obyektiv surətdə əks olunub. Başqa sözlə, hesabatda ənənəvi surətdə araşdırılan müxtəlif ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilib.
Reallıq onu göstərir ki, hesabatda bu “sənəd”in real faktlar əsasında deyil, müəyyən dairələrin maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərən kifayət qədər qərəzli və paradoksal məqamlar yer alıb. Təəssüflə qeyd etmək lazımdır ki, əsassız tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Belə ki, sözügedən təşkilatın son hesabatında əks olunmuş qərəzli və qeyri-obyektiv mövqeyin fonunda iddia edilir ki, guya Azərbaycanda medianın durumu qənaətbəxş deyil, söz və mətbuat azadlığı pozulur. Ölkəmiz subyektiv xarakterli növbəti hesabatda söz azadlığına görə “qeyri-azad ölkə” kimi dəyərləndirilib.
Əslində, bu təşkilatın son hesabatının qərəzli, qeyri-obyektiv olduğunu, subyektiv çalarlara söykəndiyini göstərmək üçün bir neçə fakta toxunmaq gərəkdir. İlk növbədə, qeyd etmək lazımdır ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ümumiyyətlə, Azərbaycan mətbuatının inkişafının əsasında duran təməl faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Media təmsilçilərinin peşə nüfuzunun artırılması ilə yanaşı, onların mənzil-məişət şəraitinin, sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər də Azərbaycan dövlətinin media sektorunun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Digər tərəfdən, internet məkanında qanunlarla müəyyən edilmiş azadlığın mövcud olması da ölkəmizdə medianın inkişafına əhəmiyyətli töhfə verməkdədir. Söz, fikir və özünüifadə azadlığının hökm sürdüyü ölkəmizdə, heç şübhəsiz, internet azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, bir çox ölkələrə, o cümlədən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən “Freedom House” kimi beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu təşkilatların fəaliyyətinin əsasında duran strateji məqsəd isə təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni bəzi güc mərkəzlərinin maraqları əsasında çıxış edən “Freedom House” kimi təşkilatlar nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir. Milli dövlətlər üzərində təsir vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər “Freedom House” kimi qurumlardan vasitə kimi istifadə edirlər.
Beləliklə, “Freedom House” beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Nəticədə bu təşkilat öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Təşkilatın hər il hazırladığı hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə daxili ictimai-siyasi sabitliyin pozulmasına yönəlik provokativ detallar əks olunur. Başqa sözlə, ambisioz qrupların transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış hesabatlarla çıxış edir.
O da qeyd edilməlidir ki, “Freedom House” bu cür qərəzli və subyektiv yanaşmaları ilə öz imicini çoxdan sarsıdıb. Təsadüfi deyil ki, artıq hər il bu hesabatlarda ciddi təhrif və subyektiv mülahizələrlə qarşı-qarşıya qalan milli dövlətlər təşkilatın bu cür fəaliyyətinə qarşı kəskin etiraz edirlər.

Paylaş:
Baxılıb: 1131 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30