Ermənistan hakimiyyətinin manevr imkanları tükənib
30.05.2015 [11:12]
Nurlan Qələndərli
Bu ölkənin sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan situasiya hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır
Bəllidir ki, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını, bərabərhüquqlu əməkdaşlığı əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Qərb ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Son vaxtlar erməni ekspertləri, işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Qeyd edilir ki, bu ölkənin bir müddət öncə Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması da heç bir əhəmiyyət kəsb etmədi. Əksinə, hakimiyyətin gözləntilərinin sonu geopolitik iflasla nəticələndi. Bütün bu məqamlara toxunan “Armenia Today” yazır ki, Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb, manevr imkanları qalmayıb: “Hakimiyyətin xarici siyasəti nizamlı və müəyyən deyil. Ermənistan artıq nəinki regional layihələr çərçivəsində, eləcə də, beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb”.
Bütün yollar iflasa aparır
Mənbədə qeyd edilir ki, bütün sahələrdə iflasa uğrayan Ermənistan üçün yeni maneə yaranıb. Belə ki, Avrasiya İttifaqının vahid valyutaya keçməsi bu ölkəyə görə ləngiyir. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr şəxsi pul-kredit siyasətinə keçmək istəyirlər. Amma quruma daxil olan Ermənistan iqtisadi cəhətdən ən əlverişsiz ölkədir. Avrasiya iqtisadi komissiyasının mütəxəssisləri bildiriblər ki, ölkələr arasında baş verən zəif ticarət mübadiləsinin olması da vahid valyuta sisteminə keçidin vacibliyini sual altına qoyur. Erməni şərhçi Akop Badalyan bildirib ki, Serj Sarkisyan hakimiyyətinin Ermənistanı sürüklədiyi Avrasiya fəlakətinin nəticələri artıq özünü göstərir. Ermənistanın iş adamlarına üçüncü ölkələrlə birbaşa əlaqələr qurmaq qadağan edilib. İnhisarçıların və oliqarxların parçaladığı Ermənistan biznesinə texniki baxımdan Avrasiya İttifaqı tərəfindən böyük maneələr yaradılıb. Digər məsələ odur ki, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra Ermənistan öz istəyi ilə İttifaqdan çıxmaq hüquqlarına da malik deyil.
İşğalçı ölkə mətbuatı yazır ki, Ermənistan hakimiyyəti Aİİ-yə üzv olmaqla geopolitik imkanlar əldə edəcəyini, müəyyən dividendlər qazanacağını düşünürdü, amma hərbi xunta növbəti dəfə anladı ki, bütün yollar iflasa aparır.
Proqnozlar pessimistdir
O da qeyd edilməlidir ki, ekspertlər Ermənistanı daha böyük problemlərin gözlədiyini qeyd edərək olduqca pessimist proqnozlar verirlər. Diqqətə çatdırılır ki, artıq Ermənistanın xarici borcu 5 milyard dollara çatıb. “Lragir. Armenian” xəbər portalının məlumatında bildirilir ki, əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistan bu ildən etibarən ondan da məhrum olub. 5 milyard dollar həcmində xarici borcu qaytarmaq üçün isə xəzinədə vəsait yoxdur.
“Tert.am” saytında yer alan məqalədə isə qeyd edilir ki, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb, İrəvanın manevr imkanları tükənib.
Ermənistan bu gün əməkdaşlıq yox, daha çox təzyiq obyektinə çevrilib
Əlbəttə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər.
Ermənistanın sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. “Tert.am” saytı yazır ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib.
İqtisadi tənəzzül siyasi xaosu şərtləndirib
Beləliklə, işğalçı ölkədə iqtisadi tənəzzül siyasi xaosu şərtləndirib. Vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə, xüsusilə də etiraz aksiyalarında göstərir. Yeri gəlmişkən, İrəvanda hökumət evinin qarşısına toplaşan aksiyaçıların əməkhaqlarının ödənilməsini tələb etməsindən sonra polislə vətəndaşlar arasındakı toqquşma bu ölkə reallıqlarını bir daha aşkar edib. Ermənistan KİV-i xəbər verir ki, narazılığın əsas səbəblərindən biri də süni bahalaşmadır. Ermənistanda istehlak məhsullarının qiymətləri 6 faiz artıb. Bu da inflyasiya tempini sürətləndirib. Elektrik enerjisinin qiymətinin bahalaşması isə ölkəni sosial partlayış astanasına gətirib.
Müəllifin digər məqalələri:
Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi
Vaxtilə özünü “siyasi...
20.03.2021 [08:57]
“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”
Azərbaycan Dağlıq Qarabağ...
19.02.2021 [09:30]
Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...
Yaxud qələbənin əhəmiyyətini...
13.01.2021 [09:44]
Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?
Adı işğalçı siyasət və...
01.09.2020 [08:50]
Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...
Təcavüzkarlıq ritorikasını və...
28.07.2020 [12:36]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39