Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-də daha bir istefa

AXCP-də daha bir istefa

09.07.2015 [09:11]

Nardar Bayramlı

Yaxud, Əli Kərimlinin bu partiyada yaratdığı diktatura rejimi bumeranq effekti verir
Son vaxtlar radikal müxalifət düşərgəsindəki partiyalarda baş verənlər dağıdıcıların hansı durumda olduqlarını bir daha ortaya qoyur. Bu baxımdan AXCP-dəki vəziyyət daha acınacaqlıdır, desək, heç də yanılmarıq. Belə ki, Əli Kərimlinin rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər ya təzyiqlərə, zorakılığa məruz qalır, ya da istefa vermək məcburiyyətində qalırlar.
Yəni, AXCP-də baş verənlər bu partiyada demokratik prinsiplərə riayət edilmədiyini, insan hüquqlarının qorunmadığını açıq şəkildə ortaya qoyur. Daha dəqiq desək, son proseslər AXCP-də Əli Kərimli və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyündən xəbər verir. Hər halda Teymur Kərim adlı gəncin təzyiqlər səbəbindən bu yaxınlarda AXCP-dən istefa verməsi, AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli tərəfindən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlunun döyülməsi də deyilənləri təsdiqləyir. Xatırladaq ki, Ağaşirin Tanrıverdioğlu partiyadan qovulsa da onunla AXCP-çilər arasında gərginlik davam edir. A.Tanrıverdioğlu hələ də “cəbhəçi”lərin hədə-qorxusu ilə üzləşir. Belə ki, sosial şəbəkədə S.Kərimli ilə mübahisə edən A.Tanrıverdioğlu AXCP üzvlərinin hədələrinə tuş gəlib. KİV-in məlumatına görə, partiya üzvləri onun haqda “bomj”, “alkaş”, “satqın” və s. kimi ağır ifadələr işlədiblər. Məsələn, Mirzəxanlı Baba adlı AXCP üzvü yazıb: “Ağaşirin bəy, nə oldu, Sahib bəyin kafesində müf yeyib-içəndə o, yaxşı olurdu, indi pis?”.
AXCP sədrinin əmisi oğlu İnqilab Kərimov isə daha da “qabağa” gedərək A.Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib: “Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən, yeyəcək, təki yanında arağı olsun”.
Öz növbəsində, bütün ittihamlara cavab verən A.Tanrıverdioğlu, “Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib”, - deyə qeyd edib.
Bu məqamda qeyd edək ki, partiyadakı qruplararası mübarizə yenidən pik həddə çatıb. Bunun nəticəsidir ki, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı dünən partiyadan istefa verdiyini açıqlayıb. İstefasının səbəblərini açıqlamayan Ə.Qurbanlının bununla bağlı yaxın günlərdə geniş məlumat yayacağı gözlənilir. Vurğulayaq ki, partiyadaxili qruplaşmalardan birinin - Fuad Qəhrəmanlının rəhbərlik etdiyi qruplaşmanın üzvü olan Əbülfəz Qurbanlı hələ iki il öncə də istefa verdiyini açıqlamış, lakin sonra istefasını geri götürmüşdü. Ən son olaraq isə Ə.Qurbanlı AXCP-nin mitinqlərinin birində Fuad Qəhrəmanlıya AXCP sədri deyə müraciəti ilə yadda qalmışdı.
Beləliklə, istər baş verən qarşıdurma və istefalar, istərsə də yuxarıda bəhs edilən açıqlamalar AXCP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirir. Və əslində, burada təəccüblü heç nə yoxdur. O mənada ki, öz daxilində razılığa gələ bilməyəndə zorakılığa əl atılması, fərqli fikirlərə görə üzvlərin partiyadan qovulması, üstəlik, təhqirlərin adi hala çevrilməsi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin fəaliyyət tərzidir. Bütün bunlar isə bu partiyadan istefaların müntəzəm hal almasını şərtləndirib.
Daha dəqiq desək, Əli Kərimlinin bu partiyada yaratdığı diktatura rejimi bumeranq effekti verir.

 
Paylaş:
Baxılıb: 1249 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31