Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Keçmişi unudanlara zəruri xatırlatma

Keçmişi unudanlara zəruri xatırlatma

08.10.2015 [09:56]

Nardar Bayramlı

Yaxud “Azadlıq” parlament seçkilərində iştirak edən vətəndaşları niyə təhqir edir?
Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə bütün məsələlər qanunlar çərçivəsində həll olunur. Demokratiyanın ən vacib göstəricilərindən biri də seçkilərdir. Məlum olduğu kimi, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq seçki kampaniyasının müəyyən mərhələsi geridə qalıb və hazırda namizədlərin qeydə alınması prosesi başa çatmaqdadır. Oktyabrın 9-da isə təbliğat-təşviqat prosesinə start veriləcək. Ümumilikdə, ölkə üzrə seçki kampaniyası qanunvericiliyə uyğun şəkildə davam edir.
YAP-ın rəqiblərinin kim olmasının partiyaya heç bir aidiyyəti yoxdur
Amma görünən odur ki, ölkəmizdə seçki kampaniyasının normal məcrada davam etməsi müəyyən dairələri, o cümlədən radikal müxalifəti və onun təsir dairəsində olan mətbu orqanları narahat edir. Ona görə də hər vəchlə onlar bu normal seçki proseslərinə kölgə salmaq üçün müxtəlif yollar axtarırlar. Məsələn, bu günlərdə AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti parlament seçkilərində iştirak edən deputatlığa namizədləri “təftiş edərək” onları təhqir etməkdən belə çəkinməyib. Namizədlər arasında montyor, rəngsaz, meşəbəyinin olmasını qabardan qəzet, eyni zamanda onları Yeni Azərbaycan Partiyası (YAP) rəqibi kimi təqdim edib. Əlbəttə ki, namizədlər arasında istənilən peşənin sahibi ola bilər. Amma bu insanların kimliyinin, sosial statusunun, tutduğu vəzifənin YAP-a heç bir aidiyyəti yoxdur. Çünki rəqibləri bu partiya müəyyənləşdirmir və hər bir vətəndaşın özünün deputatlığa namizədliyini irəli sürməsi onun müstəsna hüququdur. Yəqin, məsələyə özünəməxsus prizmadan yanaşan “Azadlıq” qəzeti və onun başbilənləri bu reallığı dərk etmək iqtidarında deyillər.
Rəngsaz da, montyor da Azərbaycanda vətəndaş kimi hüquqlarından istifadə edir
Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan Konstitusiyasında, o cümlədən seçki qanunvericiliyində parlament seçkilərində iştirak barədə bütün məqamlar təsbit olunub. Yəni kimlərin seçkilərdə iştirak edib-etməmək hüququnun olduğu aydın şəkildə öz əksini tapıb. Və “Azadlıq”ın adını çəkdiyi peşə sahibləri də məhz bu hüquqlarından istifadə edərək seçkilərə qatılıblar. Çünki parlament seçkili orqandır, hər bir vətəndaş seçib-seçilmək hüququndan istifadə edir.
Eyni zamanda, ölkəmizdə ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan, həmin peşə sahibləri də dövlətin yaratdığı bərabər imkanlardan yararlanaraq parlament seçkilərinə qoşulublar. Onların seçilib-seçilməməsi isə seçicilərdən asılı olan məsələdir.
Bəs YAP-ın namizədləri kimlərdir?
Bütün bunların fonunda qeyd edək ki, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil.
Məlumdur ki, YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Eyni zamanda, YAP daim müasir seçki texnologiyalarından səmərəli istifadə edir. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.
Bu qələbələrdə partiyamızın namizədlərinin də özünəməxsus rolu var. Konkret olaraq, parlament seçkiləri ilə bağlı demək olar ki, YAP hər zaman layiqli, cəmiyyət arasında tanınan, nüfuz sahibi olan insanların namizədliyini irəli sürür. Hazırkı parlament seçkilərində də belədir. Belə ki, YAP bu dəfə 117 seçki dairəsi üzrə namizəd irəli sürüb və bu namizədlər arasında xeyli sayda alimlər, akademiklər, professorlar, ziyalılar, ictimai-siyasi xadimlər, peşəkar hüquqşünaslar və iqtisadçılar var. Eyni zamanda, partiyamızın namizədləri arasında qadınlar təmsil olunurlar ki, onlar da ictimai-siyasi baxımdan fəal, cəmiyyətdə yaxşı tanınan insanlardır. Gənc namizədlərə gəlincə, onlar da yüksək intellektə, bilik və bacarığa sahibdirlər. Bu gənclər siyasi cəhətdən fəal olmaqla yanaşı, ölkəmizi xaricdə də layiqincə təmsil edən insanlardır.
Bəs montyorları, anbardarları yüksək dövlət vəzifələrinə təyin edən hansı hakimiyyət olub?
Qeyd etdiyimiz kimi, Milli Məclis seçkili orqan olduğu üçün hər bir vətəndaş peşəsindən asılı olmayaraq, qanunvericilik çərçivəsində seçki marafonuna qoşulmaq hüququna malikdir. Amma yuxarıda bəhs edilən peşə sahiblərinin yüksək dövlət vəzifələrinə təyin olunması isə normal hal deyil. Buna baxmayaraq, Azərbaycanın təcrübəsində belə hallar baş verib. Belə ki, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXC-”Müsavat” cütlüyü kadr siyasətində bu yolu tutmuşdu. Məhz həmin vaxt AMEA-nın institutunda laborant işləyən baş nazir, qəzet müxbiri isə dövlət katibi təyin olunmuşdu. Fizika-riyaziyyat müəllimləri isə müdafiə və xarici işlər nazirləri vəzifəsində idilər. Rayonlara təyin olunan icra başçıları və idarə-müəssisə rəhbərləri arasında montyorlar, anbardarlar, qarpızsatanlar kifayət qədər idi.
Ən acınacaqlısı odur ki, AXC-”Müsavat” cütlüyünün hakimiyyəti dövründə başqa bir ölkənin vətəndaşı Azərbaycanda dövlət komitəsinin sədri təyin olunmuşdu. Bu isə çox ciddi hüquq pozuntusu idi. Eləcə də, bəzi ölkələrin səfirləri demək olar ki, Azərbaycanın xarici siyasətini müəyyənləşdirirdilər. Bütün bunların fonunda isə peşəkar kadrlar dövlət idarəçiliyindən kənarda qalmışdılar. Elə buna görə də AXC-”Müsavat” cütlüyü bir ildən artıq hakimiyyətdə qala bilmədi və xalq tərəfindən qovuldular. Onların bir il ərzində Azərbaycana vurduğu zərbənin yaraları isə hələ də tam sağalmayıb.
Bütün bunların müqabilində Ə.Kərimlinin ruporu olan “Azadlıq” qəzeti radikalların anormallıqları ilə “zəngin” keçmişi unudaraq, parlament seçkilərində iştirak edən bəzi peşə sahiblərini təhqir edir. Əslində, “Azadlıq” qəzetinin bu yanaşması heç də təəccüblü deyil. O mənada ki, “Azadlıq” bu mövqeyi ilə Əli Kərimlinin və radikal düşərgənin Azərbaycan cəmiyyətinə necə yanaşmasını bir daha ortaya qoyub.

Paylaş:
Baxılıb: 2034 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30