Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin əməlləri öz “bəhrəsini” verir

Əli Kərimlinin əməlləri öz “bəhrəsini” verir

24.11.2015 [10:08]

Mübariz Abdullayev

Yaxud, AXCP ətrafında qalmaqal yeni məcraya qədəm qoyub
Radikal müxalifət düşərgəsi daxilində cərəyan edən qarşıdurmalar yeni mərhələyə qədəm qoyub. Və bu özünü AXCP ətrafında baş verən proseslərdə daha açıq şəkildə göstərir. Belə ki, partiya ilə bağlı baş verənlər Əli Kərimli və onun AXCP-dən tamamilə məhrum edilməsində israrlı olanların yaxın vaxtlarda məhkəmədə üz-üzə dayanacaqlarının qaçılmaz zərurətə çevriləcəyinə işarə edir.
Məlumat üçün bildirək ki, bu günlərdə Ədliyyə Nazirliyi Əli Kərimlinin dəstəsinin AXCP adından keçirdiyi saxta qurultay”ın nəticələrini tanımaqdan imtina edib. Nazirlik noyabrın 13-də “qurultayın nəticələrinin tanınması ilə bağlı sənədləri geri qaytarıb. Bununla bağlı verilən məlumatlarda bildirilir ki, “qurultay” sənədlərinin geri qaytarılmasına səbəb Razi Nurullayevin də Ədliyyə Nazirliyinə AXCP Etimad Qurultayının sənədlərini təqdim etməsidir. Nazirliyin açıqlamasında bildirilir ki, “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətləri məsələnin məhkəmə müstəvisində həllini şərtləndirir”.
Göründüyü kimi, hazırda “AXCP” adına iki iddiaçı peyda olub. Bir tərəfdə Əli Kərimli və yanında qalan dəstə, digər tərəfdə isə Razi Nurullayev və tərəfdarları “AXCP” adına məhz onların sahiblənmək haqqının çatdığını israr edirlər.
Öz növbəsində, radikal düşərgədə baş verənləri izləyən ekspertlər o qənaətdədirlər ki, AXCP-nin parçalanmasına və hazırda iki qrupun eyni ada sahiblənmək iddiası ilə çıxış etməsinin kökündə, əlbəttə ki, hazırda statusu bəlli olmayan Əli Kərimlinin zamanında partiyada şəxsi üsul-idarə yaratması dayanır. Əli Kərimlinin müxalifətçiliyinin öz şəxsi ambisiyalarını təmin etməkdən uzağa getmədiyi heç kəsə sirr deyil. O məhz daim ətrafında olanlara kələk gəlməklə AXCP-ni tamamilə inhisara almağa nail olmuşdu. Qurum bütövlükdə onun əlbuyruğu partiyasına çevrilmişdi. Burada o özünü, sözün əsl mənasında, despot kimi aparırdı. O, partiyada digərlərinin də gözünü qorxutmaq üçün kimi istəsə cəzalandırır, haqqını tapdayırdı.
Hər şeyin bir sonu olduğu kimi, nəhayət, AXCP-də də, necə deyərlər, bıçaq sümüyə dirəndi. Zaman gəlib çatdı ki, daha partiyanın Razi Nurullayev başda olmaqla ayrı-ayrı funksionerləri və sıravi üzvləri Əli Kərimlinin heç bir əndazəyə sığmayan özbaşınalığını sinirə bilmədilər və onunla yollarını ayırdıqlarını bəyan etdilər. Sonuncular AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirilən qurultayının nəticələrini tanımadıqlarını bildirdilər və etimad qurultayı keçirərək AXCP-nin əsl varisinin məhz özləri olduqlarını bəyan etdilər. AXCP-nin Razi Nurullayev qanadının etimad qurultayının qəbul etdiyi qərarlardan biri də Əli Kərimlinin partiyadan kənarlaşdırılması ilə bağlı idi. Bütün bu deyilənlərdən sonra Əli Kərimlinin “AXCP mənimdir” deyərək yaxa cırmasına heç bir mənəvi və hüquqi haqqı çatmır.
Şübhəsiz ki, Əli Kərimli partiyada baş verənlərin fərqindədir. AXCP-ni ekspertlərin təbirincə desək, “şəxsi qazanc mexanizmi”nə çevirdiyi əyyamların xiffətini çəkən bu şəxs indi qurumdan kənarda qalması ilə barışmayaraq “bəlkə də qaytardılar” xülyası ilə ora bura vurnuxur. Boğazdan yuxarı danışaraq “AXCP mənimdir” deyən Əli Kərimli, görəsən, nə üçün onu partiyadan kənarlaşdıran “cəbhəçilər”lə münasibətlərinə məhkəmə qaydasında aydınlıq gətirilməsini istəmir?
Ədliyyə Nazirliyinin məlum qərarına, həmçinin Əli Kərimli dəstəsinin üzvlərinin sosial şəbəkələrdə yazdıqları statuslarda ifadə etdikləri iddialara münasibət bildirən Razi Nurullayev isə KİV-ə açıqlamasında bildirib: “Fakt göz önündədir. Bu gün əsl AXCP-ni biz təqdim edirik. Əli Kərimli AXCP sədri olan zamanlarda partiyanın nizamnaməsini dəfələrlə pozub. Qurultayın keçirilməsini bir neçə il ləngidib. Rayon konfranslarını saxta insanlarla keçirib. Ədliyyə Nazirliyi bunları nəzərə aldı. Sənədlərimiz hüquqşünaslar tərəfindən kifayət qədər yüksək səviyyədə hazırlanıb. Eyni zamanda, Kərimlinin qurultayı saxta insanlarla, saxta şəkildə keçirdiyi tərəfimizdən nazirliyə təqdim olunub”.
Göründüyü kimi, AXCP-nin Razi Nurullayev qanadının təmsilçiləri öz qərarlarında israrlıdırlar və Əli Kərimli ilə mübarizəni sonadək aparacaqlarını bildirirlər. Onlar “AXCP” adını Əli Kərimlidən almağa sadəcə məcbur olduqlarını isə xüsusi olaraq vurğulayırlar.

Paylaş:
Baxılıb: 1395 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30