Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Nə cismi, nə də ruhu bu xalqa gərəkli olmayan zavallılar...

Nə cismi, nə də ruhu bu xalqa gərəkli olmayan zavallılar...

12.04.2016 [09:50]

Pərviz Sadayoğlu

Yaxud, Zamin Hacının lağlağı “fəlsəfəsi”
Azərbaycan torpaqlarını işğal edən və 20 ildən artıqdır ki, bu işğalı sürdürən Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısının Silahlı Qüvvələrimiz tərəfindən alınması, düşmənə layiqli cavab verilməsi hər bir AZƏRBAYCANLININ qəlbini fərəhlə doldurub. Döyüş xəttindəki hər bir əsgəri öz balası kimi qəbul edən Azərbaycan xalqı onların qəhrəmanlıqlarını yüksək dəyərləndirir. Əminliklə demək olar ki, bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi məhz döyüş xəttində vurur, hər birimiz əlimizdə silah həmin əsgərlərin yanında yer almağı özümüz üçün müqəddəs vəzifə sayırıq.
Eləcə də, bu gün peşəsindən, tutduğu mövqedən, savadından, təhsilindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir amal ətrafında birləşiblər: Dağlıq Qarabağın və ətrafındakı ərazilərin işğaldan azad olunması amalı uğrunda. Amma təəssüf ki, bəzilərinin Ordu, Vətən və Şəhidlik anlayışına qarşı göstərdiyi sayğısızlıq davam etməkdədir. Məsələn, adını “köşə yazarı” qoyaraq peşəsini “lağlağı” səviyyəsinə endirən, özünü “satira və ya yumor ustası” kimi qələmə verməyə çalışaraq hansı acınacaqlı duruma düşməsindən, bəlkə də, xəbəri olmayan Zamin Hacı kimiləri...
Son günlərdə bu adamın yazdığı yazılarda Azərbaycan Ordusuna qarşı ironik münasibət, əldə olunan uğurlara kölgə salmaq dərəcəsinə qalxan bir məkr, eləcə də “dərs vermək” arzusu açıq şəkildə ortaya qoyulur. Yazılarını elə “lağlağı” səviyyəsindən qaldıra bilməyən Z.Hacı kosmopolit düşüncəsi ilə vətənpərvərliyi, ruhu, Vətən övladlarının qəhrəmanlıqlarını hədəf halına gətirməyə çalışır.
Əslən elə işğal altında olan bölgəmizdən olan Z.Hacı, guya, özünü “barışçı” kimi qələmə verməyə niyyətlənsə də, onun yaratdığı obraz “təslimçidən” uzağa getmədi. “İstənilən atəşkəsi insan ölümündən yaxşı” sayan bu adamın şəhid olan qəhrəmanlarımızın hansı böyük amal uğrunda can verdyini dərk etməsi mümkün deyil. Beləsinə necə izah edəsən ki, sənin kimiləri ruh məsələsində fərqli yolun yolçusudur. Belələrinin ruhun əbədi yaşadığından xəbəri belə yoxdur. Ümumiyyətlə, Z.Hacı kimilərinin nə cismi, nə də ruhu bu xalqa gərəkli deyil. Xalq arasında belə bir deyim var: sadəcə, say artırmaq üçündür...
Bəli, bizim ruh yüksəkliyimiz qalxdıqca, deyəsən, kimlərinsə başı sinəsinə əyilir. Talış zirvəsində, Seysulanda dalğalanan üçrəngli bayraq Zamin Hacı və onunla eyni fikirdə olan zavallıların yuxusunu çox ərşə çəkəcək. Xalqımızın Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə inamı, dəstəyi Z.Hacı kimi kiçilənləri bu yollara baş vurmağa da sövq edir... Təəssüf...
Aprelin ilk günlərində Dağlıq Qarabağda baş verən erməni təxribatları zamanı dünyasını dəyişən qəhrəmanlarımızın dəfn mərasimində böyük izdiham yaşandı. Bu bizim həmin şəhidlərimiz qarşısındakı son borcumuz deyildi, ilk borcumuz idi. Özünü mərminin üstünə ataraq döyüş yoldaşlarını, əsgərləri xilas edən qəhrəmanlar qarşısında ilk borcumuz idi. Şəhidlər xiyabanında yatan yüzlərlə, minlərlə igidlərimiz qarşısında ilk borcumuz idi. Qarşıda hələ düşmənlərdən Qarabağı təmizləmək borcumuz var. Qarşıda hələ bu Vətən uğrunda veriləsi can borcumuz var. Amma Zamin Hacı narahat olmaya bilər, onun borcu-filanı yoxdur...

Paylaş:
Baxılıb: 1046 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30