Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xədicə İsmayılovanın erməni lobbisinə xidmət etməsi növbəti dəfə sübuta yetirildi

Xədicə İsmayılovanın erməni lobbisinə xidmət etməsi növbəti dəfə sübuta yetirildi

05.05.2017 [10:11]

Pərviz Sadayoğlu

Satqınlar şəbəkəsinin fəal üzvü X.İsmayılovanın sosial şəbəkələrdə etdiyi paylaşımının erməni fəal Vandaryan tərəfindən dəstəklənməsi onlar arasında əməkdaşlığı təsdiq edir
Xəbər verildiyi kimi, əl-Cəzirə TV-nin ingilisdilli saytında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin dərc olunmuş məqaləsi yenidən erməniləri və onların əlaltılarını “hərəkətə” gətirib. Erməni lobbisi ilə əlbir fəaliyyətdə olan “beşinci kolon” nümayəndəsi Xədicə İsmayılova isə sosial şəbəkələrdə bu məqaləni hədəfə alıb. Ermənipərəst X.İsmayılovanın Azərbaycan dövləti əleyhinə yazdığı statusları “layk”layan erməni sosial şəbəkəsi fəalları isə hər zaman olduğu kimi, bu dəfə də ona dəstək veriblər. Belə ki, X.İsmayılovanın Azər Həsrətə qarşı yazdığı status erməni blogger və sosial şəbəkə fəalları tərəfindən dərhal diqqətə alınıb. Konkret olaraq, fəal erməni sosial şəbəkə istifadəçisi Eni Vandaryan özünün tvitter səhifəsində Xədicə İsmayılovaya dəstək olaraq “Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bu günlərdə İndoneziya səfəri ilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı” deyə status paylaşıb. Sözügedən status isə həm ermənilər, həm də Xədicə İsmayılova tərəfindən bəyənilib.
Xədicə İsmayılova kimilərinin ermənilərlə əlbir fəaliyyəti məhz belə faktlarla bir daha ifşa olunur
İllərdir ki, Xədicə İsmayılova kimilərinin ermənilərlə əlbir fəaliyyəti, ölkəmizin maraqlarına qarşı düşmən münasibət bəsləməsi, dövlətimizin imicinə xələl gətirmək üçün apardığı çirkin kampaniyaları məhz belə faktlarla bir daha ifşa olunur. X.İsmayılova ilə Eni Vandaryanın timsalında ermənipərəst şəbəkənin ölkəmizin mənafeyinə qarşı birgə “çıxış etməsi” isə artıq şərhə yer qoymur.
Vurğulanmalıdır ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımları, mətbuatın azadlığı və inkişafı naminə ortaya qoyulan fəaliyyəti dəyərləndirməyən, əksinə, guya bu sahədə hansısa problemlərin olduğunu iddia edən X.İsmayılova erməni lobbisinin direktivlərini yerinə yetirdiyini təsdiqləyir. Digər tərəfdən, sosial şəbəkələrdə öz yalanlarını yaymağa çalışan Xədicə İsmayılova bununla həm də ermənilər üçün arqument yaratmağa çalışır. Belə ki, ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə bir neçə gün qalmış X.İsmayılovanın da anti-Azərbaycan fəaliyyətini “intensivləşdirməsi” bir çox mətləblərdən xəbər verir. X.İsmayılova kimilər bu cür ermənipərəst “statuslarla” qondarma “Milli şura”nın, AXCP-nin fiaskoya uğramış, yarımçıq qalmış arzularını davam etdirməyə çalışırlar.
Bəli, fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən ermənipərəst X.İsmayılova hər zaman ermənilərin barmaq işarəsi ilə oturub-duran birisi olub. Xarici maliyyənin təsiri ilə ölkəmizə qara yaxmağı özünə peşə seçmiş X.İsmayılova Azərbaycanda keçirilən mühüm qlobal müzakirələrə, idman və mədəniyyət tədbirlərinə, o cümlədən həyata keçirilən islahatlara, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bunu dostluq etdiyi ermənilərin arzularına uyğun şəkildə təqdim etməyə çalışıb.
Vandaryan-Xədicə İsmayılova “əməkdaşlığı” satqın şəbəkənin həyat tərzini, istəyini, arzusunu, niyyətini ortaya çıxarır
Birmənalı şəkildə qeyd etmək gərəkdir ki, X.İsmayılovanın kimliyi, fəaliyyəti xalqımıza yaxşı bəllidir. Ermənilərlə eyni səfdə dayanan, Xocalı faciəsini törədən vəhşilərə qoşularaq milli maraqlarımıza düşmən kəsilən belələri üstündə gəzdikləri Vətənə, millətə qarşı çıxmaq üçün bir göz qırpımını belə əldən qaçırmırlar. Vandaryan-Xədicə İsmayılova “əməkdaşlığı” özlüyündə satqın şəbəkənin həyat tərzini, istəyini, arzusunu, niyyətini ortaya çıxarır.

Paylaş:
Baxılıb: 951 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31