Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xaricə “mühacirət” etmək üçün yeni yollar axtarışında...

Xaricə “mühacirət” etmək üçün yeni yollar axtarışında...

13.03.2018 [09:53]

Mübariz Abdullayev

Fəvvarələr meydanında bir qrup ünsürün qanunsuz aksiya keçirmək cəhdini “beşinci kolon”da yer alan marginal qrupların növbəti para və “mühacirət” sərgüzəştləri kimi dəyərləndirmək mümkündür
Mənsub olduğu xalqa, doğma Vətənə qarşı çıxan “beşinci kolon” təmsilçilərinin antimilli mahiyyət daşıyan əməlləri hər zaman qınaq obyektinə çevrilib və ikrahla qarşılanıb. Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycanda da “beşinci kolon” mövcuddur. “Sapı özümüzdən olan baltalar” Azərbaycanın dinamik inkişafına, dünyada getdikcə artan nüfuzuna hansı yollarlasa xələl gətirmək istəyən imperialist güc mərkəzlərinin, o cümlədən də xaricdəki erməni lobbisinin ölkəmizlə bağlı hazırladıqları müxtəlif qərəzli ssenarilərdə məmnuniyyətlə yer alırlar. Əslində, Azərbaycandakı “beşinci kolon” təmsilçilərinin ünvanı da bəllidir - onlar əsas etibarı ilə radikal müxalifət düşərgəsində cəmləşən ünsürlərdən, ayrı-ayrı marginal qruplardan ibarətdirlər. Onlar anti-azərbaycançı dairələrdən gələn sifarişləri can-başla yerinə yetirirlər. Hətta “beşinci kolon” düşərgəsində “daha fəal satqın” olmaq uğrunda daxili çəkişmə getdiyi də diqqətdən yayınmır.
Təbii ki, “beşinci kolon”a aid ayrı-ayrı marginal qruplarda təmsil olunanların yaxa cırmaları, baş-gözlərini qanatmaları məqsədsiz deyil. Belə əməllər onların “çörək ağacı”dır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Çünki milli satqınlar bu cür vasitələrlə xaricdəki bəlli mərkəzlərin diqqət mərkəzinə düşərək onlardan ianələr, qrantlar qoparmaq məqsədi güdürlər.
Bəhs olunan marginal qrupların təmsilçilərinin küçələrdə, meydanlarda qayda-qanunu, ictimai asayişi pozmalarının, dövlətçiliyə qarşı çağırışlar etmələrinin son vaxtlarda daha çox populyarlıq qazanan digər bir özəl məqsədi də var. Onlar özlərini ipə-sapa yatmayanlar kimi göstərməklə xəyal qurduqları xarici ölkələrdən birinə “mühacirət” etmək yollarını açmaq istəyirlər. Guya Azərbaycanda demokratiyaya basqılar var, insan və vətəndaş hüquq və azadlıqları pozulur. Bu kimi səbəblərə görə də hansısa xarici bir ölkəyə “siyasi mühacirət” etmələrinə zərurət var. Yeri gəlmişkən, radikalların siyahısında yer alan “siyasi məhbuslar”ın siyasət-filanla heç bir bağlılıqları yoxdur. Bu qondarma siyahılarda adları keçənlərin böyük əksəriyyəti, sadəcə, xaricə getmək arzusunda olanlardır. Onlar Əli Kərimliyə, sifarişlə işləyən başabəla hüquq müdafiəçilərinə “şirinlik” vermələri müqabilində adlarını “siyasi məhbus” siyahısına (oxu: doğma Vətənini atıb xaricə getmək istəyənlərin siyahısı-red.) yazdırıblar. Təsadüfi deyil ki, hazırda radikal düşərgədə bir neçə belə siyahı yaranıb. Hər bir partiya rəhbəri də aldığı para müqabilində öz namizədini xaricdəki bəlli mərkəzlərə sırımağa çalışır.
Cari il martın 10-da paytaxtın Fəvvarələr meydanında bir qrup ünsürün hərəkətlərini də elə “beşinci kolon”da yer alan marginal qrupların növbəti para və “mühacirət” sərgüzəştləri kimi dəyərləndirmək mümkündür. Belə ki, qeyd olunan tarixdə özlərini dövlət qeydiyyatına alınmayan Gələcək Azərbaycan Partiyasının təmsilçiləri kimi qələmə verən şəxslər Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan mitinq keçirməyə cəhd göstəriblər.
Fəvvarələr meydanında mitinq keçirməyə cəhd göstərənlər vaxt seçimində öz çiyindaşlarının ənənələrinə sadiq qalıblar. Məlumdur ki, “beşinci kolon”da yer alan ünsürlər xaricdəki bəlli mərkəzlərin diqqətini özlərinə çəkmək üçün adətən əlamətdar hadisələr ərəfəsində “siyasi” fəallıq nümayiş etdirirlər. Onlar bu dəfə, necə deyərlər, özlərini gözə soxmaq və “mühacirətə” gedən yollarını açmaq üçün seçkiöncəsi mərhələni seçiblər.
Təbii ki, xaricə “mühacirət” etmək istəyənlərin xəyalları puç olub, arzuları gözlərində qalıb - onların keçirmək istədikləri qanunsuz aksiyanın qarşısı əlaqədar qurumlar tərəfindən alınıb. Başqa cür necə ola bilər axı? Fəvvarələr meydanı şəhər sakinlərinin, paytaxtımızın qonaqlarının sevimli istirahət yeridir, burada çoxlu sayda xidmət obyektləri yerləşir. Marginal qruplarda təmsil olunanların “mühacirət” xülyalarına görə insanların istirahət hüquqlarının üstündən necə xətt çəkmək olar? Paytaxt Bakıda kütləvi aksiyaların, o cümlədən də mitinqlərin keçirilməsi üçün metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul “ stadionu seçilib. Yeri gəlmişkən, martın 10-da qeyd olunan məkanda qondarma “Milli şura” Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqini düzənləyib. Gözlənildiyi kimi, radikalların mitinqi bu dəfə də uğursuz alındı. Bunun səbəbləri başqa bir söhbətin mövzusudur. Sadəcə onu deyək ki, Fəvvarələr meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərənlərin həqiqi niyyətləri mitinq keçirmək idisə, onlar da müvafiq qaydalar çərçivəsində hərəkət edə bilərdilər. Ancaq belə görünür ki, “mühacirət” sevdalılarının niyyəti mitinq keçirmək yox, xaricdəki mərkəzlərin diqqətini cəlb etmək, onlardan qrant qopartmaq və xaricə gedən yollarını açmaq imiş.

Paylaş:
Baxılıb: 890 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30