Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər

Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər

22.02.2019 [09:38]

Pərviz Sadayoğlu

Mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir öhdəlik götürmür və bunda maraqlı deyillər
Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti qondarma “Milli şura”nın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib. Buna səbəb yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub. Xatırladaq ki, yanvarın 19-da keçirilən icazəli mitinqdən sonra bəzi toplantı iştirakçılarının nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin bu hərəkətlərin dayandırılması barədə qanuni tələblərinə qarşı tabesizlik göstərmələri vətəndaşların haqlı narazılığına səbəb olub. Eləcə də sözügedən mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanini tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması da hələ başa çatmayıb.
Qeyd olunmalıdır ki, bu insanlar sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini normal şəkildə çatdırmaq qabiliyyətində deyillər. Çünki bu dağıdıcı ünsürlər hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlanır. Digər tərəfdən, radikal ünsürlər elə düşünürlər ki, “sərbəst toplaşma azadlığı” digər insanların hüquqlarını da pozmağa “imkan verir”. Amma heç də elə deyil. Mitinqdən çıxanların yolları kəsməsi, hətta avtobusların, nəqliyyat vasitələrinin hərəkətinə açıq və qəsdən maneçilik törətməsi və həmin əraziyə yaxın yaşayan insanların istirahət hüququnu pozması konkret olaraq qanun pozuntusudur.
Ümumiyyətlə, bu gün öz yalanları ilə ictimai rəyi çaşdırmağa, xarici antimilli mərkəzlərin sifarişlərini yetirməyə niyyətlənən Əli Kərimli və onun kimi siyasi alverlə məşğul olanların dağıdıcı zehniyyəti dəyişməyib. 1992-ci ildə xalqın, dövlətin başına hansı oyunları açdıqlarını, ölkənin müstəqilliyini təhdid altına alacaq təhlükələr yaratdıqlarını dilə gətirməyən Əli Kərimli cəmisi bir illik hakimiyyətləri dövründə Azərbaycana 50 illik ziyanlar vurduqlarını niyə mitinq tribunalarından səsləndirmir? Axı həmin dövr Azərbaycan xalqının yaddaşındadır. AXC-”Müsavat” hakimiyyətinin nümayəndələrinin hakimiyyət uğrunda savaşlarının vətəndaş müharibəsinə gətirib çıxarması, ölkədə iqtisadi tənəzzülün yaşanması, silahlı birləşmələrin cəbhə xəttində deyil, həmin dövrün hakimiyyət nümayəndələrinin kürsüsünün qorunması üçün təlimatlandırılması haqqında faktları gizlətmək mümkün deyil. Bəli, bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq üçün ermənipərəstlərin “mətbəxi”ndə hazırlanan yalanları yaymağa çalışması onların siyasi kimliyini bir daha üzə çıxarır. Bu aksiyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlərdir”. Bu gün yalnız dağıdıcılığı özünə “siyasi yol” kimi seçənlərin irəli sürdükləri iddialar bir daha təsdiq edir ki, onlar hələ də revanşizm ab-havasındadırlar, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Bu mənada onların keçirilən hər bir mitinqdən sonra sabitliyin və qanunun pozulmasına yönəlik addımlar atması da gözlənilən haldır. O baxımdan, fevralın 23-də mitinq keçirmək üçün müraciət edən, özünü bu mitinqin təşkilatçısı qismində irəli sürənlər mitinq iştirakçılarının hər hansı qanun pozuntusuna yol verməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər. Mitinqin təşkilatçıları isə belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər. Bu isə onların bu mitinqləri şəxsi maraqlarına vasitə olaraq gördüklərini və qarşıdurma yaratmaq üçün istifadə etdiklərini bir daha təsdiqləyir.

Paylaş:
Baxılıb: 607 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30