/ Dialoqdan imtina edən və anti-Azərbaycan dairələrə xidmət göstərən radikal müxalifəti siyasi qüvvə adlandırmaq olmaz
Dialoqdan imtina edən və anti-Azərbaycan dairələrə xidmət göstərən radikal müxalifəti siyasi qüvvə adlandırmaq olmaz
22.04.2020 [10:18]
Mübariz Abdullayev
Dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparan marginal qruplaşmanın əsas məqsədi vəziyyəti gərginləşdirməkdir
Son vaxtlar Azərbaycan hakimiyyətinin siyasi sistemin təkmilləşdirilməsi məqsədilə reallaşdırdığı islahatlar, həmçinin iqtidar tərəfindən irəli sürülən dialoq təşəbbüsləri ölkədə müxtəlif siyasi qüvvələr arasında münasibətlərin sağlam zəmin üzərində inkişafına yeni imkanlar yaradıb. İslahatların və dialoq təşəbbüslərinin əsas hədəfi ondan ibarətdir ki, ölkədəki bütün siyasi qüvvələr Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi, ümummilli məsələlərə öz töhfələrini versinlər. Qeyd etmək yerinə düşər ki, respublikamızdakı əksər siyasi qüvvələr, müxtəlif partiyalar iqtidar tərəfindən atılan addımlara, dialoq təşəbbüslərinə, dövlətçiliyimiz naminə birgə fəaliyyətə dəstək ifadə ediblər. Şübhəsiz ki, bu, keyfiyyətcə yeni siyasi konfiqurasiyanın formalaşmasına xidmət edən mühüm amildir.
Dövlətə, xalqa qarşı düşmənçilik edən “beşinci kolon” öz ampluasında...
Bununla belə, respublikamızda dialoq təşəbbüsünə, ümumi müsbət proseslərə qarşı çıxan marginal dəstələr də mövcuddur. Radikal düşərgədə cəmləşən bu marginal dəstələr bir qayda olaraq özlərinin korporativ maraqlarını düşünürlər. Radikallar şəxsi maraqlarını təmin etmək üçün xaricdəki erməni lobbisinə bağlı olan anti-Azərbaycan dairələrdən davamlı şəkildə sifarişlər alır, onlarla sinxron fəaliyyət göstərir və beləliklə də, “beşinci kolon” funksiyasını yerinə yetirirlər. Əslində, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün deyil.
Bu düşərgədə cəmləşən insanlar uzun illərdir ki, iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı düşmənçilik mövqeyi tuturlar və çirkin mübarizə aparırlar.
Özlərini “müxalifət” adlandıran qüvvələr ümumi işə öz töhfələrini verməli, inkişafla, problemlərin həlli ilə bağlı fərqli fikirlər, yollar təklif etməlidirlər. Fikir, məsələlərə yanaşma müxtəlifliyi heç bir halda düşmənçilik anlamına gəlməməlidir. Lakin reallıqda Azərbaycan cəmiyyəti nəyin şahidi olur? Bariz reallıqdır ki, radikalların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir.
Marginal qruplaşma daim “ölkəmiz, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır” yanaşmasından çıxış edir.
Radikal müxalifətin siyasi keçmişi hansı məqamlardan xəbər verir?
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu gün həmin qruplaşmada “lövbər salaraq” dövlətə və xalqa qarşı düşmənçilik edənlərin siyasi keçmişi bir çox məqamların üzərinə işıq salır.
Bəhs olunan düşərgə təmsilçiləri ötən əsrin doxsanıncı illərinin əvvələrində, necə deyərlər, qaragüruhla, bütün hüquq normalarını, bütün demokratik prinsipləri pozmaqla hakimiyyəti uzurpasiya etdilər və elə ilk gündən öz hikkələrini diktə etməyə başladılar. Belə ki, bu gün Azərbaycan iqtidarının uğurlu siyasətini qaralayan, şər-böhtan atan
həmin bu qüvvələr hakimiyyətdə olduqları qısa müddətdə ölkəmizdə xaos, anarxiya yaratdılar, korrupsiyanı dövlət siyasəti səviyyəsinə qaldırdılar. Həmin dövrdə səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrilmişdi.
Bu hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi, müstəqilliyimiz üçün real təhlükə yaranmışdı.
Radikal ünsürlərin real siması: koronavirusa sevinənlər ancaq antimilli qruplardır
O da ayrıca qeyd edilməlidir ki, sözügedən marginal qruplaşma daim ümummulli məsələlərdə xalqın və dövlətin mənafeyinə zidd mövqe sərgiləyir. Məsələn, bütün dünyaya böyük narahatlıqlar yaradan koronavirus pandemiyası radikallar üçün, sanki, göydəndüşmə bir fürsətə çevrilib. Hazırda respublikamızda bütün resurslar pandemiyaya qarşı mübarizəyə səfərbər edilib. Hazırlanmış proqramlar əsasında pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı operativ tədbirlər görülür. Radikallar isə dövlətin ayırdığı böyük həcmlərdə maliyyə vəsaiti hesabına reallaşdırılan bütün tədbirləri, pandemiyaya qarşı mübarizə siyasətini qaralamaqla məşğuldurlar. Aydın görünür ki, bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Onlar ölənlərin, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir.
Təbii ki, xaricdəki antimilli dairələrlə sinxron fəaliyyət göstərən, ermənipərəst qüvvələrin direktivlərini yerinə yetirən marginal, radikal dəstələrin xəyanətkar mövqe tutmaları onlara qarşı adekvat münasibət formalaşdırır. Azərbaycanın cəmiyyətinin ümumi mövqeyi belədir ki, bu cür radikal dəstələrə ölkəmizin yeni formalaşan siyasi konfiqurasiyasında yer yoxdur və ola da bilməz.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07
Sosial
18 Aprel 14:06
Xəbər lenti
18 Aprel 13:55
Siyasət
18 Aprel 13:43
Xəbər lenti
18 Aprel 13:32
Xəbər lenti
18 Aprel 13:14
Xəbər lenti
18 Aprel 13:13
Dünya
18 Aprel 12:45
Sosial
18 Aprel 12:40
Xəbər lenti
18 Aprel 12:27
Xəbər lenti
18 Aprel 12:15
Xəbər lenti
18 Aprel 12:14
Xəbər lenti
18 Aprel 12:10
Xəbər lenti
18 Aprel 11:51
Dünya
18 Aprel 11:43
Xəbər lenti
18 Aprel 11:41
Xəbər lenti
18 Aprel 11:38
Xəbər lenti
18 Aprel 11:12
Xəbər lenti
18 Aprel 11:02
Mədəniyyət
18 Aprel 10:56
Xəbər lenti
18 Aprel 10:49
İqtisadiyyat
18 Aprel 10:44
Xəbər lenti
18 Aprel 10:40
MEDİA
18 Aprel 10:38
Siyasət
18 Aprel 10:34
Siyasət
18 Aprel 10:32
Siyasət
18 Aprel 10:21
Gündəm
18 Aprel 10:11
Gündəm
18 Aprel 10:00
Siyasət
18 Aprel 09:57
Xəbər lenti
18 Aprel 09:50
Müsahibə
18 Aprel 09:45
Xəbər lenti
18 Aprel 09:38
Xəbər lenti
18 Aprel 09:31
Xəbər lenti
18 Aprel 09:30
Xəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26