Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Beşinci kolon”un növbəti manipulyasiya cəhdi

“Beşinci kolon”un növbəti manipulyasiya cəhdi

17.06.2020 [08:57]

Pərviz Sadayoğlu

Yaxud xaricdə oturub Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa çalışan antimilli ünsürlərin səyləri iflasa məhkumdur
Hazırda əksər ölkələr kimi, Azərbaycan dövləti də qlobal pandemiya şəraitində profilaktik və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkəmizdə ilk yoluxma qeydə alındığı andan etibarən respublikamızın müvafiq qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Şübhəsiz ki, yaranmış vəziyyətdə dövlətimiz əhalinin sağlamlığının təmin edilməsini əsas məqsəd kimi qarşıya qoyub və ötən müddətdə görülən tədbirlər, tətbiq olunan karantin rejimi bu pandemiyanın miqyasının genişlənməsinin qarşısının alınmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Vurğulanmalıdır ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından yoluxma sayının artması həftəsonlarında bir sıra şəhər və rayonlarda sərt karantin rejiminin tətbiqinə yol açdı. Bu məqamda bildirmək yerinə düşər ki, yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir və ölkəmizin bu istiqamətdə apardığı fəaliyyət təqdir olunur.
Əfsuslar olsun ki, öz “ənənə”sinə sadiq qalan dağıdıcı ünsürlər bu məsələdə də dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləməkdədirlər. Belə ki, istər ölkə daxilindəki, istərsə də xaricdəki bəzi antimilli qüvvələr, “beşinci kolon” nümayəndələri ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd edirlər. Təbii ki, “sapı özümüzdən olan balta”ların bu səyləri xidmət etdikləri xarici anti-Azərbaycan dairələrin siyasi sifarişlərinə əsaslanır. Xüsusilə, xaricdəki anti-Azərbaycan qüvvələrin direktivləri ilə hərəkət edən Cəmil Həsənli, Qubad İbadoğlu və onlar kimi digər antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa çalışırlar. Hətta iş o yerə çatıb ki, həmin antimilli ünsürlər karantin rejimi çərçivəsində müəyyənləşdirilmiş qaydalara əməl etməyənlərə, asayişi qoruyan polislərə qarşı çıxaraq dövlətin qanunları pozanlara belə haqq qazandırır, digər şəxləri də bu cür qanunsuzluqlara yol verməyə çağırırlar. Bu isə həmin antimilli ünsürlərin təxribat cəhdi olmaqla yanaşı, ölkəmizdəki vətəndaş-dövlət birliyinə zərbə vurmaq səyidir.
Şübhəsiz ki, hazırda yaşadıqları və ya “qonaq olduqları” ölkələrdə tətbiq olunan qaydalara sözsüz tabeçilik göstərən həmin ünsürlərin ölkəmizə münasibətdə bu cür “dil pəhləvanlığı” etməsinin arxasında bir sıra məqamlar dayanır. Belə ki, həmin antimilli ünsürləri narahat edən amil Azərbaycanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasına qarşı səmərəli tədbirlərin həyata keçirilməsi, kütləvi ölümlərin baş verməməsi, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini qorumaq üçün qətiyyət nümayiş etdirməsi, eləcə də xalqımızın milli həmrəylik nümunəsi ortaya qoymasıdır. Bu gün xalqımız qanunların keşiyində dayanan, sərt karantin günlərində insanların sağlamlıqlarının qorunması üçün öz sağlamlıqlarını təhlükəyə atan polislərimizin fəaliyyatini yüksək dəyərləndirir. Eyni zamanda, cəmiyyətimizdə haqlı olaraq belə bir sual yaranır: Yalan və böhtanlarla “silahlanaraq” fərqli maraqların qulluqçusuna çevrilmiş “beşinci kolon” nümayəndələri, görəsən, hazırda yaşadıqları və ya “qonaq olduqları” ölkələrdə də polisə qarşı təhrikedici və ya qeyri-real fikirlər səsləndirə bilirlərmi?
Reallıq budur ki, ölkəmizdəki xalq-dövlət birliyinin gücündən narahat olan “beşinci kolon” nümayəndələri sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımlar edir, yalan çağırışlarla təşviş yaratmağa çalışırlar. Xalqımız isə həm ölkə daxilindəki, həm də xaricdəki antimilli ünsürlərin əsl niyyətlərini görür və onların yalanlarına qətiyyən inanmır. Ona görə də “sapı özümüzdən olan baltalar”ın bu cür cəhdləri hər zaman olduğu kimi, iflasa məhkumdur. Bir sözlə, Cəmil Həsənli, Qubad İbadoğlu və digər bu kimi antimilli ünsürlərin “pandemiya şousu”da iflasa məhkumdur.

Paylaş:
Baxılıb: 278 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30