Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qozbeli qəbir düzəldər

Qozbeli qəbir düzəldər

09.12.2020 [09:22]

Pərviz Sadayoğlu

Yaxud vaxtilə hakimiyyət hərisliyi ucbatından torpaqlarımızın işğal edilməsinə şərait yaradan dağıdıcı ünsürlər bu gün də ermənipərəstlərin mövqeyinə uyğun tezislərlə çıxış edirlər
Sirr deyil ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycana qarşı olan ermənipərəst mərkəzlərin və onların əlaltılarının arzularını ürəklərində qoydu. Bu mənada, müzəffər qələbəmizdən sonra anti-Azərbaycan mövqeyindən çıxış edən radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başladı. Belə ki, vaxtilə hakimiyyət hərisliyi ucbatından torpaqlarımızın işğal edilməsinə şərait yaradan radikal müxalifət bu gün də öz antimilli xislətindən əl çəkmir və ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış edir. Bu isə onların yeni təlimat almasının növbəti isbatıdır. Necə deyərlər, qozbeli qəbir düzəldər.
Yeri gəlmişəkən, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, xarici havadarlarından aldığı sifarişlər əsasında şanlı qələbəmizə qara yaxmağa çalışan radikal ünsürlər unudurlar ki, Qarabağ torpaqları məhz onların hakimiyyət ambisiyalarına görə işğal olunmuşdu: “Bu torpaqlar məhz onların vəzifə hərisliyi ucbatından, o cümlədən səriştəsiz fəaliyyətlərinin nəticəsində Ermənistan tərəfindən işğal edildi. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda aparılan mübarizənin pik həddə çatması ölkədə siyasi böhran yaratdı və bu çox ciddi fəsadlara gətirib çıxardı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Həmin vaxt dövlət çevrilişi edərək hakimiyyətə gələn Xalq Cəbhəsi bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirməyə, ölkəmizdə repressiyalar təşkil etməyə, senzura tətbiq etməyə və digər antidemokratik addımlar atmağa yönəltdi. Nəticədə də torpaqlarımız işğala məruz qaldı. Məhz onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi”.
Milli Məclisin deputatı Anar Məmmədov da bildirib ki, Vətən müharibəsinin başlandığı dövrdə özlərini xalqa vətənpərvər kimi təqdim edənlər artıq həm davranışlarında, həm də fikirlərində “fərqli ünvanlara” istinad etdiklərini açıq şəkildə büruzə verirlər. Onun fikrincə, dünənə qədər “vətənpərvər cilddə” gizlənənlər artıq müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. “Bu onların dəyişmədiyini, ən azından dövlətimizin, xalqımızın səyi ilə, şəhidlərimizin qanı bahasına əldə olunan qələbəyə belə sevinmədiklərini göstərir. Belə olmasaydı, xalqımıza qarşı düşmən kəsilənlərlə eyni dildən, eyni tezislərlə çıxış etməzdilər. Radikal müxalifət müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa çalışır. Onların cəmiyyətdə zərərli müzakirələrə yol açmaq və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirmək, həm də gündəmdə qalmaq cəhdləri fiaskoya məhkumdur”, - deyə millət vəkili əlavə edib.

Paylaş:
Baxılıb: 310 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31