Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sevinc Osmanqızı erməni yalanlarının uğursuz təbliğatçısı rolunda...

Sevinc Osmanqızı erməni yalanlarının uğursuz təbliğatçısı rolunda...

18.02.2021 [08:52]

Pərviz Sadayoğlu

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə nəticəsində ərazi bütövlüyümüzün təmin olunması istər ölkəmizin, istərsə də xalqımızın qarşısında yeni çağırışlar müəyyənləşdirib. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızda qısa zaman kəsiyində yeni infrastrukturun yaradılması, öz doğma yurduna qayıdacaq vətəndaşlarımızın rahat və normal yaşamının təmin edilməsi üçün genişmiqyaslı və planlı fəaliyyətə başlanılıb. Erməni vandalizminin qurbanı olan, xarabalığa çevrilən rayonlarımızda planlı şəkildə yenidənqurma, abadlıq işlərinin aparılması üçün dövlətimiz bütün gücünü səfərbər edib. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında işğaldan azad edilmiş torpaqlara böyük qayıdış məsələsinin xüsusi qeyd edilməsi, həmin regionların iqtisadi inkişafı ilə bağlı müddəaların yer alması dövlətimizin bu istiqamətdəki gələcək hədəflərindən xəbər verir.
Maraqlıdır ki, ölkəmizin inkişafında yeni bir mərhələ sayılacaq bu proses ermənilər və onların xaricdəki havadarları qədər “sapı özümüzdən olan baltalar”ı da narahat etməkdədir. Bunun nəticəsidir ki, Sevinc Osmanqızı kimi antimilli ünsürlər xəyanətkar və yalan təbliğat vasitəsilə düşmən dəyirmanına su tökməyə çalışırlar. İşğaldan azad edilmiş regionlarımızda gedən genişmiqyaslı işlərə kölgə salmaq üçün min bir yalan uyduran, bu yalanlarını isə ermənilərin himayəsinə sığınmış “ekspertlər” sayəsində “arqumentləşdirməyə” çalışan S.Osmanqızının birmənalı şəkildə antiazərbaycançı mərkəzlərin direktivlərinə əsaslanması ilk baxışdan nəzərə çarpır. Belə ki, bu gün Ermənistanın və ermənilərə havadarlıq edənlərin sosial şəbəkələrdə yaymağa çalışdıqları yalanlar S.Osmanqızının “tezisləri” ilə eyni mahiyyətə malikdir. Son bir neçə gündə bu yalanlarını kampaniyaya çevirmək uğrunda “mübarizə aparan” S.Osmanqızı bununla bir daha özünü ifşa etmiş olur. Maraqlıdır ki, Azərbaycan dövlətinin qısa zamanda istər Şuşa şəhərinin, istərsə də digər işğaldan azad edilmiş bölgələrimizin inkişafı ilə bağlı nəzərdə tutduğu işlərdən bir kəlmə belə söz açmayan S.Osmanqızı hələ də təkidlə qələbənin nəticələrini şübhə altına almağa çalışır. Sual yaranır ki, özünü sosial şəbəkələrdə “hər şeydən xəbərdar” kimi təqdim etməyə çalışan bu şəxsin məqsədi nədir? Artıq “Dağlıq Qarabağ münaqişəsi” adlı bir məsələnin olmadığını, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini S.Osmanqızı niyə həzm edə bilmir? Bu gün istər yerli, istərsə də bəzi xarici dövlətlərin şirkətləri işğaldan azad edilmiş bölgələrin abadlaşdırılması prosesinə cəlb olunurlar. Görəsən, nə üçün S.Osmanqızı bu həqiqətləri deyil də, erməni yalanlarını təbliğ etməyə üstünlük verir?
Təbii ki, S.Osmanqızının bu yalanları da özündən əvvəlkilər kimi yalnız fiaskoya məhkumdur. Çünki Azərbaycan cəmiyyəti bütün həqiqətləri görür və dəyərləndirir. Xalqımızı, dövlətimizi pula satanların, düşmən dəyirmanına su tökənlərin arzuları hər zaman gözündə qalıb. Azərbaycan cəmiyyəti isə “beşinci kolon”un riyakar və satqın mövqeyini ikrah hissi ilə qarşılayır.

Paylaş:
Baxılıb: 330 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30