Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Qış azuqəsi”nin sındırdığı baş...

“Qış azuqəsi”nin sındırdığı baş...

26.09.2012 [00:00]

Pərviz Sadayoğlu

Radikal düşərgənin pul sevdasının “mitinq” serialı
Bəziləri üçün “yay tətili” qurtaran kimi “qış azuqəsi”nin yığılması prosesi başlanıb. Bu yöndə yeni planlar quran, fil düzəltmək üçün küçələrə düşüb qarışqa axtaran radikal müxalifət baş sındırmaqla məşğuldur. Sındırmaq demişkən, sədrlərindən “gedin baş sındırın, görək neynirik” sözünü eşidən kimi bir-birinə baxıb canını oda yaxmaqda məhşuri-cahan olan AXCP və “Müsavat”dan 2 nəfər sən demə başını divara vurub partladıb. İndi də “bunu hakimiyyətin ayağına necə yazaq” istiqamətində mühüm işlər aparılır.
Xarici “institut”ların ölkəmizdəki “muzdlu nümayəndə”sinə çevrilmiş bəlli “qrantovşik”lərimiz gözlərinə görünən hər şeydən qrant qoparmağa çalışırlar. Rəhmətlik Mirzə Cəlilin obrazlarından fərqlənməyən bu vərdişkarlar dünyada xeyirxahlıq və ya fərli bir işin həyata keçirilməsi üçün ayrılan pul standartı almış “qrantı” xidmətçilik müstəvisinə endiriblər.
Son video olayını hərləyib-fırlayıb öz siyasi mənafeyinə biçib-tikməyə çalışan radikal düşərgə yenə də küçəyə çıxıb qışqırmaq, özünü yerə-yurda sürtmək istəyini bəyan edib. Bu gün Azərbaycanın hər yerində korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə göz önündədir və cəmiyyətimiz tərəfindən təqdir olunur. Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizədə qəti mövqe nümayiş etdirir və hüquq-mühafizə orqanları aşkar edilmiş hər bir fakta görə istintaq aparır, cinayət işi açır.
Təəssüf ki, radikal müxalifətdə oturub “sensasiona çevrilmək və şok olmaq” üçün əldən-ayaqdan gedən “qrant xidmətçi”ləri ölkəmizdə aparılan islahatlara, inkişafa, əldə olunan uğurlara öz arzularının donunu geyindirmək, kölgə salmaq üçün məntiqsiz və cılız iddialar irəli sürürlər, Azərbaycan parlamentinin buraxılmasını istədiklərini söyləyirlər. Adama deyərlər, ay bala, niyə axı, parlament buraxılmalıdır? Axı, kiminsə deputat mandatının ləğvinin və ya onun haqqında cinayət işinin başlanmasının parlamentin fəaliyyətinə nə dəxli var?
İP-i başqalarının əlində olanların yeni parlament seçkisi iddiası gülünc olduğu qədər də onların Konstitusiyadan bixəbər olduqlarını üzə çıxarır. Bu insanlar hələ də ilişib qalıblar 1992-ci ildə... Kim haraya istəsə dırmaşa bilərdi, kim haradan istəsə çıxa bilərdi, kim haradan istəsə qoşununu çıxara bilərdi. Bu insanlar qanunsuzluq mühitini sevirlər və hər addımda da qanunları pozmaq üçün “sinov” getdiklərini büruzə verirlər. Bəs necə, adını dövlət rəsmisi qoy, çat birini şillələ, o birisini baqaja bas, ürəyin istəyəndə vəzifəni qoy “xolodelnikə” donsun özü üçün yavaş-yavaş, ya da kefin istəyəndə min təyyarəyə, çıx aradan ki, mənlik deyil. Belə idarəçiliyə öyrəşib bunlar...
Bu insanlar reallıqdan, həqiqətdən başqa hər şey görürlər. Ən böyük dərdləri isə gördüklərini birrəngdə seçmələridir. Yox, söhbət daltonizmdən getmir, sadəcə, pulu verən hansı rəngi məsləhət görsə... Dünya da onlara həmin rəngdə görsənir...
Öz biabırçılığından, yalançılığından bezməyən, usanmayan radikal düşərgə bir az geriyə boylanıb öz uğursuzluqlarından dərs belə götürmək istəmir... Hətta qohum-qardaş səviyyəsində piket keçirmək iqtidarında olmayan bu insanlar bilirlər ki, onların mitinqinə heç özününkülər gəlmir. Elə bu səbəbdən də onlar iki iş bir olan kimi şəhərin mərkəzində “icazəsiz” aksiya keçirəcəklərini deyirlər. Görünən odur ki, ötən dəfə keçirdikləri (q)ağalarının kefinə tam oturuşmayıb. Nəinki oturuşmayıb, hətta bu kefə bir-iki baş soğan da doğrayıb. Qəzet səhifəsindən uzağa boylana və gedə bilməyən radikal kəsimin mərkəz istəyi də bu soğanın acı nəticəsindən yayınmaqdır. Qərbli day-daylarının yanında biabır olmamaq, tam yox olmadığını dönə-dönə isbat etmək üçün şəhərin mərkəzində yelləncəkdə yellənən uşağın belə onlardan olduğunu iddia etməkdən asan nə var ki... Dirən ki, yoldan keçən, parkda dincələn, bir sözlə kim gözünə sataşır, hamısı İP-dəkilərdir... Sem (q)ağasının havasına süzən, Sorosun pullarının rəngi ilə ağlı başından uçan, yaşıl dollara hər şeyi qurban verən belələri üçün bir amal, bir nəticə var-PUL!
Görəsən, belələri bilirlərmi ki, hər ağızlarını açıb “piket” deyəndə, “mitinq” deyəndə onların nəyin peşində olduğu bu cəmiyyətə gün kimi aydın olur? Bu insanlar niyə fərqində deyillər ki, ağızlarından çıxan hər gülünc kəlmələri onları daha da cılızlaşdırır, daha da eybəcərləşdirir?!
Paylaş:
Baxılıb: 1248 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31