Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qənimət Zahid ermənilərin uğursuz təbliğatçısı kimi...

Qənimət Zahid ermənilərin uğursuz təbliğatçısı kimi...

21.04.2021 [08:51]

Pərviz Sadayoğlu

Radikal müxalifət düşərgəsinin və onun xaricdəki uzantılarının 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə qarşı apardıqları qara piar kampaniyası səngimir. Sosial şəbəkələr vasitəsilə aparılan və ictimai rəyi çaşdırmağa yönələn bu çirkin təbliğatın ermənipərəst mərkəzlərin sifarişi ilə həyata keçirildiyi hər kəsə bəllidir. AXCP sədri Əli Kərimli, antimilli şuraçı Gültəkin Hacıyeva, eləcə də Sevinc Osmanqızı və Qənimət Zahid kimiləri sosial şəbəkələrdə mütəmadi olaraq bu şanlı qələbəmizin əhəmiyyətini azaltmağa cəhd göstərir. Bu işdə xüsusi canfəşanlıq edənlərdən biri olan Qənimət Zahid isə növbəti dəfə Ermənistanın guya bu müharibədə məğlub olmadığını və kapitulyasiyaya uğramadığı iddiasını irəli sürür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri onların ermənipərəst havadarlarından yeni sifariş aldıqlarını göstərir. Dağıdıcı ünsürlərin Azərbaycanın zəfərini, Ermənistanın kapitulyasiyasını qəbul etməmələrinin onların yaşadıqları yarımçıqlıq sindromundan irəli gəldiyini deyən İ.Məmmədov vurğulayıb ki, radikal müxalifətin bu addımı düşərgə təmsilçilərinin anti-Azərbaycan dairələrlə işbirliyini təsdiqləyir: “Radikal müxalifətin xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Diqqət yetirsək, görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti həmin şəbəkənin absurd iddiaları ilə uzlaşır. Bu, bir daha radikalların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da radikal müxalifətin və onun xaricdəki uzantılarının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmağa cəhd göstərmələrinin ikrah doğurduğunu bildirib: “Ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizə kölgə salmağa cəhd göstərirlər. Maraqlıdır ki, Ermənistan bu müharibədən tam məğlub ayrıldığını etiraf etsə də, radikal müxalifət və xaricdəki antimilli ünsürlər bunun əksini iddia etməyə çalışırlar. Bunun isə adı ermənidən betər ermənilikdir. Qələbəmiz barədə bir kəlmə xoş söz deməyi özünə sığışdırmayanların bu gün Ermənistanın rəzil məğlubiyyətini gizlətməyə çalışmaları onların hansı məqsədlərə xidmət etdiklərini bir daha aşkara çıxarır”.

Paylaş:
Baxılıb: 338 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30