Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP və “Müsavat” qanun pozucularını müdafiə edən marginal qruplardır

AXCP və “Müsavat” qanun pozucularını müdafiə edən marginal qruplardır

01.07.2013 [09:56]

Mübariz Abdullayev

Hər iki partiyanın bu günlərdə Lənkəranda Qarabağ müharibəsi əlili Rəşid Kərimovu küçənin ortasında döyən İsa Qəmbərin müşaviri Yadigar Sadıqovun müdafiəsinə qalxması bunun təsdiqidir
Hüququn aliliyi, birgəyaşayış normalarına ciddi şəkildə əməl olunması hər bir mükəmməl cəmiyyətin təməl prinsiplərindəndir. Hansı cəmiyyətdə ki, hüquqpozma hallarına obyektiv, qanunların tələbləri nöqteyi-nəzərindən yanaşılmır, insanlar arasında tutduğu qulluq mövqeyinə, partiya mənsubiyyətinə və yaxud digər belə cəhətlərə görə fərq qoyulur, orada demokratiyadan danışmaq əbəsdir və həmin cəmiyyət gec-tez anarxiyaya sürüklənəcək.
Biz bunun təzahürlərini ötən əsrin sonlarında Azərbaycanda AXC-“Müsavat” iqtidarının hakimiyyətdə olduğu dövrdə öz şəxsi həyatımızda yaşamışıq. Bu, o dövr idi ki, cəmiyyətdə başıpozuqluq, kimlərinsə qanunlardan asanlıqla yan keçməsi adi hal almışdı. Vətəndaşlar özlərinin, övladlarının taleyi sarıdan bərk narahatlıq keçirirdilər. Çünki kiminsə başına gələn bir hadisə əlaqədar qurumlarda subyektiv mülahizələr əsasında “araşdırılır” və bir çox hallarda “günahkar” elə zərərçəkənin özü olurdu. Yüksək vəzifəli məmurun canlı efirdə nalayiq sözlər işlətməsini və jurnalistin üstünə hücum çəkərək onu döyməsi faktını kim xatırlamır? Belə hadisələr çox tez-tez baş verirdi və ən acınacaqlısı o idi ki, cəmiyyətdəki cəzasızlıq mühiti, “birinə olar, digərinə yox” prinsipinin üstün tutulması insanları çaş-baş qoyur, onların sabaha, çalışmağa, qurub-yaratmağa ümidlərini qırırdı...
Çox təəssüf ki, özlərini “AXC-”Müsavat” iqtidarı”nın siyasi varisi sayan AXCP-nin və Müsavat Partiyasının təmsilçiləri insanların “getsin, gəlməsin” deyərək xatırladıqları həmin xaotik dövrün ab-havasını başlarından hələ də çıxarmayıblar və yenə köhnə amplualarındadırlar. Onlar qanunların hamıya eyni dərəcədə şamil edilə biləcəyini və edilməli olduğunu təsəvvürlərinə sığışdıra bilmirlər. “Cəbhəçilər”in və “Müsavat”çıların zaman-zaman sərgilədikləri hərəkətlərdən, səsləndirdikləri fikirlərdən bəlli olur ki, onlar üçün hüquq qaydalarının gözlənilməsi heç bir əhəmiyyət kəsb etmir, əsas olan şəxsi münasibətlər, kiminsə partiya mənsubiyyəti və yaxud başqa belə subyektiv cəhətlərdir.
Beləliklə, AXCP və Müsavat Partiyası bu gün də qanun pozucularını müdafiə edən marginal qruplar rolunda çıxış edirlər. Hər iki partiyanın bu günlərdə Lənkəranda Qarabağ müharibəsi əlili Rəşid Kərimovu küçənin ortasında döyən İsa Qəmbərin müşaviri Yadigar Sadıqovun müdafiəsi məqsədilə bəyanat yayması bunun ifadəsidir.
Gəlin, daha dolğun təsəvvür yaransın deyə, hadisənin təfərrüatına varaq. İkinci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə vurğulayır ki, Lənkəran şəhərindəki Cavanşir küçəsindən keçərkən orada yerləşən çayxanadan çıxan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov daha iki nəfər məsləkdaşı ilə onu küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Qarabağ müharibəsi əlilinin onları intizama çağırmaq və özünü müdafiə etmək cəhdləri bir nəticə verməyib. Heç nəyə məhəl qoymayan, elementar davranış, əxlaq və mənəviyyat normalarını tapdalayan Yadigar Sadıqov və onun dostları Qarabağ əlilini ictimaiyyətin gözü qarşısında təpikləməyə başlayıblar. Müraciətdə oxuyuruq: “Onlar sifətimə yumruqla vuraraq məni al-qana boyadılar və yerə yıxaraq ciddi bədən xəsarətləri yetirdilər. Onların ürəkləri bununla soyumadı, əynimdəki paltarları da cırıb qopardılar. Mən həyatım boyu heç vaxt belə təhqir olunmamışdım”.
Rəşid Kərimov onu döyənlərə Qarabağ müharibəsi əlili olduğunu, görmə qabiliyyətini itirdiyini bildirsə də, “Müsavat”çılar rəhmə gəlməyiblər. Əksinə, onun əlillik eynəyini ayaqları altında tapdalayaraq sındırıblar. “Mənim bunlara insan deməyə dilim gəlmir. Mən şokdayam. Görəsən, Y. Sadıqovda adi insanlıq hissi varmı? O, mərhəmətin nə olduğunu bilirmi? Bəs Qarabağ əlilinə hörmət, ehtiram harada qaldı?” - deyə, R.Kərimov müraciətində sual edir.
Təbii ki, İsa Qəmbərin müşaviri tərəfindən döyülən, təhqirə məruz qalan Rəşid Kərimov ona fiziki xəsarət yetirən, mənəvi ziyan vuran Yadigar Sadıqovun cəzalandırılmasını istəyib və buna görə də, rayonun hüquq-mühafizə orqanlarına müraciət edib. Fiziki zor tətbiq olunma nəticəsində zərər çəkmiş Qarabağ müharibəsi əlilinin müraciəti əsasında rayon polis idarəsinin əməkdaşları Yadigar Sadıqovu saxlayıblar. Dindirildikdən sonra ona qarşı Cinayət Məcəlləsinin 121.3 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Bu deyilənlərdən də göründüyü kimi, Lənkəran şəhərində baş verən olay sırf cinayət hadisəsidir. Yadigar Sadıqov “Müsavat”ın üzvü və İsa Qəmbərin müşaviri olduğuna görə deyil, konkret cinayət əməlinə-vətəndaşı döyərək ona bədən xəsarəti yetirdiyinə görə həbs olunub. Əslində, İsa Qəmbər başda olmaqla “Müsavat”ın təmsilçiləri partiya funksionerinin ictimai yerdə özünü belə aparmasından, hüquq qaydalarını pozmasından, ən nəhayət, hər birimiz üçün müqəddəs olan Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirən Rəşid Kərimovu döyməsindən peşimançılıq hissi çəkməli idilər. Lakin “Müsavat”çıların öz çiyindaşlarının bəd əməlinə, xuliqanlığına görə peşimançılıq hissi keçirmələri bir yana qalsın (bu, bir mənəviyyat məsələsidir-M.A.), “Müsavat” və onunla bir yerdə AXCP bəyanat yayaraq Yadigar Sadıqovun dərhal azadlığa buraxılmasını istəyiblər.
“Müsavat”ın və AXCP-nin cinayətkarın müdafiəsinə qalxmaları, bununla bağlı partiya səviyyəsində bəyanatlar yaymaları suallar doğurur. Belə çıxır ki, özlərini radikal düşərgənin əsas qüvvəsi sanan AXCP və “Müsavat” cəmiyyətdə təfriqələr salmaq, vətəndaşlarla münasibəti onların partiya mənsubiyyətinə və bu kimi başqa amillərə görə qurmaq, istəyəndə qanunlardan yan keçmək kimi köhnə mərəzlərindən hələ də qurtula bilməyiblər və bundan sonra da elə belə davam edəcəklər. Sual olunur: Vətəndaşı küçənin ortasında döyən, alçaldan, ona fiziki xəsarət yetirən Yadigar Sadıqov nə üçün “dərhal həbsdən azad edilməlidir?” Yalnız ona görəmi ki, o, “Müsavat”ın üzvüdür? Nə üçün AXCP-də, “Müsavat”da o qənaətdədirlər ki, İsa Qəmbərin müşavirinə “seçilmiş” kimi yanaşılmalı, hətta ona cinayət əməlinə yol verməsi rəva görülməlidir? Radikallar “Müsavat”ın funksioneri Yadigar Sadıqovun timsalında cinayətkarın cəzasız buraxılmasının necə bir arzuolunmaz presedent yaradacağının fərqindədirlərmi? Bəs, AXCP-nin, “Müsavat”ın təmsilçilərinin yeri gəldi, gəlmədi səsləndirdikləri demokratiya, haqq-ədalət çağırışları harada qaldı?
Məsələnin mənəvi tərəfi də diqqəti çəkir. Axı burada söhbət hansısa bir zəmində baş verən sıradan bir cinayət hadisəsindən yox, Qarabağ müharibəsi əlilinin döyülməsindən gedir. AXCP və “Müsavat” təmsilçilərinin əlil qalmış Qarabağ müharibəsi iştirakçısının döyülməsini veclərinə almayaraq belə bir cinayəti törədən çiyindaşlarının müdafiəsinə qalxmaları, bu məqsədlə ayrıca bəyanat imzalamaları heç bir mənəviyyat ölçüsünə sığmır.
Sonda daha bir məqama toxunmaq istərdik. Məlumdur ki, AXCP və “Müsavat” qarşıdan gələn prezident seçkilərində öz namizədləri ilə iştirak etmək niyyətindədirlər. Görəsən, qanun pozuntusunu müdafiə edən, yalnız partiya mənsubiyyətinə görə cinayətkarın cəzasız qalmasını istəyən, əlil Qarabağ müharibəsi iştirakçısının döyülərək təhqir edilməsinə əhəmiyyət verməyən AXCP-çilər və “Müsavat”çılar hansı üzlə, hansı mənəvi haqla seçicilərin qarşısına çıxacaqlar?

Paylaş:
Baxılıb: 1152 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30