Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyovun demokratiya anlayışı “jurnalistin ağzından vurmaq” dərəcəsindədir

Rüstəm İbrahimbəyovun demokratiya anlayışı “jurnalistin ağzından vurmaq” dərəcəsindədir

10.07.2013 [13:15]

Pərviz Sadayoğlu

“Milli şura” adlanan məğlubiyyətə məhkumlar klubunun üzvləri hələ də diktatura təfəkküründən azad ola bilməyiblər
Bir zamanlar özünü cəmiyyətimizə ziyalı adı ilə sırımağa çalışan ermənipərəst Rüstəm İbrahimbəyovun əsl siması Azərbaycan xalqına yaxşı tanışdır. Qeyd edək ki, köhnə ssenarist-yeni siyasətçi İbrahimbəyov əvvəl-əvvəl özünü ziyalı köynəyində təqdim etməyə çalışsa da, az keçməmiş niyyətinin, tamahının girovuna çevrildiyini ortaya qoymuş oldu.
Əslində, Rüstəm İbrahimbəyovun əsl kimliyi hələ Rusiyadakı bəzi dairələrlə işbirliyinə girib Bakıda, Şəhidlər Xiyabanı yaxınlığında kafe-barlar açaraq özünə biznes qurmaq istəyəndə üzə çıxmışdı. O zamanlar rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının adından sui-istifadə edərək bəzi erməni dairələri ilə birgə biznes fəaliyyətinə başlamaq istəyən İbrahimbəyovun “oxu daşa dəydikdən” sonra onun “siyasi” kimliyində bir dəyişiklik baş verdi. Belə ki, hər zaman Azərbaycan iqtidarından yüksək şövqlə danışan, ölkədə aparılan siyasəti yüksək səviyyədə dəyərləndirən İbrahimbəyov birdən-birə fərqli fikirlər işlətməyə başladı və bu da azmış kimi, ermənipərəst ifadələri ilə gündəmə gəldi. Verdiyi müsahibələrdə azərbaycanlıları təhqir edən, Bakıda yaşayan ermənilər üçün darıxdığını deyən, daha sonra Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına şübhə ilə yanaşan, bu istiqamətdə sərsəmləmələr səsləndirən İbrahimbəyovun tutduğu mövqe hər kəsə bəlli oldu. Onun birmənalı şəkildə Rusiyadakı bəzi anti-Azərbaycan mərkəzlərinin qarşısında öhdəlik götürdüyü, bundan başqa həmin ermənipərəst dairələrin təhriki və maliyyə dəstəyi ilə Azərbaycandakı iqtisadi-siyasi sabitlyə xələl gətirmək niyyəti güddüyü ortaya çıxdı.
Ən əsası, qanunlardan yayınan və vergi qaçaqçısı olan Rüstəm İbrahimbəyov Azərbaycana qayıdıb qanun qarşısında cavab vermək istəmədi və bunun əksinə, özünü siyasətdə sınamağı qərar alaraq ənənəvi, məğlubiyyətə məhkum radikal müxalifət qruplarının əlindən iş gəlməyən partiya sədrlərinin “vahid namizəd”i oldu.
Yeni başlanan “siyasi macəra” isə Rüstəm İbrahimbəyovun daha bir tərəfini xalqa nümayiş etdirdi. Belə ki, özünü “demokrat” elan edən, az qala “demokratiya mücahidi” kimi radikal qruplaşmalar arasında ad qazanan Rüstəm İbrahimbəyovun demokratlığının “sərhədləri” yavaş-yavaş bəlli oldu. Birincisi, qeyd olunduğu kimi, demokratiyadan dəm vuran qoca kinodramaturq-təzə siyasətçi antimilli rejissorların ssenarisində rol almaq üçün bütün öhdəlikləri götürüb və bunu açıqlamalarında özü də etiraf edib. Digər bir tərəfdən, özünü demokrat adlandıran İbrahimbəyovun siyasi “dözümlülük şkalası” cəmisi bir neçə gün sabit qala bildi. Hətta özünün müttəfiqi İsa Qəmbəri belə “divara qısnayan” bəyanatı ilə R.İbrahimbəyov siyasi mübarizədə nə qədər bacarıqsız olduğunu göstərdi. Onun “mənim Azərbaycana gəlməyimi tələb edənlər təxribatçıdır” ifadəsi İbrahimbəyovun gülünc və mozaik obrazını cəmiyyətə nümayiş etdirdi.
Bundan başqa İbrahimbəyov hakimiyyətə gələcəyi təqdirdə fikri onun xoşuna gəlməyən yazarla necə davranacağını gizlətmir. “Jurnalistin ağzının üstündən vuracam” deyən İbrahimbəyovun demokratiya anlayışının hansı dərəcədə “inkişaf etdiyi” bəlli olur. Demək ki, bu, İbrahimbəyovun və onun ətrafındakı radikal müxalifətin söz azadlığına münasibətidir. Bu gün ölkəmizdə azad sözə, azad fikrə hörmət göstərən, insan hüquqlarını qoruyan Azərbaycan hakimiyyətinə özünü “alternativ” adlandıranların söz azadlığı anlayışı insanda yalnız ironik gülüş yaradır.
Açıq görünür ki, İbrahimbəyov bütün məsələlərin hüquqi yolla deyil, zor gücü ilə həllinin tərəfdarıdır. Deməli, onun məntiqincə, Qarabağ verilir ermənilərə, jurnalistlərin ağzı qapadılır, başını qaldıranın da boynunu vururlar. Görəsən xalq bu təfəkkür daşıyıcılarını necə dəstəkləyə bilər? İbrahimbəyov belə sərsəmləmələrinin ardınca hansı üzlə xalqdan özünə dəstək və ya səs istəyə bilər? Özünü ən azı normal təfəkkürə malik bir insan hesab edən İbrahimbəyov fikirlərinin hansı mənanı kəsb etdiyini dərk edə bilirmi?
Maraqlıdır ki, bu təfəkkürdə, bu düşüncədə olan tək İbrahimbəyov deyil. Onun ətrafında özünü cəmiyyətə ziyalı kimi təqdim edən, amma hər kəlməsinin əvvəlində və sonunda milləti təhqir edən, xalqına yuxarıdan aşağı baxanlar da İbrahimbəyov kimi diktator təfəkkürünə malikdirlər. Məsələn, özünü cəmiyyətə alim kimi təqdim edən Cəmil Həsənli Rüstəm İbrahimbəyovu “millətimizin mənəvi siması”, “böyük idealların daşıyıcısı” adlandırır. O, İbrahimbəyovun Azərbaycan dilində danışa bilməməsinə bəraət qazandırmağa çalışır və onu tənqid edənləri təhqir edərək “tör-töküntü”, “həşərat sürüsü” adlandırır: “Bu tör-töküntü mənəvi simasını elə itirib ki, onları yığıb Balaxanı zavoduna aparsan təkrar istehsaldan sonra da onlardan faydalı bir şey çıxası deyil”.
Artıq demək olar ki, ziyalılıqdan çıxaraq İbrahimbəyovun şəxsi məddahına çevrilən Cəmil Həsənli niyə dərk etmək istəmir ki, tör-töküntü xalqını bir qarın yeməyə, pula satan, düşmənləri, Xocalı faciəsini törədənləri tərifləyib təpəyə çıxaranlardır. Belə insanlar üçün ülvi, milli dəyər-filan yoxdur və onların düşüncəsi sözün əsl mənasında tör-töküntü zibilxanasına çevrilib. Maraqlıdır ki, öndə gedəni belə bir gündə olanın dalınca sürünənlər hansı vəziyyətdədirlər???

Paylaş:
Baxılıb: 1171 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30