Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Demokratiya naminə” vətənə xəyanət et, ümummilli maraqları sat, ölkədə xaos yaratmağa cəhd göstər, nəhayət, “demokratiya naminə” SÜPÜR...

“Demokratiya naminə” vətənə xəyanət et, ümummilli maraqları sat, ölkədə xaos yaratmağa cəhd göstər, nəhayət, “demokratiya naminə” SÜPÜR...

15.07.2013 [13:51]

Pərviz Sadayoğlu

Sonuncu o qədər də pis deyil
“Demokratiya” sözünü öz inhisarına almağa çalışan radikal müxalifət yeri gəldi, gəlmədi xarici anti-azərbaycançı dairələrin bunların beyinlərinə yeritdiklərini elə bu ad altında nümayiş etdirməyə çalışır. Danışanın dilini kəsən, vətəndaşının üstünə it qısqırdan, adamını at ayaqlarının altında xıncım etdirən, milli-mənəvi dəyərlərini yalnız tarix kitablarında axtaran Qərbin ixrac məhsuluna çevrilən bu demokratiya deyilən nəsnə bizim bəzi “azarkeşlərin” sığınacaq mənbəyinə çevrilir. Əslində, nə tələb etdiklərinin özləri belə fərqində deyillər. O mənada ki, onların tələb etdikləri birmənalı şəkildə illərdir ki, Azərbaycanda bərqərar olmuş hüquq və azadlıqlardır. Sadəcə, xarici dairələrin əli-qolu bağlı qulu kimi özünü sağa-sola çırpan bəziləri üçün “demokratiya” pərdəsi satqınlığın, xəyanətin örtüyünə çevrilir, onu gizlətmək üçün istifadə olunur.
Xatırlatmaq yerinə düşər ki, ötən il Bakıda keçirilən “Eurovision” musiqi yarışması zamanı həmin xarici dairələrin “demokratiyasının şəyirdləri” qismində özünü yeyib-tökən bəzi insanlar təxribat xarakterli bir kampaniya başlatmışdılar. Həmin kampaniyanın adını “demokratiya naminə oxu” qoyan bu insanlar dərk etmirdilər ki, oynadıqları oyunların məğzi hər kəsə bəllidir. Azərbaycan vətəndaşları xalqı, dövləti satmaq, ölkənin əldə etdiyi uğura ləkə yaxmaq üçün yaxa cıran bu insanların hansı məzhəbə qulluq etdiyini anlayırdı. Maraqlıdır ki, onların xəyəntkar oyunları heç xarici ölkələrdən gələn qonaqların belə diqqətini cəlb edə bilmirdi. Çünki bütün dünya bunların savadsızlığına, kütlüyünə və məntiqsizliyinə gülürdü. O səbəbdən ki, bir musiqi yarışmasını siyasi oyunların girdabına salmaq istəyi onların əsl məqsədlərindən xəbər verirdi və onlar öz kimliklərini elə açıq biruzə vermişdilər ki, yalançı demokratların bütün çirkinlikləri üzlərinə yayılmışdı.
İndi də buna oxşar bir vəziyyət yaranıb. Ölkəmizdə keçriləcək seçkilərə bir neçə ay qalmasına baxmayaraq bəzilərinin demokratiya qazı yenə də fışqırmaq üçün yer axtarır. Hətta qanunu qəsdən pozan, qanunvericiliyin tələbini yerinə yetirməyənlər tapılır ki, bu yalançı demokratiya pərdəsinin altında öz əməllərini gizlətməyə çalışırlar.
Məsələn, ölkə qanunlarını pozan və bunun qarşılığında ölkə qanunvericiliyinə əsasən məsuliyyəti müəyyənləşdirilən Xədicə İsmayıla məhkəmə tərəfindən ictimai iş-küçələri süpürmək cəzası müəyyənləşdirilib. Amma qanunu pozan və qanunun tələbini yerinə yetirməyən Xədicə İsmayıl cəlb olunduğu ictimai işi-süpürgəçiliyi belə anti-Azərbaycan dairələrin reklamına həsr etmək istəyir. Nədir bunun səbəbi, kimlərə xoş gəlmək üçün belə ucuz reklamlara əl atılır?...
Siyasi partiyaların, təşkilatların qurumların siyasi mübarizə aparması, aksiyalar keçirməsi, qanun çərçivəsində, leqal və sivil yollarla hakimiyyətə can atması olduqca təbii bir prosesdir. Amma ölkədəki bəzi radikal müxalifət partiyalarının, üstəgəl onların ələkçisi qismində çıxış edən Xədicə İsmayıl kimilərinin qeyri-leqal üsullara əl atması, qanun pozuntularını adətə çevirmək istəməsi onların əsl məqsədlərindən xəbər verir. Bu gün vətənin milli maraqlarını, dövlətini, millətini heçə sayan belə insanlar üçün ülvi dəyərlər itib. Həmin şəxslər yalnız və yalnız özlərinin və onlara göstəriş verən anti-azərbaycançı dairələrin maraqları uğrunda “savaşırlar”. Başda Leyla Yunus, Xədicə İsmayıl və başqaları olmaqla bu qrupa daxil olan insanlar hətta xəyanət yolunda ermənilərlə işbirliyinə getməkdən belə çəkinmirlər. Nəinki çəkinmirlər, bunu qəhrəmanlıq kimi bəyan edirlər belə...
Bunların təfəkkürünə görə, demokratiya vətənə xəyanətdir, demokratiya milli düşüncəni, milli mənafeni ayaqlar altına atmaqdır, demokratiya milli dövlətçiliyə xitam verilməsinə cəhddir və başqa güclərin oyuncağına çevrilməkdir. Xədicə İsmayılın, Leyla Yunusun, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və başqalarının bu gün pul qarşılığında bərqərar etmək istədikləri “demokratiyanın tərifi” budur.
İndiyə qədər bu dövlətə, bu xalqa iynənin ucu boyda bir xeyri dəyməyən, əksinə hər bir işdə, ən əsası Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi məsələsində düşmənlərin yanında yer alan sapı özümüzdən olan bu “demokratiya baltaları” üçün dəyər yalnız və yalnız ermənipərəst dairələrin ötürdüyü qrantlardır ki, bunların “demokratiya dilini” danışdırmağa yardım edir.
Xədicə İsmayıl məhkəmə qərarı ilə daşıdığı məsuliyyəti reklam etdirmək və özünəməxsus “demokratiya klipi” yaratmaq istəyir. Amma başa düşmür ki, belə əməllərlə özünü daha çox ifşa edir. Hətta qanun pozuntusu qarşılığında ona müəyyən edilən məsuliyyəti belə “demokratiya ağalarına” xidmət üçün əsirgəmir. Beləsinə nə demək olar? Bunların demokratiya anlayışının sərhədlərinin bu qədər dar olması insanda təəccüb yaradır.
Axı, nə gözləyirlər, nə istəyirlər? Ölkədə xaos yaratmaq, özbaşınalıq etmək, xarici ermənipərəst dairələrin təhriki ilə icazəsiz aksiyalar keçirmək və sonda da məsuliyyətdən kənarda qalmaqmı? Törədilən hər bir əməlin məsuliyyəti övcuddur və demokratik, qanunun aliliyinin təmin olunduğu Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Kimlərinsə əli kimlərinsə ətəyindədir deyə onların məsuliyyətdən kənarda qalması mümkün deyil. Demək ki, “demokratiya naminə” edilən xəyanətin, satqınlığın, ara qarışdırmağın cəzası var və bu cəza çəkilməldir.

Paylaş:
Baxılıb: 1183 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30