Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / ATƏT/DTİHB seçkilərlə bağlı ikinci aralıq hesabatı “Milli şura”nın qərəzli iddialarını alt-üst edir

ATƏT/DTİHB seçkilərlə bağlı ikinci aralıq hesabatı “Milli şura”nın qərəzli iddialarını alt-üst edir

04.10.2013 [09:19]

Mübariz Abdullayev

“Hazırkı Prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, iqtisadi inkişaf və prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçkiləri müşahidə missiyası prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. Hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb. Hesabatda deyilir: İndiyədək aparılan kampaniyada konkret siyasi platforma deyil, daha çox şəxsiyyətlər hədəfə alınıb, seçki prosesi əsaslı debatların çatışmaması ilə müşayiət olunur.
Əslində, bu, daha çox “Milli şura”nın namizədi Cəmil Həsənova aid məsələdir. Çünki o, İTV-dəki teledebatlarda öz çıxışlarını, seçki təşviqatını konkret proqram və planlarının xalqa çatdırılması üzərində deyil, yalnız hakimiyyətə və prezidentliyə digər namizəd cənab İlham Əliyevə qarşı qarayaxma kampaniyası üzərində quraraq mənfi tendensiya yaratdı. O, başqa namizədləri də buna təhrik etdi. MSK bunları nəzərə alaraq tək C.Həsənova deyil, eyni zamanda, prezidentliyə namizəd H.Hacıyevə də xəbərdarlıq edib.
ATƏT/DTİHB-nin hesabatında vurğulanır ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının başladığı seçkiqabağı təşviqat fəal, yaxşı təşkil edilib və maliyyə ilə təmin olunan bir kampaniya təsəvvürü yaradır.
Göründüyü kimi, ATƏT/DTHB-nin müşahidə missiyasının bu qənaəti “Milli şura”nın guya YAP-ın seçki təşviqatının əhali tərəfindən laqeydliklə qarşılandığı, insanların görüşlərə gəlməməsi, YAP-ın təşviqat kampaniyasının ciddi problemlərlə üzləşdiyi barədə qərəzli iddialarını alt-üst edir. Bir daha aydın olur ki, YAP kifayət qədər fəal şəkildə müasir seçki texnologiyalarını nəzərə alan effektli təşviqat kampaniyası həyata keçirir. Hakim partiyanın maliyyə ilə təmin olunan kampaniya həyata keçirməsi məsələsinə gəldikdə, nəzərə alınmalıdır ki, YAP-ın 600 min üzvü var, onların arasında iş adamları, imkanlı şəxslər çoxdur. Digər tərəfdən, YAP öz maliyyə durumu ilə bağlı cəmiyyətə müntəzəm hesabat verən yeganə siyasi təşkilatdır. Bu hesabatlardan da görünür ki, hakim partiya güclü seçki kampaniyası qurmaq və həyata keçirmək üçün nizam-intizama, maliyyəyə və digər resurslara malikdir.
Çox yaxşı olardı ki, “Milli şura” seçki kampaniyasını hansı vəsait hesabına həyata keçirdiyi barədə açıqlama versin, maliyyə mənbələri barədə cəmiyyəti məlumatlandırsın. Onda bəlli olar ki, “Milli şura” və onun namizədi kimlərə xidmət edirlər.
Haqqında bəhs olunan hesabatda daha sonra vurğulanır: Hazırkı Prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, iqtisadi inkişaf və prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub.
Məlum olduğu kimi, son 10 ildə Azərbaycanın dinamik inkişafı, daxili və xarici siyasət sahəsində əldə olunmuş mühüm uğurlar bilavasitə cənab İlham Əliyevin adı ilə bağlıdır və haqlı şəkildə Onun xalq qarşısında hesabatıdır. Azərbaycan xalqı bütün bu nailiyyətləri görür, yüksək qiymətləndirir və növbəti dəfə mövcud siyasi kursun saxlanılmasına öz dəstəyini ifadə edir.
Yeri gəlmişkən, ATƏT/DTİHB-nin hesabatında deyilir ki, Prezidentin şəxsən seçki təşviqatı aparmamasına baxmayaraq, o, dövlət başçısı kimi ölkədaxili səfərlərini davam etdirməkdədir.
Bəli, Azərbaycan Prezidenti seçki təşviqatı aparmır, onun dövlət başçısı kimi cari fəaliyyəti isə qanun və ya seçki pozuntusu kimi xarakterizə oluna bilməz. Çünki bu, Azərbaycan qanunvericiliyinə, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara və beynəlxalq təcrübəyə zidd deyil.
Hesabatda qeyd olunur ki, ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyasının təmsilçiləri YAP-ın mitinqlərinə məcburi cəlbetmə ilə bağlı 3 hal qeydə alıblar.
Bu yerdə bəzi suallar yaranır. Məsələn, bəs görəsən, ATƏT/DTİHB bu halları niyə konkretləşdirmir və məcburi qaydada cəlb edilmiş şəxslərin adlarını açıqlamır? Bu məqam iddianın əsassız olduğunu və subyektiv xarakter daşıdığını deməyə əsas verir.
ATƏT/DTİHB “Milli şura”nın mitinqlərinə azyaşlıların cəlb olunmasını, pul müqabilində vətəndaşların şirnikləndirilməsini niyə qeyd etmir?
Hesabata əsasən, indiyədək Seçki Müşahidə Missiyası 21 seçkiqabağı təşviqat mitinqini müşahidə edib. MSK seçkiqabağı təşviqat tədbirlərinin keçirilməsi üçün 152 qapalı və açıq məkan müəyyənləşdirib. Bu, qanunun tələbilə edilsə belə, bəzi namizədlər həmin məkanları ictimai tədbirlərin keçirilməsi üçün qeyri-məqbul hesab edirlər.
Vətəndaşlarla görüşmək istəyən bütün namizədlər qanun çərçivəsində bu hüquqlarını həyata keçirirlər və heç bir maneə ilə qarşılaşmayıblar. Elektoratı olmayan, görüşməyə adam tapmayan bəzi namizədlərin ayrılan yerləri qeyri-məqbul adlandırması bəhanədir və ciddi qəbul oluna bilməz.
ATƏT/DTİHB-nin hesabatında sentyabrın 19-da İTV-də yayımlanan teledebat zamanı baş verən qalmaqalla bağlı bənd də diqqəti cəlb edir. Hesabatda bildirilir ki, qalmaqaldan sonra Cəmil Həsənova Prezident və ailəsinin şərəf və ləyaqətini alçaltmaqla Konstitusiyanın 106-cı maddəsini pozması iddiası əsasında “ciddi” xəbərdarlıq edilib. Lakin diffamasiyaya görə, cinayət müddəaları və dövlət vəzifəsi tutanlara diffamasiyadan xüsusi müdafiə verilməsi AİHM-nin presedent hüququna əsasən ifadə azadlığının əsassız məhdudlaşdırılmasıdır. Avropa Məhkəməsinin presedent hüququna görə, dövlət başçısının nüfuzunun qorunması onunla bağlı olan məlumat və rəyləri əldəetmə hüququna qarşı müdafiə üçün əsas ola bilməz.
Azərbaycan Konstitusiyasının 106-cı maddəsinə əlavə olaraq AR Cinayət Məcəlləsinin 323-cü maddəsində bildirilir: 323.1. Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma 5 yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəmil Həsənov sevinsin ki, prezidentliyə namizədliyi ləğv olunmayıb və cinayət məsuliyyətinə cəlb edilməyib. O ki qaldı AİHM-nin presedent hüququna, bu hüquq subyektiv xarakter daşıyır və hər bir situasiyadan asılı olaraq fərdi qaydada tətbiq oluna və ya olunmaya bilər. Cəmil Həsənov qərardan narazıdırsa, AİHM-ə müraciət edə bilər.

Paylaş:
Baxılıb: 1095 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30