Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Eldar Namazov da “Milli şura”nı tərk etdi

Eldar Namazov da “Milli şura”nı tərk etdi

04.12.2013 [08:30]

Pərviz Sadayoğlu

Reneqat “aparat rəhbəri” də satqınlar klubunun perspektivinə inanmır
Bu ilin oktyabrında keçirilən prezident seçkilərindən öncə radikal müxalifət düşərgəsinin fəaliyyətsiz “birliklərindən” sayılan “Ziyalılar Forumu” adlı məntiqsiz qrupun fəallaşması nəzərə çarpırdı. Həmin “fəallaşma” isə “Milli şura” adlanan satqınlar klubu yaranmamışdan əvvəl bu layihəyə keçid mərhələsi kimi “El” hərəkatı adlı mücərrəd bir təşkilatın (cəmisi 4 üzvü olan) yaranmasına gətirib çıxardı. Xüsusilə vurğulamaq lazımdır ki, “Ziyalılar Forumu”nun bazasında yaranan “El” hərəkatında fərqli bir sima yox idi. Amma az sonra “Milli şura” məsələsi meydana gələndə hər şey bəlli oldu. Bəlli oldu ki, Eldar Namazovun bu qeyri-milli layihədə statusunu müəyyənləşdirmək üçün yaradılan “El” hərəkatı, sadəcə oyunun bir hissəsidir. Plana görə, E.Namazov sonradan yaradılacaq “Milli şura”da ən üst postlardan birini tutmaq üçün bu qondarma quruma məhz təmsilçi kimi yox, təsisçi kimi təşrif buyurmalı idi. Bundan başqa, onun ən əsas “görəvlərindən” biri Rüstəm İbrahimbəyovun əlbir olduğu anti-Azərbaycan dairələrinin radikal müxalifətlə əlaqələndiricisi olmaq idi. Amma...
Baş verənlər heç də Rüstəm İbrahimbəyovla Eldar Namazovun proqnozlaşdırdığı istiqamətdə inkişaf etmədi. Əslində, burada Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməməsi və Azərbaycana qayıtmaq istəməməsi əsaslı rol oynadı. O mənada ki, məhz bunun ardından “Milli şura”da qüvvələr balansı R.İbrahimbəyovla E.Namazovun ziyanına, İsa Qəmbərlə Əli Kərimlinin isə xeyrinə işləməyə başladı. Düzdür, seçki prosesinin ən aktiv-iyun, iyul və avqust aylarında radikal düşərgənin pul dağarcığı rolunu oynayan Rüstəm İbrahimbəyov yarıxoş, yarızor E.Namazovu şurada aparat rəhbəri adlı qeyri-müəyyən bir vəzifəyə seçdirə bilmişdi. Amma ilk gündən E.Namazovla radikalların getdiyi yolun qısa müddətdən sonra ayrılacağı bəlli idi. Hətta bu gün R.İbrahimbəyovun kölgəsini belə qılınclayan AXCP ilə Müsavat Partiyasının “Milli şura” sədri ilə konfliktinin təməlində məhz E.Namazov dayanırdı. Radikalların məşhur Tbilisi görüşündə R.İbrahimbəyovun birmənalı şəkildə E.Namazovu “ehtiyat namizəd” kimi irəli sürməsi radikallarla qoca kinodramaturq arasında dərin uçurum yaratdı. Hətta düşərgə daxilində gəzən söz-söhbətlərdə qeyd olunur ki, həmin dövrdə “şura”nı maliyyələşdirən ermənipərəst dairələr məhz E.Namazovun təkidi ilə maliyyəni dayandırıb. O, Rusiyada yaşayan həmin dairələri inandırmışdı ki, artıq “Milli şura”nın “üzü dönüb”...
Amma E.Namazov aparat rəhbəri kimi də öz vəzifəsini icra edə bilmədi. R.İbrahimbəyovun oyundan kənar vəziyyətə düşməsi və iradəsiz, marionet bir namizəd olan uğursuz “dublyor” Cəmil Həsənovun sayəsində “Milli şura”nın AXCP ilə Müsavat Partiyasının monopoliyasına keçməsi E.Namazovun da proseslərdən kənarlaşdırılması ilə nəticələnmişdi. Çünki Cəmil Həsənovun seçki qərargahı Müsavat Partiyasının qərargahında yerləşirdi və “Müsavat” ilə AXCP bu seçki qərargahını əllərində saxlayırdılar.
Eldar Namazovun həmin dövrdə proseslərdən tam şəkildə kənarda saxlanılması, “Milli şura”nın seçki məsələsinin onun kurasiyasından çıxması reneqatın “şura sezonu”nu başa çatdırdı. Artıq onun özü yavaş-yavaş “Milli şura”da sıxışdırıldıqlarını hiss edirdi və prosesdən kənarlaşdırılacağını başa düşdü. Elə həmin andaca verdiyi və dostu İbrahimbəyova məxsus pulların hesabatını tələb etdi. Amma.... artıq gec idi.
Və bu gün seçkidən sonrakı dövrdə əksər “sərnişinlərin” tərk etdiyi “şura gəmisi”ni tam ələ keçirməyə çalışan İsa Qəmbərlə Əli Kərimlinin E.Namazovla da eyni yolu yeriməyəcəyi bəllidir. Mətbuatda yayılan xəbərlərdən də görünür ki, C.Həsənov ilə E.Namazovun ulduzlarının barışmaq fikri yoxdur. Beləliklə, hələ seçki təşviqatı dövründən, mitinqlərdə bir dəfə də olsun tribunaya çağrılmayan, hətta dayanmaq üçün tribunaya yaxın duranda fitə basılan E.Namazov istefasını rəsmiləşdirməyə qərar verib. Məlumata görə, E.Namazov özü də “Milli şura”nın aparat rəhbərliyindən getməsinin səbəbini bəzi funksionerlərlə, xüsusilə də Müsavat Partiyasının fəalları ilə tez-tez yaranan anlaşılmazlıqlarla bağlayıb. Yayılan xəbərlərdə bildirilir ki, R.İbrahimbəyovun istefasından sonra “Milli şura”nın perspektivinə inanmayan E.Namazov şuradan birdəfəlik getməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 1147 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30