Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal düşərgədə “İbrahimbəyov qovğası” böyüyür

Radikal düşərgədə “İbrahimbəyov qovğası” böyüyür

25.12.2013 [09:17]

Pərviz Sadayoğlu

“El” hərəkatı “Milli şura”nın ermənipərəst “fəxri sədri”ni bolşevik məntiqli adlandırdı
Radikal düşərgədəki böhranın, ən əsası isə partiyalararası münasibətlərin kəskin şəkil almasının bir sıra mühüm səbəblərə söykəndiyi hər kəsə bəllidir. O baxımdan ki, düşərgə daxilində monopolist nüfuz savaşının güclənməsi, xarici antimilli qüvvələrdən əldə olunan maliyyənin bölüşdürülməsindəki narazılıq, bundan başqa, illərdir davam edən patoloji nifrət radikal kəsimin hazırki acınacaqlı tablosunun əsas ştrixləridir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gərginliyin əsas tərəfləri şəklində çıxış edən AXCP ilə Müsavat Partiyasının arasında baş verənlərin kökü lap “qədimdir”. İllərdir ki, özünü radikal düşərgənin “əsas partiyası” kimi təqdim etmək uğrunda mübarizə aparan bu iki təşkilatın istər sıravi üzvləri arasında, istərsə də rəhbərlik səviyyəsində aralarında böyük uçurumlar yaranıb. Bu fikir ayrılığının ən son bariz nümunəsi isə prezident seçkiləri öncəsi xarici ermənipərəst qüvvələrin maliyyəsi əsasında yaradılan “Milli şura” layihəsinin son toplantısında nümayiş etdirildi. Belə ki, xarici antimilli qüvvələrin əlində oyuncağa çevrildiyi, hətta öz düşərgədaşları tərəfindən də etiraf olunan Rüstəm İbrahimbəyovun “Milli şura” sədrliyindən getməsi məsələsi AXCP ilə Müsavat Partiyası arasında qovğanı yeni mərhələyə daşıdı. Belə ki, AXCP-nin sədri Əli Kərimlinin təkidi ilə R.İbrahimbəyov üçün “Milli şura”da “fəxri sədr” postunun yaradılması “Müsavat”ın xoşuna gəlmədi. Beləliklə, iki partiya arasında yeni mübarizə “motivi” “kəşf” olundu.
Əvvəl-əvvəl sosial şəbəkələrdə müzakirə olunan bu məsələ artıq AXCP ilə “Müsavat” tərəfindən əsl problem kimi irəli sürülür. Görünən budur ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyov və tərəfdarlarını xaricdən gələn ianələrə ortaqlıqdan çıxarmağa çalışdığı halda, Ə.Kərimli əksinə R.İbrahimbəyova həmin maliyyənin kiçik bir hissəsini verərək əsas pay ortağından-İ.Qəmbərdən yaxa qurtarmaq niyyətindədir.
Bu günlərdə yenidən ermənipərəst İbrahimbəyovun “Milli şura” fəxri sədrliyindən istefa vermək istəməsi iki partiya təmsilçilərini üz-üzə qoydu. Belə ki, mətbuata açıqlamasında R.İbrahimbəyov dostlarının “məsləhəti” ilə istefa ərizəsini yazmağa hazır olduğunu deyib.
Maraqlıdır ki, R.İbrahimbəyov “dost” dedikdə özünü “Milli şura”nın yiyəsi, satqınlar klubunun “aparıcı qüvvəsi” hesab edən İ.Qəmbəri nəzərdə tutmayıb. Bu isə onu göstərir ki, İbrahimbəyov artıq öz tərəfini müəyyənləşdirib və İ.Qəmbərə qarşı “mübarizədə” “Müsavat”a qarşı mövqe tutacaq. Bu məqam, yəni AXCP ilə İbrahimbəyovun birləşərək “Müsavat”ı oyundan çıxarmaq istəyi Ə.Kərimlinin dəstəsində təmsil olunanların İbrahimbəyovun istefasına münasibətində də özünü göstərir. Məsələn, vaxtilə AXCP sədrinin müavini olmuş, amma sonradan partiyadan qovulan, prezident seçkiləri öncəsi isə İ.Qəmbərlə Ə.Kərimlinin ortaq marionet namizədinə çevrilən C.Həsənov deyib ki, İbrahimbəyov haqqında “şura” öz qərarını verib və bu məsələyə qayıtmaq olmaz.
Müsavat Partiyasının aparatının rəhbəri Arif Hacılı isə əksinə, bu məsələyə müzakirələr əsasında yenidən baxıla biləcəyini iddia edir. Göründüyü kimi, R.İbrahimbəyov mövzusu artıq iki partiya arasında gedən mübarizənin əsas səbəblərindən birinə çevrilir. İkinci bir tərəfdən, R.İbrahimbəyovun bəzi açıqlamaları artıq “şura” uğrunda gedən mübarizənin daha kəskin forma alacağından xəbər verir.
Söhbət ondan gedir ki, məhz İbrahimbəyovun “Milli şura”ya fəxri sədr seçilməsindən sonra “Müsavat”ın qurumdan çıxacağını açıqlaması bir sıra cırtdan partiyaları hərəkətə keçirmişdi. Belə ki, məhz Ə.Kərimlinin istəyi ilə şurada təmsilçiliyinə imkan verilməyən bəzi partiyalar “Müsavat”ın şuradan çıxacağı təqdirdə müttəfiq ola biləcəklərini səsləndirmişdi. R.İbrahimbəyov isə mətbuata açıqlamasında bildirib ki, “Milli şura”da olmayan radikal düşərgə təmsilçiləri “iqtidara işləyir”. Maraqlıdır ki, İbrahimbəyova ilk cavab da “Milli şura”da küncə sıxışdırılan və üzvlərinin əksəriyyətinin qurumu tərk etdiyi “El” hərəkatından gəlib. Qurumun üzvü Zəfər Quliyev keçmiş müttəfiqinin məntiqini “bolşeviksayağı məntiq” adlandırıb. O deyib: “Çox qəribə və bolşeviksayağı məntiqdir. Heç gözləməzdim ziyalımızdan. Onda istənilən partiya, təşkilat, lider, bu məntiqi rəhbər tutaraq, deyə bilər: kim bizə qarşıdırsa, hökumətə işləyir. Bu cür neobolşevizm yanaşmanı düzgun hesab etmirəm”.
Göründüyü kimi, artıq düşərgə daxilində “közün öz qarşısına çəkilməsi” prosesi o qədər güclənib ki, özünə “ziyalı” deyən, özünü siyasətçi adlandıranlar da belə nə danışdıqlarının fərqində deyillər. Dünənə qədər “müttəfiq” dediklərinə bu gün təhdidlər yağdıranlar görəsən anlayırlarmı ki, bu addımları onların əsl simalarının cəmiyyətə tanıdılmasına yaxından kömək göstərir. Yəqin ki, onlar üçün fərqi yoxdur. Çünki adət etmək ən pis adətdir...

Paylaş:
Baxılıb: 1056 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30