Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-nin “Müsavat”a qarşı revanşı...

AXCP-nin “Müsavat”a qarşı revanşı...

10.01.2014 [09:28]

Nurlan Qələndərli

Yaxud, tərəflər arasındakı qarşıdurmanın növbəti platforması qismində İP çıxış edir
Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə gündəmə gələn radikal müxalifət bu dəfə də fərqli oyunların fonunda ortaya çıxmış mürəkkəb kataklizmlərlə çalxalanmaqdadır. Ənənəvi surətdə mövcud olan silsilə uğursuzluqlar, korporativ maraqların təmin olunması uğrunda aparılan pərakəndə mübarizə halları bu gün də bəhs edilən düşərgədə parçalanma meyillərini, həmçinin, qarşıdurma və qütbləşmə tendensiyalarını daha da kəskinləşdirib. Ziddiyyətlər və qarşıdurmaların hazırki həlqəsi qismində isə radikal düşərgənin qondarma və yararsız qurumları olan “Milli şura”və “İctimai Palata”(İP) çərçivəsində mövcud olan kataklizmlər çıxış edir.
Ümumiyyətlə, bundan öncə də AXCP və “Müsavat” ayrılıqda İP-i monopoliyaya almaq, yaxud da prosesləri yenidən tənzimləməklə digər tərəfi “oyundan kənar”vəziyyətə salmaq üçün müəyyən cəhdlər etmişdilər. “Müsavat”ın “Milli şura”dan getməsi ilə müşayiət edilən son hadisələrdən sonra isə AXCP-“Müsavat” savaşı daha da kəskinləşib. “Milli şura” oyununda planları suya düşən AXCP Müsavat Partiyasından “qisas almaq” üçün başqa bir vasitəyə istinad etmək qərarına gəlib. Bu vasitə isə yararsız qondarma qurum olan “İctimai Palata”nı tərk etməkdir. Belə ki, həmin məsələ son günlər AXCP tərəfindən ciddi şəkildə gündəmə gətirilib.
Yeri gəlmişkən, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, “Milli şura” yaranandan sonra “İctimai Palata” ömrünü başa vurmuş hesab edilir: “Milli şura” yaranmamışdan öncə də İP-in hər hansı tədbiri keçirilmirdi, sessiyası çağırılmırdı. İP missiyasını başa vurub. “İctimai Palata”nın hər hansı işlək strukturu yoxdur. Ona görə də, “İctimai Palata”ya tarixin bir parçası kimi baxa bilərik. Bu gün faktiki olaraq belə qurum mövcud deyil”.
F.Qəhrəmanlı eyni zamanda, İP-in fəaliyyətinin bərpa olunması ehtimalını mümkünsüz sayıb: “İctimai Palata”missiyasını başa vurduğuna görə onu yenidən dirçəltməyə ehtiyac yoxdur. “İctimai palata”nın sessiyasının keçirilməsi mümkün deyil. İP-in sessiyası keçirilə bilməz. Çünki sessiyanın çağırılması üçün yetərsay olmalıdır. Sessiyanın çağırılmasına birtərəfli qaydada belə cəhd olunsa, mümkün olmayacaq. Yetərsayı təşkil edən insanlar o qurumun mövcudluğunu qəbul etmirlər”.
“Müsavat”dan isə AXCP-yə cavab gecikməyib. Müsavat Partiyası sədrinin müşaviri Mustafa Hacıbəyli bildirib ki, “Milli şura”nın vəziyyəti daha pisdir və faktiki olaraq bu qurum yoxdur.
Göründüyü kimi, radikal müxalifət çox ciddi ziddiyyətlər və kataklizmlərlə qarşı-qarşıyadır. Bütün bunların fonunda isə tərəflər bir-birlərini ittiham edirlər. Hər halda görünən odur ki, radikal düşərgənin qondarma qurumları silsilə şəkildə sıradan çıxırlar. Bu isə dağıdıcı müxalifətin siyasi sistemdən xaric olunmasını şərtləndirən proses kimi səciyyələndirilə bilər...

Paylaş:
Baxılıb: 1262 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30