Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənistan sosial-iqtisadi problemlər məngənəsində

Ermənistan sosial-iqtisadi problemlər məngənəsində

11.01.2014 [09:44]

Mübariz Abdullayev

Ekspertlər son 5 ildə işğalçı ölkənin iqtisadiyyatında müşahidə edilən geriləmənin gələcəkdə daha da intensivləşəcəyi barədə bədbin proqnozlar verirlər
Yeni il ərəfəsində Ermənistan mətbuatında bu ölkədə insanların acınacaqlı həyatını xarakterizə edən daha bir xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, paytaxt İrəvanın Başincaryan küçəsindəki 184 saylı evin zirzəmisində Ayk adlı kişi soyuqdan donaraq dünyasını dəyişib. O da qeyd olunurdu ki, 50 yaşlı Aykın vaxtilə sözügedən ünvanda mənzili olub. Sonradan o, mənzili üzərində mülkiyyət hüququnu, indi isə artıq həyatını itirib.
Lakin Aykın ölümü ilə bağlı ürəkağrıdan məqam tək bu deyil. Belə ki, qonşularnın Panorama am. saytının müxbirinə bildirdiklərinə görə, onlar Aykın vəziyyətinin kritik həddədək ağırlaşdığını gördükdə əraziyə təcili yardım çağırıblar. Lakin təcili yardım həkimləri gəlsələr də, onlar soyuqdan donan kişini xəstəxanaya aparmaqdan imtina ediblər. Erməni həkimlər elə belə də deyiblər: “O, bomjdur, öləcək, biz nə edəcəyik? Xatası bizdən uzaq olsun!” Axşama yaxın Aykın vəziyyəti yenidən pisləşib. Bu dəfə də qonşular təcili yardım çağırıblar və “polisə xəbər verəcəyik” hədəsi ilə həkimləri öz peşə borclarının icrasına məcbur ediblər. Gecikmiş cəhdlər isə bir fayda verməyib və Ayk ölərək tənha, səfalət içində yaşamaq məşəqqətindən qurtulub.
Vurğulamaq yerinə düşər ki, işğalçı ölkədə bu və bu kimi digər hadisələr son vaxtlarda çox tez-tez təkrarlanır və qonşu ölkədə gündəlik həyatın atributuna çevrilməkdədir. Qoca erməni qadın və kişilər gündəlik azuqə tapmaq üçün səhərdən axşamadək zibil qutularının yan-yörəsində fırlanırlar. Küçələrdə ümidsiz halda ötüb-keçənlərin, sədəqə diləyənlərin də sayı durmadan artır. Gecələr zülmətə qərq olan küçələr, evlərin qıfıllanan qapıları, kişiləri baş götürüb xarici ölkələrə gedən, əsasən, qadınların ümidinə qalan kəndlər, boşalan şəhərlər... Bir sözlə, bütün bunlar bugünkü Ermənistanın reallıqlarıdır.
Ekspertlərin bildirdikləri kimi, Ermənistandakı acınacaqlı sosial-demoqrafik vəziyyət bir tərəfdən ölkə rəhbərliyinin həyata keçirdiyi yanlış siyasətlə, digər tərəfdən isə onsuz da potensialı zəif olan iqtisadiyyatın ildən-ilə çökməsi ilə bağlıdır. Məsələn, Levon Ter-Petrosyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Qrant Baqratyan etiraf edib ki, son 5 ildə Ermənistanın iqtisadiyyatında ancaq tənəzzül müşahidə edilməkdədir. Ölkədə Ümumi Daxili Məhsulda enmə 15 faizi üstələyib.
Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan iqtisadiyyatını ağuşuna alan tənəzzül meyilləri 2013-cü ildə də davam edib. Ermənistan mətbuatında verilən xəbərlərə görə, işğalçı ölkədə iqtisadi artım tempi dünyadakı orta səviyyədən 2 dəfədən çox aşağıdır. Ötən il inflyasiya büdcədə nəzərdə tutulan 4 faiz əvəzinə, 6,1 faiz olub. Sarkisyan hakimiyyətinin inflyasiya tempinin əməkhaqqı səviyyəsindən yuxarı qalxmayacağına dair vədləri özünü doğrultmayıb. 2013-cü ildə həllini tapmayan problemlər 2014-cü ilə transfer edilib. Belə ki, iqtisadiyyata kapital qoyuluşunun azalması, xarici borcların artması, işsizlik, nəhayət, inhisarçılıq kimi problemlər qalmaqdadır. Ayrı-ayrı beynəlxalq maliyyə qurumlarının hesabatlarında bildirilir ki, keçmiş SSRİ məkanında Ermənistan iqtisadiyyatı inhisara alınmasına görə, I yerdə dayanır. İqtisadiyyatın 20 faizi monopolislərə məxsusdur.
Ermənistan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlar isə daha bədbindir. Mütəxəssislər qarşıdakı illərdə ölkəyə yatırılacaq xarici investisiyaların miqdarının xeyli azalacağını, bunun isə onsuz da böhran keçirən Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağını bildirirlər. Beləliklə, Ermənistanın bir dövlət kimi gələcəyi ciddi sual altındadır.

Paylaş:
Baxılıb: 1110 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31