Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Adsız dəyirmanda xoruz olur...

Adsız dəyirmanda xoruz olur...

07.02.2014 [08:54]

Pərviz Sadayoğlu

“Milli şura” əvvəlcə özünü itirdi, sonra üzvlərini itirdi, daha sonra rəhbərlərini itirdi. İndi də adını itirir. 20 ildən artıqdır ki, itirməkdən başqa bir şey qazana bilməyən radikal müxalifət bir-birinə nə ad qoymayıb ki...
Aylar öncə yenə də ad axtarışına çıxmışdılar. Əslində, ad tapmamışdan qabaq özlərinə “dayı” tapmışdılar. “Dayı”nın əmri ilə əllərinə girəvə düşən kimi başlayırdılar yalana, pafosa. Hələ onları beynəlxalq təşkilatlara dəvət edəndə... Bir insan öz ölkəsi, öz dövləti, öz milləti haqda nə qədər qara fikirdə olar, nə qədər yalan danışar? Sadəcə, onlara bunun müqabilində kiçik “dayı payı” verilirdi.
Öz “məhsullarına” “Milli şura” adı qoysalar da, bu “şura”cığın milliliklə əlaqəsi yox idi. Seçkidən aylar ötəndən sonra isə bu “şura”da dağlanmış ət iyinə yığılanlar hamısı bir ağızdan eyni mahnını oxuyur-adı dəyişək... Yenə də absurd radikal müxalifət düşüncəsi düşərgə qəzetlərində at oynadır...
Axı, adın nə olmasının fərqi nədədir, görəsən? İdeyasız, məqsədsiz, proqramsız, konsepsiyasız, ən əsası isə düşmənin pulu ilə birləşmənin nə xeyri var? Hələ bir görün birləşə bilirsinizmi? Ola bilər birləşəsiniz, amma bərbad “Milli şura” formatında. Eyni qurumun üzvü olan radikal partiyaların üzvləri bir-birinə demədiyi küçə dialekti qalmamışdı.
Bu insanlar həqiqətən get-gedə başlarını itirirlər. İnsan adlanan varlıq özünü bu qədər gülünc hala sala bilməz, bu mümkün deyil. Düşünürlər ki, “mən adımı filan şey qoysam, qalibiyyət əldə edəcəm”. Bu məntiqə bir bərkdən “malades”!!!
Yaranan, fəaliyyət göstərən, siyasi proseslərdə yer almaq istəyən istənilən siyasi qüvvə möhkəm təməl üzərində formalaşmış ideologiyaya əsaslanmalıdır. Əgər bu ideologiya cəmiyyət tərəfindən qəbul olunacaqsa, həmin siyasi qüvvənin tutduğu siyasi kurs da xalq tərəfindən dəyərləndiriləcək. Bu, dəyərləndirmə özünü seçkinin nəticələrində əks etdirəcək.
Anlaşılandır... Əlindən heç bir iş gəlməyən radikal müxalifətin ad seçmək mərəzi hər kəsə çoxdan bəllidir. Seçdikləri adlar da uzağı bir həftədən sonra istər xalq arasında, istərsə də qəzet səhifələrində lağ obyektinə çevrilir. Məsələn, bir zamanlar yaratdıqları DemBlok vardı ki, az sonra “dom-blok”, “dım-blok” şəklinə düşmüşdü. Sonradan düzüb-qoşduqları SİDSUH-un açılışını heç orada təmsil olunan partiya sədrləri özləri də bilmirdilər.
Ən axırıncısına “Milli şura” adı qoymuşdular. Belə demək mümkündürsə, “milli” sözünün “m” hərfinə belə layiq olmayan bu “şura”nın ən yaxşı adı “yelli şura” ola bilərdi. Elə, bir külək kimi gəlib az müddətdən sonra da çıxıb gedən, darmadağın olan bu “şura”nın “yel”dən heç bir fərqi olmadı.
Çünki, bu “şura”da da bəzi maraqlı xarici qüvvələrin arzusu ən ön sıraya çıxmışdı. Baxmayaraq ki, “milli” sözünü üzlərinə pərdə edib özlərini cəmiyyətə sırımağa çalışırdılar, Azərbaycan xalqı pərdənin arxasındakı üzü yaxşı tanıyırdı. Oraya yığılanların necə qansorucu olduğunu bu xalq hər kəsdən yaxşı bilir. Ən sonda isə özləri-özlərini sancaraq məhv etməyə girişdilər. Axı, əqrəbin xarakteri budur. İttihamları belə öz düşərgədaşlarından gəldi: “Liderlər arasındakı şəxsi düşmənçilik, kin-küdurət, qısqanclıq, nifrət hissi zaman-zaman bir araya gəlməni əngəlləyən ciddi faktor olub”.
Düz diaqnoz qoyulub. Bu insanların siyasətdəki mahiyyətləri yalnız qaralamaya istiqamətlənib. Adlarının nə olmasından asılı olmayaraq, bir istiqamətə-xəyanətə kökləniblər.
Arzu Abdullayeva bu günə qədər danışmamışdı. Bəlkə də, çoxları dünənə kimi bu şəxsin “Milli şura” adlı qondarma qurumun üzvü olmasından da xəbərsiz idi. Amma bu, adı siyahıda olub, özü “şura”da olmayan xanım da bildirir ki, məni oraya bağlayan, sadəcə, ad idi. Adı da yalandan, pafosdan ötrü qamarlamışdılar. Necə deyərlər, bu dəfə də boş çıxdı...
İndi də adlarını dəyişib adınaqulu qoymaq istəyirlər. Axı, adın sizin üçün nə fərqi var ki... Onsuz da “Sem” də sizi atıb, “rubl”un da üzünüzə qapısı bağlanıb. Heç olmazsa adınızın üstünə ad götürəndə bir az düşünüb-daşınaydınız, gərək. Amma düşünməyə beyin lazımdır axı...
P.S. Siyasi yetkinlik məsələsi də ki, düzələsi şey deyil.

Paylaş:
Baxılıb: 1268 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30