Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dublyorla reneqatın mandat davası...

Dublyorla reneqatın mandat davası...

15.02.2014 [09:15]

Nardar Bayramlı

Namazovla Həsənovun söz dueli yeni mərhələyə qədəm qoyub
Radikal müxalifətin daxilində ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. Xüsusilə ölkəmizdə keçirilən bütün seçkilər zamanı özlərini müttəfiq adlandıran radikal partiyalar sonda bir-birlərinə güzəştə getmək iqtidarında olmayıblar. Bunun nəticəsində də radikal müxalifət düşərgəsi parçalanmaqdan, daha da zəifləməkdən başqa bir şey qazanmayıb. Belə bir vəziyyət hazırda “Milli şura”da baş verir.
Məlum olduğu kimi, bu qondarma qurumda müxalifətin radikal qanadı toplaşmışdı. Lakin hansısa şəxsi maraqlar naminə vaxtilə bu qondarma qurumda birləşən radikallar sonuncu seçkilərdəki biabırçı məğlubiyyətdən sonra antimilli “şura”nı tərk etməyə başladılar. Son olaraq isə bu antimilli qurumun aparat rəhbəri, “El” hərakatının rəhbəri Eldar Namazov “Milli şura”nı tərk etdi.
Lakin bu istefadan sonra radikalların həmişəki mərəzi növbəti dəfə özünü göstərdi. Reneqatın istefa addımından sonra antimilli qurumun təmsilçiləri ona qarşı “səlib yürüşü”nə başladılar. Bu anti-reneqat kampaniyasında isə əsas missiyanı “Milli şura”nın sədri, dublyor Cəmil Həsənov öz üzərinə götürdü. E.Namazovu yalançı adlandıran Cəmil Həsənov deyib: “Namazov olsa-olsa intriqa və piar ustası, yalan vədlər və blef uydurmağın peşəkarıdır. Onun blefləri bəzən elə cazibədar olur ki, uydurandan az sonra özü də ona inanmağa başlayır”.
O, həmçinin, deyib ki, reneqatın “Milli şura”da vaxtilə lövbər salması onun şəxsi maraqları ilə bağlı olub: “Eldar bəy “Milli şura” ideyasından əldə edə biləcəyi şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. “Milli şura”nın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Amma bu dividend qalacaqmı? Bunu zaman göstərər”.
Lakin dublyora reneqatın cavabı da özünü çox gözlətməyib. O, mətbuata açıqlamasında “Milli şura”nın uğursuzluqlarının məsuliyyətini həm də Cəmil Həsənovun üstünə atıb. Onun sözlərindən belə anlaşılır ki, C.Həsənov “Milli şura”nın sədri olana qədər qurumda ciddi bir işlə məşğul olmayıb, öhdəsinə düşən işləri yerinə yetirməyib. E.Namazov bu qondarma qurumun aparatına rəhbərlik edəndə onun komissiyalarından birinə C.Həsənovun sədrlik etdiyini xatırladıb. Onun sözlərinə görə, o zaman C.Həsənov rəhbərlik etdiyi Qarabağ komissiyasında heç bir iş görməyib: “Heç mənim mandatıma bu komissiyaları işlətmək daxil deyildi. Ancaq buna baxmayaraq, bir müddətdən sonra gördüm ki, komissiyaların fəaliyyəti yoxdur və onlarla toplantı keçirdim. Dedim ki, sessiyanın qərarı var, komissiyalar qarşısında müəyyən məqsədlər qoyulub, əgər bu istiqamətdə siz iş görsəniz biz də Sədr Aparatı olaraq sizə hər cür köməklik edərik. Yeri gəlmişkən, Cəmil Həsənov da bu komissiyalardan birinə - Qarabağ komissiyasına sədrlik edirdi və bu günə qədər də sədrlikdə qalır. İndi Cəmil Həsənovun sədri olduğu Qarabağ komissiyası bu günə qədər bir iş görməyibsə, deməli, Eldar Namazov onu işlədə bilməyib? Əgər kimsə kənardan bu komissiyaları işlətməlidisə, Cəmil Həsənov “Milli şura”nın sədri, vahid namizədi və komissiya sədri kimi özü-özünü işlədərdi də”.
E.Namazov həmçinin, C.Həsənovu seçkilərdə az səs toplamaqda da ittiham edib. Onun dediyinə görə, əvvəlki seçkilərdə müxalifətin namizədləri C.Həsənovdan çox səs toplayıb. Reneqat onu da deyib ki, C.Həsənovun sədrliyi dövründə “Milli şura” daxilində parçalanmalar başladı, əksər “siyasi liderlər” bu qurumdan çıxdı: “Artıq “Milli şura” üzvlərinin təqribən 30 faizi istefa verib və bu, davam edir. İndi sən nə mandat davası döyürsən? Mandatı kimin nə cür istifadə etdiyi göz önündədir”.
Göründüyü kimi, radikalların düşərgəsində söz savaşı bitmək bilmir. Bir-birilərini yalan danışmaqda, müxalifətin “birliyini” pozmaqda ittiham edən bu adamlar faktiki olaraq cəmiyyətdə özlərini ifşa edirlər. Çünki, onlar öz paxırlarını açmaqla, əslində həqiqi simalarını göstərmiş olurlar.
Yeri gəlmişkən, qeyd edək ki, qoca kinodramaturq Rüstəm İbrahimbəyov da E.Namazovla C.Həsənov arasındakı qalmaqala münasibət bildirib. C.Həsənov və E.Namazov arasında yaranan vəziyyəti təəssüflə qarşıladığını deyən R.İbrahimbəyov bununla belə, onların mübahisəsini izləmədiyini, buna marağının da olmadığını qeyd edib: “Mənə elə gəlir ki, bu, əsasən onların şəxsi münasibətlərindən yaranır. Hər ikisini başa düşmək olar. Amma yenə də demək istəyirəm ki, Cəmil Həsənov “Milli şura”nın sədridir və hər halda mən onun tərəfindəyəm”.
Bununla da E.Namazovdan üz çevirdiyini nümayiş etdirən qoca kinodramaturq bildirib ki, baş verənlər tərəflər arasında şəxsi münasibətlərdən doğduğundan bu məsələlərə qarışmır. R.İbrahimbəyov E.Namazovun “Milli şura”dan istefasına da toxunaraq, bunu təəccüblə qarşıladığını deyib. Bununla belə, o, C.Həsənovu dəstəklədiyini gizlətməyib. Əlbəttə ki, İbrahimbəyovun mövqeyi anlaşılandır, çünki formal da olsa, qondarma qurumun “fəxri sədri”dir. Əslində, faktiki olaraq radikal müxalifətlə yollarını ayıran qoca kinodramaturqu dağıdıcılarla yalnız və yalnız şəxsi maraqları birləşdirir.

Paylaş:
Baxılıb: 1269 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30