Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xədicə İsmayılova ABŞ-a ötürdüyü “cəsus” siyahısına öz adını yazmağı unudub...?

Xədicə İsmayılova ABŞ-a ötürdüyü “cəsus” siyahısına öz adını yazmağı unudub...?

19.02.2014 [08:49]

Pərviz Sadayoğlu

Əgər o, özünün iddia etdiyi kimi, ən məxfi qrifli sənədi hüquq-mühafizə orqanlarından əldə edə bilirsə, demək...
Xəbər verildiyi kimi, AXCP-yə yaxınlığı ilə bilinən jurnalist Xədicə İsmayılova ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları olduğu iddia edilən şəxslərə radikal müxalifətlə bağlı siyahı təqdim edib. Həmin siyahıda radikal düşərgənin bəzi nümayəndələrinin adları qeyd edilib. Xədicə İsmayılova həmin şəxsləri Azərbaycan hakimiyyətinə “işləməkdə” ittiham edir.
Artıq müəyyən müddətdir ki, bu məsələ istər KİV-də, istərsə də cəmiyyətin ayrı-ayrı kəsimləri tərəfindən müzakirə edilir. Belə ki, X.İsmayılovanın ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısına ötürdüyü “sənəd”də adları qeyd olunan şəxslər bildirirlər ki, bu siyahı radikal düşərgədə önə çıxmaq istəyən şəxsin, konkret olaraq AXCP sədri Əli Kərimlinin maraqlarına uyğun olaraq hazırlanıb və məqsədli şəkildə ABŞ “tədqiqatçılarına” təqdim olunub.
Maraqlıdır ki, istər KİV-in, istərsə də həmin siyahıda adları hallanan şəxslərin X.İsmayılovaya ünvanladıqları bir sıra suallar cavabsız qalıb və siyahını təqdim edən şəxs aqressivlik nümayiş etdirərək hətta bu siyahını dərc edən şəxsləri, o cümlədən, məsələni araşdırmağa çalışan jurnalistləri təhqir edib. Bu isə həm də X.İsmayılovanın deməyə sözünün olmamasına dəlalət edir. Hətta həmin “cəsus siyahısında” adı yer alan bəzi şəxslər X.İsmayılovanın özünün bir sıra kəşfiyyat orqanları ilə işbirliyində olduğu fikrini irəli sürüblər.
Xədicə İsmayılovadan yeni bir “Tam məxfi” qrifli sənəd...
Adıçəkilən “cəsus siyahısı” qalmaqalı səngiməmiş X.İsmayılova yeni bir “sənəd”lə gündəmə gəldi. Belə ki, o, sosial şəbəkələrdə “Tam məxfi” qrifli “sənəd” yayaraq bildirib ki, bu “sənəd”i ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Lakin X.İsmayılova həmin vaxt əlində bu “sənəd”də yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübut olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. Bununla belə, MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə fevralın 16-da “ANS TV”də çıxış edəndən sonra X.İsmayılova həmin sənədi, yaymağa “qərar” verib.
MTN-in daxili kəşfiyyat idarəsinin rəisinə ünvanlanan bu “məktub”da söhbət kimisə “verbovat” etməkdən gedir. Maraqlıdır ki, bundan əvvəlki “cəsus siyahısında” onlarla düşərgədaşını ABŞ xüsusi xidmət orqanlarına “təqdim edən” X.İsmayılova ikinci “sənəddə” qeyd edilən “cəsus”un adını flomasterlə pozub. Ən maraqlısı isə, həmin “tam məxfi” qrifli “məktubda” söhbət AXCP-dən olan bir müxalifətçidən gedir.
Qeyd edək ki, X.İsmayılova bu “məktubu” “Facebook”da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Daha sonra, bu barədə məlumat saytlarda yayılanda məktubun fotosu yenidən X. İsmayılovanın profilində “peyda olub”.
Vurğulamaq yerinə düşər ki, artıq Baş Prokurorluq Xədicə İsmayılovanın qalmaqallı “cəsus siyahısı” ilə bağlı məsələyə aydınlıq gətirib. Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib: “Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”.
Digər tərəfdən, mətbuatda çıxış edən bir sıra ekspertlər isə bunun yalan informasiya olduğunu söyləyirlər. Onlar bildirirlər ki, istər formaca, istərsə də məzmunca belə arayışlar və ümumiyyətlə belə sənəd tərtib olunmur.
Xədicə İsmayılova “Tam məxfi” qrifli sənəd əldə edirsə, demək ABŞ-a ötürülən “cəsus siyahısı”nın başında yer almalı idi
Bəli, cəmisi bir neçə günün içində iki dəfə “cəsus” qalmaqalı ilə gündəmə gəlməyə çalışan X.İsmayılovanın bu addımlarla özündən “siyasi fiqur” düzəltməyə çalışdığı ortadadır. Amma ortada bir cavabsız sual da var. Belə ki, əgər bu sənəd iddia olunduğu kimi yalandırsa, X.İsmayılova vətəndaş olaraq dövlət orqanının adından istifadə edərək yalanlar tirajlayır. Təəssüf ki, öz çirkin oyununa dövləti də daxil etməyə çalışan bu şəxs unudur ki, onun bu hərəkətlərinin istər ictimai, istərsə də hüquqi məsuliyyətləri mövcuddur. Yəqin ki, X.İsmayılova bundan xəbərdardır və bəlkə də bu yalanların hüquqi məsuliyyətinin fonunda özünü şişirdib ABŞ-ın anti-azərbaycançı mərkəzlərinə “əsl müxalifətçi” obrazında təqdim etməyə çalışır.
Amma X.İsmayılovanın da iddia etdiyi kimi, bu “sənəd” həqiqətən də adıçəkilən hüquq-mühafizə orqanından X.İsmayılovaya “VERİLİBSƏ”, demək X.İsmaylova ABŞ Senatının “tədqiqatçılarına” ötürdüyü sənəddə öz adını yazmağı unudub. Çünki “Tam məxfi” qrifli sənədin əldə olunması bunu deməyə əsas verir ki, X.İsmayılova özü də onun təbirincə desək, “hakimiyyətə” işləyir.
Erməni lobbisinə nökər olmaqmı yaxşıdır, yoxsa dövlətin maraqlarını qorumaqmı???
Sonda, bir məsələni xüsusi olaraq vurğulamaq yerinə düşər ki, illərdir xarici antimilli mərkəzlərə, anti-azərbaycançı dairələrə, hətta erməni lobbisinin maraqlarına xidmət göstərdiyi aşkara çıxarılan, Azərbaycanın dövlət və millət mənafeyini heçə saydığını biruzə verən radikal düşərgə üzvlərinin kimlərisə dövlətə və ya hakimiyyətə “işləmək”də günahlandırması əslində olduqca gülüncdür. Azərbaycan dövlətçiliyinə xidmət göstərmək, dövlətimizin müstəqilliyinə, ərazi bütövlüyünə xələl gəlməməsi üçün milli mövqedən çıxış etmək normal bir haldır. Təbii ki, yad əllərdən “çörək yeməyə” öyrəşmiş bəziləri hələlik bunun nə olduğunu dərk edə bilmir və ya Azərbaycan xalqına qarşı olan kin-küdurəti onları düşmənlərlə eyni dildən danışmağa sövq edir. Amma bu cür ucuz, çirkin oyunlar hər zaman uğursuzluqlarla sonlanır. Bu gün radikal düşərgənin önünə çıxmaq, onun “lideri” olmaq istəyənlərin hətta xalqımızın ən böyük dərdi olan Dağlıq Qarabağ münaqişəsi ilə siyasi alver etdiyinin şahidi olmuşuq. Bunu ötən ilki prezident seçkilərində istər Rüstəm İbrahimbəyovun erməni sevgisindən qaynaqlanan çıxışlarından, istər Cəmil Həsənovun xarici mətbuatdakı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəlağətli çıxışlarından, istərsə də Eldar Namazovun “beynəlxalq” adlandırdığı toplantılarda ermənilərin maraqlarını qorumasından gördük. Ona görə də, bu adamlar bir daha özlərinə sual verməlidirlər ki, xarici kəşfiyyata işləmək, erməni pulunun xidmətçisi olaraq Azərbaycan dövlətinə düşmən kəsilmək nə vaxtdan “demokratiklik” sayılır???

Paylaş:
Baxılıb: 1227 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30