Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyovun “favoriti” artıq Eldar Namazov yox, Eldəniz Quliyevdir

Rüstəm İbrahimbəyovun “favoriti” artıq Eldar Namazov yox, Eldəniz Quliyevdir

25.02.2014 [08:55]

Mübariz Abdullayev

Sonuncunun “El”in reneqat rəhbərinin əlindən su içdiyini nəzərə alsaq, deyə bilərik ki, bu “dostluq” da uzun sürməyəcək
Hazırda Azərbaycanın radikal müxalifət düşərgəsində təmsil olunanlar arasındakı münasibətləri belə ümumiləşdirmək mümkündür: Onların qarşılıqlı “rəğbətləri”nin sərhədləri elə şəxsi maraqlarının sərhədlərinədəkdir. Daha dəqiq desək, radikallar müxtəlif konyuktur maraqlara görə bir-biriləri ilə çox tez və asanlıqla yaxınlaşmağı bacardıqları kimi, qarşılıqlı umacaqları tükənəndə də dərhal küsüşürlər və özlərinə yeni “dost” axtarışına çıxırlar. Lap “Tıq-Tıq xanım” nağılında olduğu kimi.
Heç uzağa getməyək. Qondarma “Milli şura”nın sabiq qiyabi sədri Rüstəm İbrahimbəyovla qondarma qurumun sabiq aparat rəhbəri reneqat Eldar Namazovun münasibətləri buna nümunədir. Məlumdur ki, xaricdəki anti-azərbaycançı dairələrin mətbəxinin məhsulu olan “Milli şura”nın mövcudluğunun ilk dönəmlərində bu iki sima arasında isti münasibətlər müşahidə edilirdi. Açığı, onların, necə deyərlər, ulduzlarının birləşməsini şərtləndirən məqamlar da az deyildi. Yəni, istər Rüstəm İbrahimbəyov, istərsə də Eldar Namazov “Milli şura”ya sırf konyuktur maraqlar prizmasından yanaşırdılar. Qoca kinodramaturq siyasətə kəllə vurmaqla vergi cinayətlərinin məsuliyyətindən yaxa qurtaracağını düşünür və onun adına yazılan “Milli şura” vasitəsi ilə daha artıq miqdarda paralara sahiblənmək istəyirdi. Rüstəm İbrahimbəyovun işinə yarayacaq birisi kimi Eldar Namazovdan münasibini tapmaq çətin olardı. Eyni zamanda, “Milli şura” layihəsində qoca kinodramaturqla “əməkdaşlıq” sonuncu üçün də perspektivlər demək idi. “El”in rəhbəri düşünürdü ki, “Milli şura”da fəallıq göstərməklə, “xaricdən pul gətirəcəyəm” vədləri ilə radikalları ovucunun içinə yığan Rüstəm İbrahimbəyovun etimadını qazanmaqla dağıdıcı düşərgədə önə keçməsini təmin edə biləcək.
Nə gizlədək, “Milli şura”dan manipulyasiya vasitəsi kimi istifadə edən cütlük başlanğıcda qarşılarına qoyduqları konyuktur məqsədlərə çatmağa müəyyən qədər nail oldular. Təkcə onu demək kifayətdir ki, reneqat Eldar Namazov Rüstəm İbrahimbəyovun etimadı sayəsində qondarma “Milli şura”nın rəhbərliyində təmsil olundu. Lakin Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq daşıması ilə bağlı kələkbazlığı üzə çıxandan sonra “Milli şura” ətrafında baş verənlərin istiqaməti dəyişdi. AXCP və “Müsavat” özlərisayağı manevrlər işlədərək qondarma qurumu bütünlüklə ələ keçirdilər və sonda bu proses “cəbhəçilər”in “Müsavat”çıları üstələmələri ilə nəticələndi.
Beləliklə, qondarma “Milli şura”nın başqa əllərə keçməsi ilə Rüstəm İbrahimbəyov-Eldar Namazov “dostluğuna” da son qoyuldu. Artıq onların bir-birilərinə “can” deyib, “can” eşitmələrindən əsər-əlamət belə yoxdur. “El”in reneqat rəhbəri Eldar Namazov dönük xislətini Rüstəm İbrahimbəyova da nümayiş etdirib. Sonuncunun açıqlamalarından belə məlum olur ki, qoca kinodramaturq reneqat Eldar Namazovun heç yadına da düşmür. Bundan şikayətlənən Rüstəm İbrahimbəyov bildirib ki, daha Eldar Namazov ona telefon açmır.
Keçmiş “dost”ların münasibətləri o dərəcədə korlanıb ki, hətta reneqat Eldar Namazov dabanına tüpürüb qondarma qurumdan gedərkən heç Rüstəm İbrahimbəyovla məsləhətləşməyə belə lüzum görməyib. Hələ bu da hamısı deyil. Qondarma qurumla yollarını ayıran Eldar Namazov Rüstəm İbrahimbəyovun “Milli şura”sının iç sirlərini açmaqdan belə çəkinmir. Reneqatın “Milli şura” formatında “birləşən” radikal müxalifətin son prezident seçkilərində məğlubiyyətini dilə gətirməsi Rüstəm İbrahimbəyovu bərk qəzəbləndirib.
Mətbuata açıqlamalarından bəlli olur ki, “siyasətçliyini” “Don Kixotluq” adlandıran Rüstəm İbrahimbəyov daha reneqat Eldar Namazovdan üz çevirərək “El”in ali məclis sədri Eldəniz Quliyevə rəğbətini gizlətmir. Siyasi müşahidəçilər bunu təsadüfi saymırlar. Məlumdur ki, Eldəniz Quliyev zamanında məlum səbəblərdən Vətənə dönə bilməyən Rüstəm İbrahimbəyovun “Milli şura”ya mənəvi lider və yaxud fəxri sədr seçilməsi məsələsini dəfələrlə gündəmə gətirib. Görünür, Eldəniz Quliyevin bu kimi yarınmaları Rüstəm İbrahimbəyovun yadından çıxmayıb. Qoca kinodramaturq düşünür ki, itirdiyi Eldar Namazovu əvəzləyəcək sima elə Eldəniz Quliyev ola bilər. Məşədi İbad demişkən, o olmasın, bu olsun. Budur, Eldar Namazovdan şikayətçi düşən Rüstəm İbrahimbəyov hər kəlməsinin əvvəlində və axırında “Eldəniz Quliyev” deyir. Qoca kinodramaturq, hətta Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə məhkəmə çəkişmələri yaşayan, eləcə də, radikal düşərgənin ayrı-ayrı təmsilçilərinin qınaqları, “satqın” ittihamları ilə üzləşən Eldəniz Quliyevin müdafiəsinə qalxıb.
Beləliklə, Rüstəm İbrahimbəyovun “favoriti” qismində daha Eldar Namazov yox, Eldəniz Quliyev çıxış edir. Şübhə yoxdur ki, bu “dostluq” da uzun sürməyəcək. Ən azından ona görə ki, Eldəniz Quliyev də reneqat Eldar Namazovun əlindən su içib...

Paylaş:
Baxılıb: 1113 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31