Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Anasına, Vətəninə xəyanət edən manqurt – Günel Mövlud

Anasına, Vətəninə xəyanət edən manqurt – Günel Mövlud

28.02.2014 [08:51]

Pərviz Sadayoğlu

Əkrəm Naibovla uğur qazana bilməyən erməni lobbisi bu dəfə özünü və sözünü tanımayan birisinin dili ilə Azərbaycan xalqına şər atmağa niyyətlənib
Anti-azərbaycançı dairələrin himayəsində yaşamaq üçün öz ölkəsinə, Vətəninə, doğulduğu torpağa xəyanət edənlərin cərgəsinə biri də qoşulub. Xəbər verildiyi kimi, antimilli dairələrin əli ilə dövlətimizə və xalqımıza qarşı yönələn, düşmənlərimizlə “yaxınlaşmanı” təlqin edən bütün layihələrin ən fəal iştirakçılarından olan Günel Mövlud ermənilərdən üzr istəyib. Ölkəsinə qara yaxmağa hər zaman pioner kimi hazır olan bu ünsür, əslində, öz “üzrhaqlığını” xalqımızın adı ilə bağlayır ki, onun bu çirkin əməlinin nələrə hesablandığını anlamaq elə də çətin deyil. Belə ki, “ustadı” Əkrəm Naibovun yolu ilə gedən və ermənilərin təcavüzünə məruz qalmış, torpaqları işğal edilmiş Azərbaycan xalqına şər ataraq, xalqımızı baş verənlərdə “günahkar” qismində təqdim etmək arzusuna düşən G.Mövlud yeni bir erməni oyununun maşası rolunda çıxış etməyə niyyətlənib.
Əslində, özünüreklamının ən pik nöqtəsində boynuna xaç taxan, xalqını, millətini söyməyi “yazarlıq” sayan G.Mövlud üçün birmənalı şəkildə dəyər adlanan mövhum yoxdur. Bu onun istər sonuncu, istərsə də bundan öncəki addımlarında açıq şəkildə büruzə verilən məqamlardır. Yazdığı erotik şeirlərlə özünü diqqət mərkəzinə salmağa çalışan, amma bunu da bacarmayanda müxtəlif yollara əl atan G.Mövlud, hətta yazılarında onu dünyaya gətirən valideynləri haqqında da min bir “məzhəkə”lər qoşan birisidir.
Əslən elə ermənilər tərəfindən işğal edilmiş bir rayondan olan G.Mövludun xalqımıza qarşı nifrəti onun hər bir yazısında özünü büruzə verir. Guya, “özünütənqid” ruhunda yazılar yazdığını iddia edən G.Mövlud xalqımızın dəyərlərini, milli mentalitetimizi də özünün “hədəflərindən” biri kimi seçib. Hətta namus, qeyrət kimi dəyərləri belə lağ obyektinə çevirən birisinin erməni sevgisinin “mənbəyi” də bəllidir. Ümumiyyətlə, qeyri-normal davranışlarıyla, özü haqqında qeyri-əxlaqi bir reputasiyası yaratmaqla özünü reklam etməyə çalışan, gündəmə gəlmək arzusunda olan bu ünsürün yeni hoqqabazlığı heç bir çərçivəyə sığmır. Bütün yazılarında azərbaycanlılardan başqa qeyri-millətlərə böyük “sevgisini” izhar edən G.Mövlud məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək neçə il çadır düşərgəsində yaşasa da, bu gün ermənilərin uğursuz dəstəkçisinə çevrilməkdən utanmır. Görünən odur ki, xalqımıza qarşı törədilən cinayətlər onun gözünün qarşısında baş versə də, bu gün ermənilərdən üzr istəyən G.Mövlud növbəti dəfə özünün erməni sevgisini nümayiş etdirmək imkanı qazanıb...
Zori Balayanın Xocalı etirafları...
“Erməni ziyalısı” hesab edilən Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq. Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum”...
David Xerdiyanın Xocalı etirafları...
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. Həmin kitabın 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”.
“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”...
Ermənidən betər erməni olmaq arzusu ilə alışıb yanan Günel Mövludun “üzr kampaniyası”
Ermənidən betər erməni olmaq arzusunda olan Günel Mövlud isə xalqımızın başına min bir müsibəti açan, heç bir müharibə qanununa riayət etməyən, günahsız körpələrin və qocaların, dinc, əliyalın insanların qatili olan ermənilərdən üzr istəyir: “Bu çətin, gərgin illərdə hər iki xalqın ziyalıları bu düşmənçiliyin, nifrətin əleyhinə çıxmalıdır. Bacardıqları qədər həqiqəti car çəkməlidirlər. Lazım gələndə öz xalqlarının, yerlilərinin törətdikləri cinayətlərə görə bir-birindən üzr istəməyi bacarmalıdırlar. Mən bu addımı ilk atanlardan biri olmaq istəyirəm və qarabağlı ermənilərin öz xalqının başına gətirdikləri oyunlara, zülmə, çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm!”
Bəli, Xocalı soyqırımında yüzlərlə azərbaycanlı dünyasını dəyişdi. Yüzə yaxın insan, əsasən də körpələr vəhşicəsinə qətlə yetirildi. Amma bu qətli törədənlərin kimliyi bəllidir. Günel Mövlud Xocalı soyqırımında süngüyə keçirilən körpənin qatilindənmi üzr istəyir?
“Ermənilərdən üzr istəməklə” pənah apardığı məkanlarda anti-azərbaycançı dairələrin, ermənilərin pulu ilə rahat yaşamını təmin etmək istəyən bu ünsür utanmırmı? Bu axı, həm də bir mənəviyyat məsələsidir. Amma görünən budur ki, özü də qaçqın həyatı yaşamış, bu gün üzr istədiyi ermənilərin təcavüzü ilə torpaqlarından didərgin düşmüş Günel Mövlud üçün heç bir mənəviyyat və ya dəyər mövcud deyil.
Axı, Xocalıda, Şuşada, Cəbrayılda və işğal olunan digər rayonlarımızda yüzlərlə soydaşımız erməni vəhşiliyinin qurbanına çevrilib. Axı, bu qurbanlardan biri, Zori Balayanın dərisini soyduğu azərbaycanlı balası elə Günelin özü ola bilərdi. Axı, G.Mövludun qohumları da erməni vəhşiliyinin qurbanına çevrilmiş insanlardılar!?
Görəsən, Günel Mövlud Xocalıda qətlə yetirilən körpələrin qatillərindən üzr istəməklə necə böyük bir günaha batdığının fərqində deyilmi? Axı, 1990-cı illərin əvvəlində Qarabağda, işğal edilən rayonlarda öldürülən uşaqların əksəriyyəti elə Günelin həmyaşıdları idilər. Axı, soyqırımına məruz qalmış Xocalı ilə Günelin məcburən qovulduğu Cəbrayıl rayonu yaxın ərazilərdir və Xocalıda süngüyə keçirilən körpənin yerində də G.Mövlud özü ola bilərdi. Özünü “yazıçı” adlandıran, amma rahat yaşam üçün, xaricdə erməni lobbisindən pul almaq üçün mənfur düşmənin çirkin oyununun maşasına çevrilən G.Mövlud görəsən bunu düşünübmü?
Əkrəm Naibovun yerinə yetirə bilmədiyi erməni planının yeni icraçısı - Günel Mövlud
Qısası, Günel Mövludun bu çirkin “üzr kampaniyası”nın arxasında mənfur anti-azərbaycançı dairələrin daha bir oyunu “boylanır”. Onun “üzr yazısı” başdan-başa vaxtilə günelkimilərinin istifadə etdiyi “jarqon”lardan ibarətdir. Azərbaycan xalqının artıq uzun illərdir ki, unutduğu “yerlibazlıq” kimi çirkin ifadələri yenidən özünün leksikonunda əsas istinad nöqtəsinə çevirən G.Mövlud erməniləri bəhanə edərək həm də nökərçiliyini etdiyi xarici antimilli dairələrin ölkəmizdə olan sabitliyə qarşı planında iştirakçıya çevrilir. Ölkəmizdə birmənalı şəkildə insanların beynindən silinib itmiş bu “söz” Günel Mövludun öz himayədarlarından aldığı yeni tapşırığın kod adıdır. Görünür G.Mövlud illərdir yazdığı hədyanları, yalanları, şər-böhtanları və iyrənclikləri indi də bu istiqamətdə “inkişaf etdirmək” niyyətindədir.
Bir daha vurğulamaq lazımdır ki, G.Mövludun hansı qapılardan əmr aldığı bəllidir. Bu, klassik erməni planıdır. Necə ki, vaxtilə rusların planı əsasında Azərbaycan xalqını regionlara bölüb qarşı-qarşıya qoymaq istəyirdilərsə, indi də G.Mövluda əmr verilib ki, yenidən bu məsələni gündəmə gətirsin.
Bir sözlə, belə görünür ki, AZƏRBAYCANLILARI regionlara bölərək araya nifaq salma istəmək planının yeni icraçısı elə G.Mövluddur. Amma onun cəhdləri “dayandoldurum” effektindən o yana getmir. Çünki bu gün Azərbaycan xalqı bir tamdır və G.Mövlud kimi nəinki sözünü, hətta özünü belə tanımayan birisi öz arzu və istəklərinə uyğun olaraq bu xalqın içinə təfriqə sala bilməz...
Və sonda... Demokratik cəmiyyət olan Azərbaycanda hər kəsin hüquq və azadlığı tanınır, həmçinin, təmin olunur. İnsanlara söz azadlığı verilib. Bununla yanaşı, insanda ləyaqət hissi, milli hiss adlı keyfiyyətlər də olmalıdır. Əgər birisi ləyaqət hissini itirirsə, ona nəinki “yazıçı”, heç insan demək olmaz. Beləsinə, nə isə yeni bir ad fikirləşmək lazımdır...

Paylaş:
Baxılıb: 1172 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31