Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli yenə də özünü ifşa etdi...

Əli Kərimli yenə də özünü ifşa etdi...

02.04.2014 [14:07]

Pərviz Sadayoğlu

AXCP sədri “Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmağın” vacibliyini vurğulayır, bəs özü nə üçün Azərbaycan seçicisinin seçiminə şübhə ilə yanaşır?
Heç bir sosial dayağı olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən Azərbaycanın radikal müxalifət düşərgəsinin “siyasi fəaliyyəti”nin yalnız dövlətçilik və xalq maraqlarına qarşı yönəldiyi sirr deyil. Bu düşərgə nümayəndələri hər zaman xarici anti-azərbaycançı dairələrin maraqlarının təmsilçisi qismində çıxış edərək əldə olunan uğurlara qara yaxmağa çalışır, ölkəmizdə bərqərar olunan demokratik mühitə, hüquqi dövlətçilik prinsipinə, o cümlədən plüralizmə ləkə yaxmağa cəhd göstərirlər. Bəzi xarici ölkələrdə cərəyan edən hadisələri dolayısı ilə Azərbaycanla əlaqələndirməyə çalışan və ya baş verən qeyri-sabitliyin ölkəmizə transfer olunmasını istəyən düşərgə təmsilçiləri üçün əsas məqsəd Azərbaycandakı sabitliyə xələl gətirməkdir. Amma onların bu cəhdləri hər zaman uğursuzluqla başa çatır.
Ümumiyyətlə, hər bir siyasi təşkilatın sosial gücü, bazası, elektoratı seçkilər vasitəsilə müəyyənləşdirilir. Yəni, seçkilər siyasi partiyaların səviyyəsini, gücünü göstərmək üçün ən əsas “imtahandır”. Bütün seçkilərdə “imtahandan” kəsilən, “qeyri-kafi” qiymət alan, xalq tərəfindən dəstəklənməyən radikal düşərgə təmsilçiləri isə yalnız pafoslu yalanlar danışmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar.
Maraqlıdır ki, ötən il keçirilən prezident seçkilərində fiaskoya uğrayan radikal müxalifət düşərgəsi özü etiraf etdi ki, Azərbaycan xalqı onlara etimad göstərmədi. “Milli şura” adlanan qondarma qurumun təsisçilərindən sayılan Müsavat Partiyasının sədri İsa Qəmbər seçkidən sonra bildirmişdi ki, “Milli şura”nın namizədi Cəmil Həsənovun əldə etdiyi səslər 200 min civarında olub. Bu isə Azərbaycan seçicilərinin sayının 5 faizə qədərini təşkil edir. Bu etiraf isə özü-özlüyündə radikal düşərgənin durumunu, gücünü və elektoratını ortaya çıxarır.
AXCP sədri Əli Kərimli isə nəzarətində olan KİV-də guya bir neçə gün öncə Türkiyədə keçirilən bələdiyyə seçkilərini “qiymətləndirərkən” yenidən yalanlar danışmaqda davam edib. O, Azərbaycanda keçirilən prezident seçkisində “birləşmiş müxalifətin” fiaskoya uğraması faktını “unudaraq” öz yalanlarını özü ifşa etməyə başlayıb. Eyni zamanda, Azərbaycandakı seçki mühitinə kölgə salmağa cəhd göstərib. Amma onun bu uğursuz çırpıntısı elə özü tərəfindən də ifşa edilir. Məsələn, Türkiyədə son dövrlərdə internetlə bağlı ortaya çıxan problemlərdən danışan Ə.Kərimli nə üçün demir ki, Azərbaycanda heç bir zaman belə bir problem yaşanmır. Ölkəmizdə azad sözə hər zaman hörmət olunur və hər kəsin hüquqları ən yüksək səviyyədə qorunur. Azərbaycanda olan mətbuat və internet azadlığı bu gün bütün dünyaya nümunə göstərilə bilər.
Əli Kərimli “Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmağın” vacibliyini vurğulayır, bəs Azərbaycan seçicisinin seçiminə niyə şübhə ilə yanaşır? Bu faktın özü Ə.Kərimlinin şəxsi maraqları uğrunda “mübarizə” apardığını sübut edir.
Və ya başqa bir misal. Ə.Kərimli bildirir ki, guya “Türkiyənin demokratiyası, seçki sistemi bizimlə müqayisəyə gəlməyəcək dərəcədə üstündür”. Ə.Kərimlinin yalanının miqyası o qədər böyükdür ki, özü də dediyinə inanmır. Məlum olduğu kimi, ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak edən siyasi qüvvələrə hər zaman bərabər imkanlar yaradılır. Bundan başqa, namizədlərin təbliğat aparması, seçicilərlə görüşlər keçirməsi üçün yerlər ayrılır. Ən nəhayət, Azərbaycanın seçki qanunvericiliyi-Seçki Məcəlləsi beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirə edilərək qəbul olunub. Bu qanunvericilikdə ən demokratik müddəaların yer aldığı, bu məcəllənin şəffaf və obyektiv seçki keçirilməsi üçün yetərli hüquqi baza olduğunu beynəlxalq institutlar etiraf ediblər.
Digər tərəfdən, Azərbaycan xalqı bütün seçkilərdə ölkəmizin inkişafına, sabitliyinə səs verir. Əli Kərimli digərlərinə “məsləhət” verir, özü nə üçün bu “məsləhətdən” yararlanmır? AXCP sədri deyir ki, Türkiyə cəmiyyəti ölkəsində avtoritarizmin yaranmasına imkan verməz. Axı, nə üçün demir ki, Azərbaycan xalqı da 1992-ci ildə yaradılan avtoritarizmin əleyhinə çıxdı və bu gün də məhz Əli Kərimli kimilərinin yenidən ölkəmizdə avtoritarizm yaratmaq, Azərbaycanın maraqlarını satmaq cəhdlərinə birmənalı şəkildə “yox” deyir.
Göründüyü kimi, bu dəfə radikal düşərgənin yalanları onların özləri tərəfindən ifşa edilir. Necə deyərlər, özünə umac ova bilməyən radikal müxalifət ona-buna əriştə kəsmək, “məsləhət” vermək niyyətinə düşüb...

Paylaş:
Baxılıb: 1124 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30