Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallarda istefa mədəniyyəti yoxdur

Radikallarda istefa mədəniyyəti yoxdur

10.04.2014 [08:53]

Mübariz Abdullayev

Yaxud Əli Kərimli və İsa Qəmbər nə üçün siyasətdən getmirlər?
“İstefa mədəniyyəti” deyilən bir anlayış var. Yəni insan çalışdığı sahədə, tutduğu vəzifədə ona həvalə olunan və yaxud öz istəyi ilə üzərinə götürdüyü işin öhdəsindən gələ, uğur qazana bilmirsə, başqalarının yolunu kəsməməli, üzüsulu şəkildə geri çəkilməlidir.
İstefa mədəniyyəti siyasətdə daha çox önəm daşıyır, desək, heç də yanılmarıq. Çünki siyasi fəaliyyətlə məşğul olan partiya, hərəkat və digər siyasi təsisat nümayəndələri hakimiyyətdə, icra və qanunverici orqanlarda təmsil olunmaq, cəmiyyəti, ölkəni idarə etmək kimi iddialar sərgiləyirlər ki, bu da onların üzərinə əlavə məsuliyyət qoyur. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı olkələrinin siyasi həyatında baş verən mühüm hadisələrdən, ələlxüsus da prezident, parlament və bələdiyyə seçkilərindən sonra bu proseslərə qatılan və uğur qazana bilməyən partiyalarda, bir qayda olaraq, yenidən təşkilatlanma gedir, əksər hallarda da həmin partiyaların liderləri məğlubiyyətin məsuliyyətini öz üzərlərinə götürərək başqalarına şans verirlər.
Təəssüf ki, bu deyilənlər Azərbaycandakı radikal müxalifət düşərgəsində cəmləşən partiyalara aid deyil. Radikallarda istefa mədəniyyətinin yerli-dibli olmaması özlərini radikal düşərgənin əsas simaları sayan AXCP-nin və Müsavat Partiyasının timsalında daha aydın görünür.
Tam cəsarətlə AXCP sədri Əli Kərimlini və “Müsavat” başqanı İsa Qəmbəri “partiya rəhbərliyində tükənmiş, mənəvi cəhətdən qocalmış siyasilər” adlandırmaq mümkündür. Belə deməyə hər cür əsas var. Təxminən iki onillikdir ki, İsa Qəmbər “Müsavat”çılara, Əli Kərimli isə “cəbhəçilər”ə rəhbərlik edir. Lakin bu iki simanın rəhbərliyi altında olan AXCP-nin və “Müsavat”ın cəmiyyətin inkişafına, radikal düşərgə daxilində siyasi mübarizə mədəniyyətinin formalaşmasına hansısa bir töhfəsi olubmu? Əsla! Ötən müddətdə ölkədə, o cümlədən də, siyasi palitrada çox böyük dəyişkənliklər baş verib, Azərbaycan yeni dəyərlərə sahib olub. Radikallar isə dəyişməyiblər, səviyyə baxımından 20 il bundan qabaqkı yerlərindəcə qalıblar.
Son 20 ildə AXCP və “Müsavat”ın nə ilə yadda qaldığını xatırlamağa çalışsaq, yada ancaq bu iki partiyanın rəhbərlərinin və sıravi üzvlərinin intriqaları düşəcək. Ölkədə demokratik əsaslarla keçirilən prezident, parlament və bələdiyyə seçkilərində permanent qaydada məğlubiyyətə uğrayan AXCP-nin və “Müsavat”ın rəhbərləri bunun niyəsini araşdırmaq, nəticə çıxarmaq və nəhayət, yeni nəsil siyasətçiləri, gəncləri qabağa buraxmaq əvəzinə, qarşılıqlı ittihamlara güc veriblər. AXCP sədrinin və “Müsavat” başqanının 20 illik “siyasi fəaliyyətlərinə” qısa şəkildə qiymət verməli olsaq, belə deyə bilərik: Onların ötən müddətdə mübarizə apardıqları yeganə məqsəd radikal düşərgənin hakimi-mütləqinə çevrilmək və bu yolla xaricdəki anti-azərbaycançı dairələrdən göndərilən ianələrin, qrantların pay bölgüsündə “şirin kökədən daha böyük tikəyə” sahiblənmək istəyi olub.
Ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri AXCP-nin və “Müsavat”ın “siyasi çəkisinə” bir daha aydınlıq gətirdi. İlk növbədə onu qeyd edək ki, qaçılmaz məğlubiyyəti qabaqcadan göz önünə gətirən İsa Qəmbər və Əli Kərimli seçkilərə birbaşa qatılmaqdan çəkindilər və necə deyərlər, iz azdırmaq üçün süni namizəd şousu düzənlədilər, axırda da qondarma “Milli şura” adından “vahid namizəd” qismində Cəmil Həsənovu qabağa verdilər. Lakin bu kimi manevrlər də Əli Kərimlinin və İsa Qəmbərin ictimai qınaqdan kənarda qalmalarına kömək etmədi. Onlar yaxalarını nə qədər kənara çəkməyə cəhdlər göstərsələr də, “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun cəmi 5 faiz civarında səs toplayaraq acınacaqlı məğlubiyyətə uğramasının məsuliyyətini bölüşmək məcburiyyətindədirlər.
Yeri gəlmişkən, “vahid namizəd”in seçkilərdəki acınacaqlı məğlubiyyəti ilə bağlı Əli Kərimliyə və İsa Qəmbərə yönəlik sərt ittihamlar həm də elə radikal düşərgənin özündən gəldi. Məsələn, seçkilərdən az sonra ACP-nin sabiq lideri Rəsul Quliyev okeanın o tayından Əli Kərimliyə və İsa Qəmbərə xitabən belə bir mesajla çıxış etdi: “AXCP və “Müsavat”la əməkdaşlıq ancaq onların liderləri buraxdığı səhvləri boyunlarına alıb istefa verəndən sonra mümkün ola bilər”.
Göründüyü kimi, istər bütövlükdə cəmiyyətdə, istərsə də radikal düşərgədə Əli Kərimlinin və İsa Qəmbərin siyasi arenadan geri çəkilməklərinin zəruriliyi ilə bağlı qənaət formalaşıb. Elə isə partiyaların “saqqallı” rəhbərləri cavab versinlər: Onları partiya sədrliyindən və başqanlıqdan ikiəlli yapışmağa vadar edən amillər hansılardır?

Paylaş:
Baxılıb: 1109 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31