Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hayla gələn, vayla gedər

Hayla gələn, vayla gedər

11.04.2014 [09:05]

Mübariz Abdullayev

İndi “Ziyalılar forumu” elə bir günə qalıb ki, hətta onun “xaç atası” sayılan Rüstəm İbrahimbəyov da qondarma qurumdan narazılığını açıq mətnlə dilə gətirib
Son bir ildə radikal müxalifət düşərgəsini, sözün əsl mənasında barmağına dolayan, düşərgə əhlinə sərgüzəştlər yaşadan, əvvəlcə “gözləyin, xaricdən sizə çoxlu pul gətirəcəyəm” vədləri ilə radikalların gözlərini yolda qoyan, onlarla “gələcəyəm, gəlməyəcəyəm” oyunu oynayan, sonda isə “məndə qara qəpik də yoxdur” deyib qondarma “Milli şura” təmsilçilərində ciddi xəyal qırıqlığı yaradan Rüstəm İbrahimbəyov bu günlərdə yeni bir açıqlama ilə gündəmə gəlib. Belə ki, siyasətdə kələkbazlığını, Don Kixotluq etdiyini boynuna alan qoca kinodramaturq bu dəfə oyuncaq “Ziyalılar forumu”ndan gileyli düşüb. Rüstəm İbrahimbəyov bununla bağlı fikirlərini mətbuata verdiyi açıqlamada ifadə edib. O bildirib ki, qondarma qurumun fəaliyyətini canlandırmaq cəhdləri heç bir nəticə vermir, burada təmsil olunan “ziyalılar” ağızlarına su alıblarmış kimi danışmaq istəmirlər: “Mən “Ziyalılar forumu”nun bütün üzvlərinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz? “Ziyalılar forumu”nun fəaliyyəti niyə dayanıb?... Göründüyü kimi, dəfələrlə desəm də, nəticə yoxdur”.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov radikallardan narazılığını bundan əvvəl “Ziyalılar forumu”nun üzvü, oyuncaq “El” hərəkatının rəhbəri reneqat Eldar Namazova xitabən ifadə etmişdi. Bir vaxtlar, Rüstəm İbrahimbəyovla yaxınlığından istifadə edib radikal düşərgənin favoritinə çevrilmək istəyən Eldar Namazovun indi öz reneqat xislətinə uyğun olaraq “bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk də qurtardı” münasibəti sərgiləməsi qoca kinodramaturqu əməlli-başlı özündən çıxarıb. Hisslərini cilovlaya bilməyən Rüstəm İbrahimbəyov Eldar Namazovun dönüklüyündən narazılığını mətbuat səhifələrində müzakirəyə çıxartmaqdan belə çəkinməyib və reneqatın onu itirib-axtarmadığını, heç telefon belə açmadığını açıq mətnlə dilə gətirib.
Rüstəm İbrahimbəyovun radikallardan, o cümlədən də oyuncaq “Ziyalılar forumu”ndan umu-küsü etməsi öz yerində. Ancaq fakt faktlığında qalır: Həqiqətən də, uzun müddətdir ki, oyuncaq “Ziyalılar forumu”dan bir səs-soraq yoxdur. Bəs bu nə ilə bağlıdır?
İlk növbədə, “Ziyalılar forumu” deyilən qondarma qurumun fəaliyyətsiz qalmasının bütövlükdə radikal düşərgə üçün xarakterik bir hal olduğunu qeyd etmək lazımdır. Radikal düşərgə bəh-bəhlə bəyan edilməsinə baxmayaraq, az vaxtdan sonra fəaliyyətsiz qalan, ölü quruma çevrilən təşkilatların qəbiristanlığını xatırladır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. SİDSUH, DUH, “Yes”, “İctimai palata”, çoxsaylı məşvərət məclisləri, bloklar və s. Saysız-hesabsız belə qondarma təşkilat adları sadalamaq mümkündür ki, hər addımda konyuktur maraqlar güdən radikallar vaxtilə həmin qurumların da oduna əllərini qızdırmaq istəmişlər. Lakin indi bu “təşkilatlar”ın hamısı öz yerlərini tarixin toz basmış arxivlərində tapıblar. Oyuncaq təşkilatlardan gözləntiləri doğrulmayan radikallar dərhal dabanlarına tüpürərək həmin qurumlardan geri çəkiliblər və özlərinə yeni “dost” axtarmağa başlayıblar.
“Ziyalılar forumu” deyilən oyuncaq qurum da mahiyyət etibarı ilə həmin adı var, özü yox qurumlardan heç nə ilə fərqlənmir. Əvvəla, onu deyək ki, adına süni şəkildə “ziyalı” sözü yamaq edilən bu qondarma qurumun böyük ənənələr yaradan, Vətənin, xalqın tərəqqisində, maariflənməsində ölçüyəgəlməz xidmətlər göstərən Azərbaycan ziyalılarına qətiyyən aidiyyəti yoxdur. Sadəcə, Rüstəm İbrahimbəyov, Əkrəm Naibov, Eldar Namazov kimi milli-mənəvi dəyərlərdən, əsl ziyalı təəssübkeşliyindən uzaq olan bir qrup şəxs növbəti dəfə manipulyasiya cəhdlərində bulunaraq “ziyalı” sözünü başları üstünə çətir tutmaq istəmişdilər. Onların bu saxtakarlıqlarının üstünün açılacağı, necə deyərlər, yalanın ayaq tutsa da, yeriməyəcəyi isə bir zaman məsələsi idi. Budur, “Ziyalılar forumu” elə bir günə qalıb ki, hətta onun “xaç atası” sayılan Rüstəm İbrahimbəyov da qondarma qurumdan narazılığını açıq mətnlə dilə gətirib.
Qondarma “Milli şura”nın siyasətdə macəra həvəskarı olan fəxri sədri Rüstəm İbrahimbəyov son bir ildə bir sıra acı etiraflarda bulunub. “Ziyalılar forumu”ndan narazılığını da qoca kinodramaturqun səhvlərinin, günahlarının növbəti bir etirafı kimi dəyərləndirmək mümkündür. Hayla gələn, vayla gedər, - deyiblər. Rüstəm İbrahimbəyovun “Ziyalılar forumu” da necə gəlibsə, eləcə də öz yerini tapıb. Görəsən, radikallar bundan sonra hansı üzlə yeni təşkilatlar yaratmaq istəklərini dilə gətirəcəklər?

Paylaş:
Baxılıb: 1203 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31