Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”da qurultay kələfi

“Müsavat”da qurultay kələfi

23.04.2014 [09:00]

Mübariz Abdullayev

Başqanlıq iddiaları sərgiləyən funksionerlərin israrlarına rəğmən, partiya rəhbərliyi qurultayın keçirilməsini növbəti dəfə əngəlləmək niyyətindədir
“Müsavat” daxilindən partiyanın acı bağırsaq kimi uzanan qurultay məsələsi ilə bağlı növbəti “təzə xəbər” sızdırılıb. Söhbət yenə qurultay üçün uyğun yer tapılmamasından gedir. Bildirilir ki, partiyanın cari il mayın 24-nə təyin olunan qurultayı sözügedən tarixdə baş tutmayacaq və növbəti dəfə qeyri-müəyyən müddətədək ertələnəcək.
Əlbəttə ki, “Müsavat”dan gələn “təzə xəbər” birmənalı qarşılanmayıb. Siyasi çevrələrdə bu qənaətdədirlər ki, məlumat partiya daxilindəki maraqlı qruplar tərəfindən məqsədli şəkildə sızdırılıb və bir növ kəşfiyyat xarakteri daşıyır. Bildirilir ki, bununla partiyadakı bəzi maraqlı şəxslər son dönəmlərdə iddialar sərgiləyən qruplaşmaların nəbzini yoxlamaq və “Müsavat”çıları yarana biləcək yeni situasiyaya hazırlamaq istəyirlər. Başqa sözlə desək, ayının min oyunu bir armudun başında olduğu kimi, “Müsavat”da səsləndirilən “çarəsizik, uyğun yer tapa bilmirik” bəhanəsi də partiyadakı mövcud “status-kvonu” saxlamaqla İsa Qəmbərin başqanlığının ömrünü uzatmağa xidmət edir.
Məlumdur ki, “Müsavat”ın nizamnaməsinə görə, səlahiyyət müddəti başa çatan başqanın əvəzlənməsi partiyanın növbəti qurultayının səlahiyyətinə aid olan məsələdir. İş ondadır ki, İsa Qəmbər başqanlığın onun boyuna biçildiyi qənaətindədir. O, iki ayağını bir başmağa dirəyərək başqanlıqdan getmək istəmir. Digər tərəfdən isə, “nizamnaməni pozur” ittihamının birbaşa üzünə deyilməsinin qarşısını almağa çalışır. Buna görə də, İsa Qəmbər və tərəfdarları onun başqanlıqda qalmasına “prosedur donu” geydirmək üçün özlərinin qənaətlərinə görə, “daşdan keçən” “möhtəşəm qurultay üçün uyğun yer yoxdur” bəhanəsindən ikiəlli yapışıblar. İsa Qəmbər və tərəfdarları hələlik öz planlarını reallaşdırmağa müvəffəq olurlar. Düz 4 ildir ki, partiyanın qurultayı eyni “səbəb” üzündən ləngiyir və belə görünür ki, bu xəmir hələ çox su aparacaq.
Eyni zamanda, “Müsavat” təmsilçilərinin açıqlamalarından belə bəlli olur ki, partiya daxilində öz namizədini başqan postuna gətirmək istəyən və buna nail olmaq üçün hər bir varianta əl atmağa hazır olan qruplar formalaşıb. “Müsavat”da sıradan bir partiya funksioneri statusunda qocalmaq istəməyən və “saman altından su yeridən” funksionerlər partiya nizamnaməsini əsas gətirərək İsa Qəmbərə “daha bəsdir” deyir, onun başqanlıqdan getməsini istəyirlər. Partiya daxilində başqanlığa iddialı olanların siyahısı isə kifayət qədər uzundur. Belə ki, bu siyahıda mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı, başqanın müşaviri Səxavət Əlisoy və digərləri yer alıb.
Qeyd edək ki, başqanlığa iddialı funksionerlər arasında ədavət pik həddədək yüksəlib. Partiyanın mərkəzi icra aparatının rəhbəri A.Hacılı başqanlığa gedən yolda rəqib tanımaq istəmir və özünü bir növ “seçilmiş namizəd” kimi aparır. Başqanın müşaviri S.Əlisoy çiyindaşının bu davranışından qəzəblənərək onu özünü “əlahiddə namizəd” kimi aparmasına son qoymağa çağırıb. Müşahidələrə əsasən, deyə bilərik ki, A.Hacılı ilə S.Əlisoyun çəkişmələrindən ən çox yararlanan divan üzvü Q.İbadoğludur. Belə ki, partiyada “onun namizədliyini dəstəkləyəcəyəm” deyənlərin sayı getdikcə artır.
Beləliklə, bu gün “Müsavat”da qurultayın baş tutmasını arzulamayan qüvvələrlə (İsa Qəmbər və onun tərəfdarları-M.A.) prosesləri sürətləndirməyə çalışaraq başqanlıqla bağlı xəyallar quran funksionerlər arasında dərin çatlar yarandığı ortadadır. Bu günlərdə “Müsavat”da başqan olmağa növbə gözləyənlərdən biri-S.Əlisoy mətbuata açıqlamasında “münasib yer yoxdur, buna görə də, qurultay mayın 24-də keçirilməyəcək” deyənlərə qarşı, sözün əsil mənasında, qəzəb püskürüb. Başqanlığa iddialı olan S.Əlisoy yer məsələsinin bəhanədən başqa bir şey olmadığına işarə edərək deyib: “Bizə 800-1000 nəfərlik yer verilmir deyə qurultay keçirməməyin özü başa düşülən deyil. 500 nəfərlik yerdə qurultay keçirmək mümkündür”.
Açıqlamasına davam edən S.Əlisoy partiya rəhbərliyinin dəyişəcəyi ehtimal olunan qurultayın baş tutmasında israrlıdır. İndiyədək qurultayın keçirilməməsində bu və ya digər dərəcədə rol oynayanları qınayan, növbəti dəfə bəhanələrə yol açan təşkilat komitəsini günahlandıran S.Əlisoy vurğulayıb: “Sanki, illərdir bu məsələnin həllində zora düşmüşük. İsrarlıyıqsa, qurultayımızı keçirə bilərik”.
Göründüyü kimi, “Müsavat”da əsəblər son həddədək gərginləşib. Partiya funksionerlərinin belə qəzəbli ritorikasından sonra “yaşlı nəslin” daha hansı bəhanələrlə qurultayın keçirilməsini əngəlləyəcəkləri suallar doğurur...

Paylaş:
Baxılıb: 1092 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31