Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elçibəyin qardaşı oğlu Əli Kərimlini ifşa etdi...

Elçibəyin qardaşı oğlu Əli Kərimlini ifşa etdi...

21.02.2013 [00:48]

Pərviz Sadayoğlu

Hürrü Əliyev Əli Kərimlini Elçibəydən aldığı 100 min dolları mənimsəməkdə və eks-prezidenti zəhərləməkdə günahlandırır
Cəmiyyətdə zaman-zaman radikal müxalifət düşərgəsinin nümayəndələrinin fəaliyyətləri, onların apardıqları antimilli siyasətlə bağlı fikirlər səsləndirilir. Hətta onların bəziləri düşərgə daxilində olan insanlar tərəfindən ifşa edilir. Məsələn, bir neçə gün öncə “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev KİV-ə və ictimaiyyətə müraciət edib. Müraciətdə AXCP sədri Əli Kərimlinin antimilli fəaliyyəti, o cümlədən, digər əməlləri ilə bağlı nüanslar qeyd olunub. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, Ə.Kərimlinin bir sıra əməlləri ilə bağlı mütəmadi olaraq KİV-lərdə informasiyalar yayılır, onun qeyri-sağlam fəaliyyətindən əziyyət çəkən insanlar bu əməlləri ifşa edir.
Adıçəkilən müraciətdə bildirilir ki, Ə.Kərimli 1995-ci ildən sonra AXCP daxilində ikitirəlik yaradıb və o, dönəmdə də, indi də təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə edib. Bundan başqa, müraciətdə vurğulanır ki, bu gün AXCP üzvləri, xüsusilə gənclər meydanlarda nəyin, kimin, hansı məqsədin uğrunda mübarizə apardıqlarının, döyülüb, həbs olunduqlarının fərqində deyillər. Hürrü Əliyev bildirib ki, onlar Əli Kərimlinin oyunlarının, alverlərinin istifadə obyektləridirlər, onun apardığı siyasi oyunların sadəcə qurbanlarıdır. Vurğulanır ki, həmin insanlar, əslində, Ə.Kərimlinin istər beynəlxalq aləmdən, istərsə də daxildən götürdüyü öhdəçiliklərə xidmət etmək və bu yöndə ona daha da geniş şərait yaratmaq üçün “çalışırlar”: “Məgər sizlərin xatirində deyilmi ki, Ə.Kərimli hansı çirkin oyunlarla, alverlərlə, hansı xəyanətlərlə, Xalq Cəbhəsini parçalayıb işğal etdi? O, elə bir şəxsdir ki, nəinki Əbülfəz Elçibəyə, nəinki Xalq Cəbhəsinə, nəinki İsa Qəmbərə, yanında olan, yol getdiyi hər bir kəsə hər an xəyanət etməyi bacaran və artıq onu bir adət halına salanın biridir. Mən buradan Xalq Cəbhəsi Partiyasının üzvlərinə bir sual ünvanlayıram, Əli Kərimli bu 10 il ərzində Qarabağ və torpaqlarımızın azadlığı şüarı altında meydanlara və ya hər hansı bir aksiyaya səsləyibmi?”
Sakit Allahverdiyev, Mirzə Sakit və Hürrü Əliyev... Əli Kərimlini eyni motivlə pul mənimsəməsi artıq adət halını alıb
Xatırladaq ki, bu müraciətin müəllifi Hürrü Əliyev mərhum eks-prezident, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin qardaşı oğludur. Hürrü Əliyev müraciətində bildirir ki, Ə.Kərimli 1995-ci ildən etibarən istər daxildən, istərsə də xarici dövlət və təşkilatlardan faydalanaraq Əbülfəz Elçibəy başda olmaqla bütövlükdə Xalq Cəbhəsinə, o cümlədən, müxalifət düşərgəsinə xəyanət edib və etməkdədir. Hürrü Əliyev Elçibəyin Kələkidə yaşadığı dövrdə şahidi olduğu bir hadisəni müraciətdə qeyd edir: “Hələ o dönəmdə şəxsən özümün şahidi olduğum bir durumu misal göstərə bilərəm ki, Əbülfəz Elçibəy Kələkidə olarkən hər hansı bir şəxsi ehtiyaclarına istifadə etməsindən ötrü Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını bütövlükdə Əli Kərimliyə verərək partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırmışdı. Amma Əli Kərimli həmin pulu, yəni, 100 000 ABŞ dollarını partiyanın inkişafına, partiya üzvlərinin ehtiyaclarına deyil, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarının istifadəsinə vermişdir”.
Bu, bir daha göstərir ki, Ə.Kərimlinin “siyasi fəaliyyəti” bütün dönəmlərdə bu kimi faktlarla zəngindir. Ümumiyyətlə, Ə.Kərimlinin belə maxinasiyaları zaman-zaman mətbuat səhifələrində özünə yer tapıb. Hələ bir müddət bundan öncə AXCP ilə yaxın əlaqələri olan Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev öz müsahibəsində bildirmişdi ki, 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub. Qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayrılan məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib. S.Allahverdiyev bildirmişdi ki, qəzetə borclarını ödəmək, işçilərinə yaxşı maaş vermək üçün etdiyi yardımı Əli Kərimli son qəpiyinəcən mənimsəyib və “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir.
Təbii ki, Hürrü Əliyevin irəli sürdüyü faktla S.Allahverdiyevin irəli sürdüyü faktların eyni motivi daşıması Ə.Kərimlinin mütəmadi şəkildə eyni “priyomlardan” istifadə etməsindən xəbər verir. Görünür ki, Ə.Kərimli ona verilən hər pulu “özününkü” saymaqla belə fəaliyyəti vərdişə çevirib. Belə olmasaydı...
Ə.Kərimli haqqında analoji faktın sayı bununla da bitmir. Oğurluq və mənimsəmə faktı ilə bağlı mətbuatda çıxış edən növbəti şəxs “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) olub. S.Zahidov bildirmişdi ki, qəzetə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. O, demişdi ki, Ə.Kərimli, hətta xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Hətta Ə.Kərimli bununla da kifayətlənməyib qəzetin işçisi olaraq S.Zahidova çatacaq pulu da mənimsəyib: “Azadlıq” qəzetinə Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı veriləndə mən həbsdə idim. Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP sədri Əli Kərimli də mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım”.
Yenə də eyni motiv, yenə də eyni ittihamlar. Görünən isə budur ki, Ə.Kərimlinin “siyasət” adlandırdığı fəaliyyəti, əslində, tamamilə biznes fəaliyyətidir. Əslində, buna biznes fəaliyyəti də demək olmaz, çünki bunun adı mənimsəmədir. Onun bu cür qanunazidd hərəkətləri mütəmadi olaraq özünü göstərir. Hürrü Əliyevin müraciətində qeyd olunan fakt isə göstərir ki, Ə.Kərimli nəinki sonradan tanıdığı insanları, hətta özünə lider saydığı şəxsi də maddi məsələyə görə aldadıb. Bu isə Ə.Kərimlinin əsl xislətini bir daha ortaya qoyur, onun kimliyini üzə çıxarır.
“Sevgi Erenerol əmimin sağlığında özünü Əli Kərimlidən qoruması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi”
Bir müddət öncə, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı fikirlər səslənir, hətta bununla bağlı cinayət işi qaldırılaraq istintaq aparılırdı. Məsələ ilə bağlı mətbuata verilən açıqlamalarda bir sıra müəmmaların üstünün açılması ilə yanaşı, müəyyən yeni faktlar da səsləndirilmişdi. Məsələn, Türkiyənin keçmiş səhiyyə naziri Osman Durmuş Elçibəyin bədəninin zəhərlə dolduğu ilə bağlı fikir bildirmişdi. Bundan başqa mətbuata açıqlamasında həmin dövrdə siyasi arenada olan bəzi şəxslər də etiraf etmişdilər ki, Elçibəyin zəhərləndirilməsi ilə bağlı məsələlər zaman-zaman mətbuat səhifələrində, siyasi kluarlarda müzakirə olunurdu. Məsələ ilə bağlı ən kəskin iddiaları isə Əbülfəz Elçibəyə yaxınlığı ilə tanınan Elman Türkoğlu səsləndirmişdi. Elçibəyin zəhərləndirildiyini qəti surətdə deyən E.Türkoğlu bu işdə əsas rolu Əli Kərimlinin oynadığını bildirmişdi. O, iddia etmişdi ki, Əbülfəz Elçibəy Əli Kərimlinin ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib. Bildirilmişdi ki, zəhərlənmə Əli Kərimovun evində baş verib və zəhər İrandan gətizdirilib.
E.Türkoğlu ilə yanaşı, zəhərlənmə məsələsinə eks-prezidentin oğlu da münasibət bildirmişdi. Ə.Elçibəyin oğlu Ərturqut Əliyev mətbuata açıqlamasında belə bir ehtimalın hələ Elçibəy dünyasını dəyişdiyi zaman da olduğunu demişdi. Onun sözlərinə görə, bu ehtimal Elçibəyin Türkiyədən olan həkimləri tərəfindən səsləndirilib. Həkimin hansı əsaslarla bunu deməsini isə keçmiş prezidentin oğlu həkimdən soruşmayıb.
Hürrü Əliyev də öz müraciətində bu məqama toxunub. O, konkret olaraq əmisi Əbülfəz Elçibəyin zəhərləndirildiyini söyləyib: “Həmin dövrdə “Azəritürk” Qadınlar Cəmiyyətində Türkiyə təmsilçisi, eyni zamanda, Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edərkən Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını, hətta Qabil Hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hər hansı bir əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu “ajan”, yəni, xain adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qoruması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi. Məlumunuz olduğu kimi, həmin dövrdə mətbuatda da əmimin zəhərlənməsi, eyni zamanda, Əli Kərimlinin agent olması, əmimin və Azərbaycanın əleyhinə casusluqla məşğul olması barədə yazılar dərc olunurdu. Göstərdiyim kimi, həmin dövrdə əmimin zəhərlənməsi bizdə müəyyən şübhələr yaratsa da, buna elə bir ciddi əhəmiyyət verməmişdim. Lakin əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni, təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Əli Kərimlinin atamın yaşadığı evə gələrək böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etməsi məndə ona qarşı şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm”.
Göründüyü kimi, burada da Ə.Kərimli ilə bağlı müəmmalar özünü göstərməkdədir. Qaranlıq bir keçmişə malik şəxs olan Ə.Kərimlinin öz liderinə qarşı belə bir xəyanətkar addım atması ilə bağlı açıqlama verən şəxslər isə öz iddialarında qətidirlər. Elə Hürrü Əliyevin də müraciətindən bir daha görünür ki, Ə.Kərimlinin Elçibəyə qarşı hansı münasibətdə olması tək Azərbaycan cəmiyyətinə deyil, eləcə də, Türkiyə cəmiyyətinə bəlli imiş.
Budur, Əli Kərimlinin əsl siması... Onun siyasətə gəlişinə səbəb olan, kölgəsində daldalandığı və layiq olmadığı halda onu dövlət katibi postuna əyləşdirən bir şəxsə qarşı bu mövqenin sərgiləməsi görəsən hansı əqidəyə, hansı etikaya, vicdan kriteriyasına sığır? Belə görünür ki, Ə.Kərimlinin antimilli, qanunazidd, qeyri-sağlam fəaliyyəti haqqında fikirlər eşidəcək. Çünki vərdişkar olmaq pis şeydi... Bununla yanaşı, ən gizlin əməlin belə gec-tez üstü açılır...

Paylaş:
Baxılıb: 1262 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30