Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Salyanda “reketliklə” məşğul olan “QHT rəhbəri” hansı səbəbdən radikal müxalifət tərəfindən dəstəklənir?

Salyanda “reketliklə” məşğul olan “QHT rəhbəri” hansı səbəbdən radikal müxalifət tərəfindən dəstəklənir?

20.05.2014 [08:47]

Pərviz Sadayoğlu

Mehman Əliyev və Oqtay Güləliyevin “Kür”ünün “üzvü” olan Emil Məmmədovun şübhəli əməllərinə siyasi don geyindirilməsinə çalışılır
Öz inkişafına görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hər zaman demokratik ənənələrə sadiqliyi ilə seçilir. Amma bəzən elə insanlar da tapılır ki, ölkəmizdəki möhkəm əsaslara söykənən hüquq və azadlıqlardan öz şəxsi mənfəətləri üçün istifadə etməyə çalışırlar. Hətta bu hüquq və azadlıqlardan sui-istifadə edərək qanun pozuntularına yol verənlər də olur. Maraqlıdır ki, belə anlarda radikal müxalifət düşərgəsinin “dəstəyinə” ehtiyac duyan həmin şəxslər ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyəti institutlarının adından da istifadə etməyə, onlardan özlərinin şəxsi mənfəətləri üçün istifadə etməyə cəhd göstərirlər.
Elə bir müddət öncə Salyan rayonunda baş verənlər də məhz bunun analogiyası sayıla bilər. Radikal müxalifət düşərgəsinin nəzarətində olan mətbu orqanların müzakirə obyektinə çevrilən bu hadisə, əslində sırf qanun pozuntusu olsa da, həmin qəzetlər buna siyasi don geyindirməyə və özünəməxsus şəkildə təqdim etməyə çalışırlar.
Belə ki, artıq uzun müddətdir ki, Salyan rayonunda “fəaliyyət göstərən” “Demokratiyaya yardım” adlı QHT-nin rəhbəri Emil Məmmədovun və həmin qurumun üzvü Tofiq Qasımovun qeyri-qanuni əməlləri ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, aprelin 17-də adıçəkilən qurumun üzvü Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Bundan sonra, həmin “QHT”nin rəhbəri E.Məmmədov “sığortalanmaq üçün” özünün həbs ediləcəyini “anons” etməyə başlayıb. Amma bu da ona məsuliyyətdən yaxa qutarmağa kömək etməyib. Belə ki, Salyan rayon Məhkəməsi Emil Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun məmurlardan zorla pul aldığı bildirilir. Qeyd edilir ki, hadisə ilə bağlı hal şahidi də var. Həbs edilən şəxs Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə şübhəli bilinir. Tofiq Qasımov istintaqda Emil Məmmədovun sifarişi ilə idarə, müəssisə rəhbərlərinə hədə-qorxu gəldiklərinə dair izahat verib. Həmin izahata əsasən konkret idarə və müəssisə rəhbərləri və aidiyyəti üzrə şəxslər də dindirilib. Eyni zamanda, Emil Məmmədovla Tofiq Qasımov da üzləşdirilib. Paralel olaraq idarə rəhbərləri istintaq zamanı açıq etiraf ediblər ki, Emil Məmmədov onlardan ayrı-ayrı dövrlərdə hədə-qorxu yolu ilə pul alıb. Məsələn, Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov istintaqda üzləşmə zamanı Emil Məmmədovun ondan müxtəlif dövrlərdə şantaj yolu ilə pul tələb etdiyini bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, təşkilatın əməkdaşı Tofiq Qasımov barəsində aprelin 16-da eyni maddə üzrə cinayət işi açılıb və o ifadəsində Məmmədovun tapşırığı ilə hərəkət etdiyini deyib. Rayonun bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında araşdırma aparılıb, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. Tofiq Qasımovun istintaqa təzyiq altında və azad olunacağı şərti ilə ifadə verməsi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, DİN mətbuat xidməti məsələnin zorla siyasiləşdirilməsinin heç bir hüquqi əsası olmadığını və söhbətin konkret şəxslərin cinayət xarakterli əməllərindən getdiyini bəyan edib.
Göründüyü kimi, araşdırma sırf qanun pozuntusu şübhəsi ilə başlanılıb və ortada sübutlar mövcuddur. Amma radikal düşərgə partiyalarının, eləcə də bəzi mətbu orqanların bu məsələdəki “mövqeyi” bir sıra mətləblərdən xəbər verir. “Müxalifətçiliyi” qanun pozan şəxsə siyasi dəstək vermək kimi qavrayan bəziləri öz “mövqeləri” ilə araşdırmaya təsir göstərməyə çalışırlar. QHT sektoru ilə “reketliyi” birləşdirərək öz fəaliyyətində ortaya qoymağa çalışan E.Məmmədovu və onun əməllərini fərqli bir müstəvidə təqdim etməyə çalışan bu şəxslərin hansı “demokratik dəyərlərə” əsaslandıqları isə özləri və əməlləri kimi qaranlıqdır...
Məsələn, hər zaman Azərbaycan dövlətinin uğurlarına qısqanclıq nümayiş etdirərək “sensasiya” axtarışında olan “Turan” informasiya agentliyi “Demokratiyaya yardım”ı cənub regionunda “ən fəal vətəndaş cəmiyyəti institutlarından biri” kimi təqdim etməklə yanaşı, E.Məmmədovun da “tanınmış hüquq müdafiəçisi” və “yüksək mənəviyyatlı ziyalı” olması haqda şərhlər yayıb.
Onu da vurğulamaq yerinə düşər ki, E.Məmmədov ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunda çalışan rəhbər işçilər haqqında dezinformasiya xarakterli məlumatlar yerləşdirməklə “məşhurdur”. Məsələn, ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun metlax sexi olması barədə məlumatın yerləşdirilməsinin üstü sonradan açıldı. “Yeni Müsavat” qəzetinin əməkdaşları Salyanda araşdırma apararkən həqiqətən də metlax sexinin rəhbəri olan Tahir Kərimovu tapırlar. Amma bu Tahir Kərimov icra başçısı deyil, adi iş adamlarından biridir, sadəcə ad-soyad uyğunluğu var.
Bundan başqa, E.Məmmədov Salyan və ətraf rayonda yaşayan şəxslərdən 1200 manat alaraq, onlara saxta sənədlər düzəltmək yolu ilə Avropaya mühacirətə “göndərməklə” məşğul olub. Xaricdə yaşamaq üçün verilən həmin “sənəd”lərdə adları məlum olan şəxslərin guya, təzyiqlərə məruz qaldığı, müxalifətçi olduqları üçün incidildikləri və sairə vurğulanıb. Halbuki həmin adamların nəinki hansısa partiyaya, təşkilata, ümumiyyətlə heç siyasətə belə aidiyyətləri olmayıb.
Qeyd etmək lazımdır ki, E.Məmmədov “Turan” İA rəhbəri Mehman Əliyevin və Oqtay Güləliyevin əsas fiqur olduqları və 2010-cu il Salyan rayonunda baş vermiş daşqınlardan ziyan çəkənlərə kömək vəd edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından biri olub. Həmin qərargahın real vətəndaş cəmiyyəti fəaliyyəti ilə deyil, əslində “reket” jurnalistika ənənəsinə uyğun olaraq “reket QHT” fəaliyyəti göstərdiyi, hazırladığı hesabatların isə yerli və mərkəzi məmurları şantaj etmək məqsədi güddüyü barədə hələ 2012-ci ilin sonlarında elə QHT sektorunun fəal nümayəndələri tərəfindən ifşaedici materialar dərc edilmişdi. Təbii ki, belə bir qurumun üzvündən başqa nə gözləmək olardı ki?

Paylaş:
Baxılıb: 1081 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31