Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal düşərgənin “birlik” şousu iflasa uğradı

Radikal düşərgənin “birlik” şousu iflasa uğradı

24.05.2014 [11:14]

Nurlan Qələndərli

Dağıdıcı düşərgəyə aid qurumlar müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət etdikdən sonra siyasi səhnədən silindilər
Müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində “birləşdikləri”ni iddia edən, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində olduqlarını göstərib.
Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma qurumlar daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar. Öncə “İctimai palata”da başlayan ziddiyyətlər “Ziyalılar forumu” çərçivəsində kəskin xarakter aldı və qondarma “Milli şura” daxilində daha da güclənərək xaos mənbəyi kimi çıxış etdi.
Beləliklə, hazırda da radikal müxalifət cəbhəsində ənənəvi surətdə mövcud olan fikir ayrılıqları, ziddiyyətlər davam edir. Belə ki, sonuncu dəfə “Milli şura”da “birləşdiklərini” iddia edən dağıdıcılar, əslində, ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra bu qondarma qurum daxilində növbəti parçalanma mövsümünə qədəm qoydular. Bütün bunlar isə radikal müxalifətin nəyə “qadir olduğunu” və necə “fəaliyyət” göstərdiyini növbəti dəfə nümayiş etdirdi.
Yeri gəlmişkən, radikal müxalifət cəbhəsindəki bütün bu tendensiyalar dağıdıcı düşərgə nümayəndələrinin özləri tərəfindən də etiraf olunur. Bu kontekstdə son olaraq “Milli şura”nın Koordinasiya Mərkəzinin rəhbəri Vidadi Mirkamal radikal düşərgədə qruplaşmaların olduğunu və bunun onlara başucalığı gətirmədiyini söyləyib. O, “Ziyalılar forumu”nu nəzərdə tutaraq qeyd edib ki, “ziyalı”ların özünün də daxilində qruplaşma gedib: “Bir qrup “ziyalı” “Müsavat”ın tərkibində, bir qismi “Milli şura”da, bir qismi isə başqa partiyalarda cəmləşib”.
Şübhəsiz, tarixin arxivinə yollanmış “Ziyalılar forumu”nun aqibəti öncədən bəlli idi. Bu, əslində, reneqat Eldar Namazovun öz korporativ maraqları naminə idarə etdiyi yararsız bir qurum idi. Dəfələrlə qeyd etmişik ki, bəhs olunan şəxsin konkret siyasi maraqları həyata keçirmək üçün bu cür “fəallığa” istinad etməsi ziyalı və ziyalılıq adından siyasi manipulyasiya edilməsinə dəlalət edir ki, bu həm Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb, həm də siyasi ekspertlər tərəfindən arzuolunmaz hal kimi dəyərləndirilib. Öz fəaliyyətləri ilə cəmiyyətdə ikrah hissi doğuran şəxsləri və bir qrup autsayderləri özündə birləşdirən “Ziyalılar forumu” vasitəsilə cəmiyyətdə “ziyalı” adını daşıdığını nümayiş etdirməyə çalışan E.Namazov, əslində, öz əməlləri ilə siyasətbazdan və reneqatdan başqa heç bir status daşımadığının fərqindədir.
Beləliklə, sadalananlardan aydın olur ki, növbəti mövsümdə də radikal düşərgənin “birlik” şousu iflasa uğradı. Tarixin arxivinə yollanan qondarma qurumların fəaliyyətinə gəldikdə isə, konkret olaraq belə bir nəticəyə varmaq olur ki, onların Azərbaycan cəmiyyətinə heç bir aidiyyəti yoxdur. Bu qondarma qurumlar, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət etdikdən sonra siyasi səhnədən silindilər.

Paylaş:
Baxılıb: 1175 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30