Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli və dəstəsi erməniləri təbliğ edir

Əli Kərimli və dəstəsi erməniləri təbliğ edir

02.07.2014 [09:50]

Pərviz Sadayoğlu

Azərbaycan dövlətinin əldə etdiyi mühüm uğurlar erməni lobbisini və onun “radikal dəstəkçilərini” qıcıqlandırır
Son illərdə ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlar artıq hər kəs tərəfindən etiraf olunur. Dünyanın ən aparıcı beynəlxalq təşkilatlarında yüksək səviyyədə təmsil olunan Azərbaycan dövləti nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın güclü aktoruna çevrilib. Amma təəssüf ki, əldə olunan uğurlarımıza sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da tapılır. Öz “siyasi karyerasını” xarici anti-azərbaycançı mərkəzlərə xidmətçilik əsasında quran Azərbaycanın radikal müxalifət düşərgəsi bu mənada daha çox “canfəşanlığı” ilə yadda qalır.
Radikal müxalifət düşərgəsinin istinad nöqtələrinin xarici fondlar, xarici səfirliklər, ən əsası isə ermənipərəst, anti-azərbaycançı dairələr olması onların əsl məqsədlərindən xəbər verir. Özünü müxalifət sayan, amma bütünlüklə fəaliyyətini dövlətin, xalqın maraqlarına qarşı yönəldən düşərgənin hədəfinin məhz son günlərdə Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə rəhbərlik etməsinə, Prezident İlham Əliyevin AŞ-dəkı uğurlu, ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdırdığı çıxışına və ölkəmizdə keçirilən ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsinə istiqamətləndiyini açıq şəkildə görmək mümkündür.
Xatırlatmaq yerinə düşər ki, bu tədbirlər gündəmə gələn zamandan AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi dəstə anti-Azərbaycan təbliğatını daha da genişləndirməkdədir. Bu da azmış kimi istər sosial mediada, istərsə də nəzarətindəki KİV-lərdə ermənipərəst təbliğata start verən Ə.Kərimli yenidən şər-şəbədə ilə, yalan-böhtanlarla “silahlanaraq” dövlətimizə, xalqımıza qarşı mövqe tutmaqdadır.
Ə.Kərimli, Leyla Yunusova kimilərinin Azərbaycanın uğurlarından qıcıqlanması, əslində normal haldır. Belə ki, bu şəxslərin xidmət göstərdiyi dairələrin Azərbaycana öz maraqlarını diktə edə bilməməsi, ölkəmizin müstəqil inkişafına müdaxilə etməsinə imkan verilməməsi, bu “erməni sevdalılarını” əməlli-başlı qıcıqlandırıb. Hər cümlələrində “incikliklərini” dilə gətirən ermənipərəst düşərgə təbliğatçılarının tələm-tələsik şəkildə bəzi xarici təşkilatlarla, o cümlədən xarici diplomatlarla görüşməsi də bu təlaşın nəticəsi kimi qiymətləndirilməlidir. Ölkəmizə qarşı aparılan yalan təbliğatın effektsizliyi, o cümlədən, radikal düşərgənin bacarıqsızlığı həmin xarici qrupların da işini çətinə salıb. Leyla Yunusova fiaskosunun ardından Ə.Kərimlinin də “uğursuzluqları” həmin anti-azərbaycançı dairələrin “əl-qolunu bağlayır”.
Göründüyü kimi, hər zaman ölkəmizə qarşı düşmən mövqedə olan, Azərbaycanın uğurlarını həzm edə bilməyən ermənilərlə işbirliyinə gedən radikal düşərgə bu dəfə də öz ampluasına sadiqlik nümayiş etdirir. Bütün dünyanın diqqətinin, nəzərinin Azərbaycana yönəldiyi bir zamanda radikal müxalifət xarici istinadlarının maliyyə yardımının qarşılığında öz yalanlarını ixrac etməyə çalışır. Pul qarşılığında dövlətinin, xalqının mənafeyini satan, dövlətin uğurlarına kölgə salmağa çalışan xarici güclərin dəstəkçisinə çevrilən Leyla Yunusova, Əli Kərimli kimi xəyanətkarlar bununla bir daha öz simalarını xalqa nümayiş etdirmiş olurlar.
Azərbaycanda bir el məsəli var, ayıbına utanmaq. Amma bu düşərgənin “özəlliyi” ondadır ki, ayıbına belə utanmır. Bu antimilli dəstə öz maraqlarını təmin etmək üçün Azərbaycan xalqına düşmən kəsilən ermənilərin təbliğatçısına çevrilməyi özünün “missiyası” kimi yerinə yetirir. Bu, hər zaman belə olub. Vaxtilə Ə.Kərimlinin erməni xüsusi xidmət orqanlarından pul alması yəqin ki, yaddaşlardan silinməyib.
Azərbaycanın uğurlarına sevinməyən, mühüm beynəlxalq əhəmiyyətə malik siyasi toplantıların ölkəmizdə keçirilməsinə belə bu cür qısqanclıqla yanaşanlar üçün “demokratiya” anlayışı dövlətin uğurlarını pisləyib xalqına, dövlətinə düşmən olan kəslərlə bir masa arxasında oturub satqınçılıqla məşğul olanları müdafiə etməkdir.
Amma hər zaman olduğu kimi, bu dəfə də sübut olundu ki, bəzi maraqlı xarici dairələrin nə deməsindən, hansı şər və böhtanlara əl atmasından asılı olmayaraq, Azərbaycan dünyada etibarlı tərəfdaş qismində qəbul olunur. Həmin dairələrin Azərbaycanda heç bir nüfuza malik olmayan “radikal dəstəkçiləri” isə ölkəmizin beynəlxalq imicinə kölgə salmaq imkanında deyil. Yalnız şəxsi və maddi maraq qarşılığında ölkəsinin milli maraqlarını satmağa hazır olan, hakimiyyətə gəlmək üçün dövlətçiliyimizə qarşı olan bütün ermənipərəst dairələrlə işbirliyinə gedən radikal düşərgə bir daha fiaskoya uğradığını və öz simasını nümayiş etdirdiyini anlayır.
Azərbaycan xalqı da kimin kim olduğunu bilir və Leyla Yunusova, Əli Kərimli kimilərinin dövlətçiliyə qarşı apardığı çirkin oyunlara adekvat cavab verir. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıblar. Bu gün də öz bəd əməllərini davam etdirməklə yalnız könül bulandırırlar. Özləri bir şey olmasa da...

Paylaş:
Baxılıb: 1070 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30